Bu maddə beynin kiçilməsinə, piylənməyə, xərçəngə səbəb olur

Bu maddə beynin kiçilməsinə, piylənməyə, xərçəngə səbəb olurŞəkər artıq gündəlik istifadə etdiyimiz qida rasionunun ayrılmaz komponentinə çevrilib. Hər gün bir neçə dəfə çaya, qəhvəyə qarışdırdığımız şəkər yediyimiz şirniyyatlar və içdiyimiz qazlı içkilərdə, o cümlədən, paketlənmiş bir çox qidaların tərkibində də mövcuddur.

Dünya Səhiyyə Təşkilatı şəkərin miqdarının gündəlik kalori qəbulunun 10%-dən çox olmamasını tövsiyə edir. Amerika Ürək Cəmiyyətinin verdiyi məlumata görə isə, gündəlik şəkər qəbulunun miqdarı kişilərdə 35 qr (150 kalori), qadınlarda isə 20 qr (100 kalori) olmalıdır.

Buna görə də gün ərzində nə qədər şəkər qəbul etdiyimizi anlaya bilmirik. Şəkərin artıq miqdarda qəbulu xərçəngə yoluxma riskini artırır və bədənin immun sistemini kəskin zəiflədir.

BiG.AZ bu faktorlarla yanaşı, şəkərin insan bədəninə vurduğu zərərləri təqdim edir.

Yaddaşı zəiflədir

Avstraliya Milli Universitetində aparılan bir araşdırmaya görə, qan şəkərinin uzun müddət normadan yüksək olması insanlarda beynin kiçilməsinə səbəb olur. Bu kiçilmə də insanda yaddaş zəifliyi probelemini ortaya çıxarır. Artıq şəkər qəbulu diqqət əksikliyi yarada bilir və öyrənmək qüvvəsini aşağı salır.

Xərçəng riskini artırır

Tərkibində şəkər maddəsi olan taxıl bitkiləri, süd və süd məhsulları, paxlakimilər, eyni zamanda xərçəngə qarşı müdafiə sistemi yaradan vitamin, mineral, antioksidan, fitokimyəvi maddələrə də malikdir. Bundan fərqli olaraq, süfrəyə qoyduğumuz şəkər heç bir qoruyucu maddəyə malik deyil. Buna görə də normadan artıq şəkər qəbulu bu maddələrin balansının pozulmasına və xərçəng yaranmasına səbəb olur.

Bədənin immun sistemini zəiflədir

İmmune sisteminin önəmli bir parçası olan qırmızı qan hüceyrələri C vitamini ilə şəkər molekullarının yarışı arasında qalır. Şəkər ilə bənzər molekulyar quruluşa malik olan C vitamini şəkərin həddən artıq çox qəbulu nəticəsində immune hüceyrələri tərəfindən istifadə oluna bilmir və sistemi zəiflətməyə başlayır. Bunun nəticəsində də xəstəliklərə yaxalanmaq riski yüksəlir.

Piylənməyə səbəb olur

Zəmanənin ən önəmli xəstəliklərindən olan piylənmənin başlıca səbəbi yüksək miqdarda şəkər qəbul etməkdir. Aparılan araşdırmalar aydın şəkildə göstərir ki, yüksək miqdarda və davamlı olaraq qəbul edilən bu maddə qaraciyərin fruktozasını yağ kimi depolayır. Bunun nəticəsində də , xüsusilə, bel çevrəsində yağlanma sürətlə artır.

Ürəyə zərər verir

Şəkər pis xolestrol kimi tanınan və LDL, triqliseridlərin yüksəlməsinə səbəb olan damar tıxanıqlığına yol açır. Damarların içindəki bu parçaların çoxalması infarct və insult riskini yüksəldir.

Bədbəxtlik hissinə səbəb olur

Şəkər "xoşbəxtlik hormonu" kimi tanınan serotonin hormonunun ifrazını çoxaltdığı üçün zövq verən özəlliyi ilə insanlarda bağlılıq yaradır. Beyində bağlılıq yaratmaq təsiri də içində şəkər olan qidaları qəbul etmədiyimiz zaman keyfimizin qaçmasına və əsəbi olmağımıza səbəb olur.

İnsulinin müqavimətinə səbəb olur

Vücudumuzdakı ən önəmli hormonlardan biri olan insulin qan şəkərinin balansda qalmağına yardımçı olur. İnsulinin müqaviməti qandakı şəkərin hüceyrə içərisinə girməsi sonucunda istifadə olunmaması deməkdir. Bir çox araşdırma şəkər istifadəsinin insulinin bədənə müqavimətinə yol açdığını sübut edib. Insulin müqaviməti olan insanlrda metabolik sindrom, piylənmə, şəkərli diabet və ürək-damar xəstəlikləri yaranır. (publika.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2741   Tarix: 24 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qışda xəstəliklərdən qorunmaq üçün praktiki tövsiyələr

Qışda bəzi praktiki ehtiyat tədbirlərinə əməl etməklə böyük ölçüdə xəstəliklərdən qorunmaq mümkündür. Düzgün qidalanma ilə immunitetinizi gücləndirin. Gündəlik olaraq mövsümi meyvə-tərəvəzlərindən və bol lif tərkibli göyərtilərdən istifadə edin. Kifayət qədər miqdarda karbohidrat və zülal orqanizmi

14.01.2024 1098
.

Sarımsaq yeyən insanlara daha bir MÜJDƏLİ xəbər

Yeməklərinizə sarımsaq əlavə etmək, xüsusilə 40 yaşdan yuxarı olanlar üçün sağlamlığı heyrətamiz gücləndirən bir strategiya ola bilər. xarici mətbuata istinadla xəbər verir ki, sarımsaq yalnız yeməklərə ləzzətli bir əlavə deyil, həm də xüsusilə 40 yaşdan yuxarı insanlar üçün qidalandırıcı bir güc mərkəzidir

10.03.2024 1314
.

Yeni il günləri hansı xəstəliklər kəskinləşə bilər?

Yeni il gecəsi sağlamlıqla bağlı problemlərin daha çox yarandığı günlərdən biridir. "Medicina" xəbər verir ki, baş həkim, terapevt Timur Asanov travmadan başqa, bir çox xəstəliklərin kəskinləşməsi riskindən danışıb:. "Alkoqol, yağlı və ağır kalorili qidalar səbəbindən mədə-bağırsaq, ürək-damar

31.12.2023 1235
.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14.04.2024 620
.

Uşaqlarda qızdırmanı salan ən sadə XALQ TƏBABƏTİ ÜSULU

Uşaqlarda hərarəti aşağı salmaq üçün valideynlər tez-tez kələm yarpaqlarından və sərin dəsmallardan istifadə edirlər. Bu üsullar temperaturu azaltmaq, istilik mübadiləsi proseslərini tənzimləməklə uşağın vəziyyətini yüngülləşdirmək üçün ən sadə vasitələrdir. Bunu rusiyalı Regina Qriqoryeva bildirib

07.04.2024 533
.

Yorğun hiss edirsinizsə, bunları yeyin

Yorğunluq özünü daha çox qış ayında büruzə verir. Əksər insanlar fəsil dəyişən zaman bu haldan əziyyət çəkir. Ancaq halsızlıq, yorğunluq çox zaman qanazlığı və vitamin çatışmazlığının da əlaməti ola bilər. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, əgər sizdə yorğunluqla yanaşı saç tökülməsi

25.02.2024 1217
.

Hər gün süd içmək olmaz – Həkimdən XƏBƏRDARLIQ

Süd sağlam və qidalı bir məhsul hesab olunur. Ancaq həkimlər onun həddindən artıq istehlakının böyüklər üçün zərərli ola biləcəyini açıqlayıblar. BİG.AZ -a istinadən bildirir ki, buna görə mütəxəssislər gündəlik süd içməyi və ya bu məhsulu çox miqdarda istehlak etməyi məsləhət görmürlər. Həkimlərin sözlərin

16.03.2024 763
.

Həkim məsləhəti olmadan vitamin qəbul etmək olar?

Türkiyənin Trakya Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı şöbəsinin müdiri professor Qalip Ekuklunun həkim məsləhəti olmadan vitamin qəbul etməklə bağlı fikir bildirib. Professor bildirir ki, həkim məsləhəti olmadan istifadə edilən vitamin və əlavələr sağlamlıq problemlərinə səbəb ola bilər. İmmunite

11.02.2024 821
.

Soğan qabığını atmayın - Sağlamlığı və görünüşü yaxşılaşdırır

Hər kəs soğanın faydalarını bilir, lakin onların qabıqlarının sağlamlıq və gözəllik üçün də inanılmaz dərəcədə faydalı olduğu çox az adama məlumdur. Soğan qabığı bir çox faydalı xüsusiyyətlərə malik unikal məhsuldur. xarici mətbuata istinadən xəbər verir ki, soğan qabığının sağlamlıq üçün bir sıra faydalar

10.03.2024 806