İŞİD-in əlinə keçmiş 3 yaşlı uşağın sözləri ÜRƏK PARÇALADI:"Papa, mama ölüb deyə məni zorla..."

İŞİD-in əlinə keçmiş 3 yaşlı uşağın sözləri ÜRƏK PARÇALADI:"Papa, mama ölüb deyə məni zorla..."Bəzən azərbaycanlılar bir-birilərinə ritorik suallar ünvanlayırlar: Axı Yaxın Şərqdə, İraqda, Suriyada olanlardan mənə nə?!Əlbəttə, özünü bir dünya vətəndaşı deyil, 86 600 km²-lik (20%-i işğal olunub) əraziyə malik Azərbaycan vətəndaşı hesab edənlərə başqa ölkələrdə baş verənlərin elə də dəxli yoxdur. Amma inkişaf etmiş müasir dünyada belə bir anlayış var ki, zorakılıq, qətllər, insan hüquqlarının pozulması heç bir dövlətin, fərdin daxili işi, şəxsi məsələsi deyil.

Əgər uzaqda baş verən zorakılığın, qətliamın, terrorun qarşısı alınmazsa, o, sərhədlərinə qədər gələr, sənin doğmalarını, əzizlərini də öz ağuşuna alar. Necə ki, özünü "İraq-Şam İslam Dövləti" (İŞİD) adlandırmış terror şəbəkəsi, nəzarətsiz qalmış İraq ərazilərində və Bəşər Əsəd rejiminə tabe olmayan Suriya torpaqlarında silahlı paramilitar terror qruplaşmaları tərəfindən qurulsa da (3 yanvar 2014-cü il tarixində "müstəqilliyini", 29 iyun 2014-cü il tarixində isə yeni "Xilafət" yarandığını elan edib-m.), qısa müddətə bütün dünyaya qorxu yaymağa nail oldu.

Başda Türkiyə olmaqla, qonşu dövlətlərdə, eləcə də bütün Avropada terror xofunu yaratdı. Minlərlə insan həlak oldu, milyonlarla adam qaçqın düşdü. Nə qədər uşaq nə baş verdiyindən və gələcəyindən xəbərsiz bir şəkildə öldü, nə qədəri də ata-ana sevgisini görmədən sığınacaqlarda, uşaq evlərində böyüyəcək.

İŞİD-in bu qorxunc şər maşınının təkərlərinin izləri zaman-zaman Azərbaycanda da görünməkdədir. Biz tez-tez həmvətənlərimizin İŞİD sıralarına qoşulduğunu, onun naminə döyüşmək üçün müxtəlif yollarla Suriyaya, İraqa gedib çıxdığını eşidirik. Bəzən insanlar ağılsızcasına, onları gözləyən dəhşətlərin fərqinə varmadan öz körpə uşaqlarını da götürüb İŞİD-in nəzarətindəki ərazilərə gedirlər. Özlərinin və uşaqlarının həyatını təhlükəyə atırlar.

Bəzən özləri, bəzənsə uşaqları bu ağılsız savaşın qurbanına çevrilirlər. Bəzənsə özləri ölür, azyaşlı körpələri isə ya İŞİD barbarlarının əlində məhv olur, ya da yad sığınacaqlarda kimliklərindən xəbərsiz yaşamağa davam edirlər. O uşaqlar keçmişlərindən və gələcəklərindən xəbərsiz bir halda, taleyin ümidinə buraxılırlar.

Bu yazının içərisində izləyəcəyiniz videodakı iki körpə də, valideynlərinin məsuliyyətsiz davranışları ucbatından uzaq ölkədə kimsəsiz qalmış uşaqlardandır. Onlar müharibədə doğmalarını itirərək valideyn himayəsindən məhrum olublar və Bağdaddakı uşaq sığınacağında məskunlaşıblar.

RT telekanalının əməkdaşları iki yaşlı Xədicə və üç yaşlı Abdullanı həmin sığınacaqda çəkiblər. Valideynləri onları "İslam dövləti"nin nəzarətində olan ərazilərə aparıblar. Uşaqlar özləri haqqında heç nə deyə bilmirlər. Amma, danışığından da aydın görünür ki, bu qardaş-bacı azərbaycanlı uşaqlardır.

"Biz bu kadrları Bağdaddakı sığınacaqda çəkmişik. Onları bu sığınacağa sentyabrın 12-də Təl-Afərdən gətiriblər. Onların şəkillərini mənə əvvəlcə Ziyad Səbsəbi (Ramzan Kadırovun Federasiya Şurasındakı nümayəndəsi. O, İŞİD-in nəzarət etdiyi ərazilərdəki bütün uşaqları toplayaraq Rusiya Federasiyasına göndərir-m.) göndərmişdi" – deyə telekanalın əməkdaşı Sputnik Azərbaycan-a bildirib.

Onun bizə təqdim etdiyi videodan da göründüyü kimi, müxbir uşaqlardan rus dilində "Sonuncu dəfə ata və ananı nə vaxt görmüsən?" (Когда в последний раз видел папу и маму?) sualına Abdulla "papa-mama ölüb" deyə cavab verib. "Bəs nənə, baba? Onları görmüsən?", "Sənin yaşadığın şəhər necə adlanır?" suallarına isə Abdulla başını yelləyərək "bilmirəm" cavabı verib.

Bundan əlavə, balaca Abdulla ətrafdakı digər uşaqlarla Azərbaycan dilində danışır, onlara nəsə anlatmaq, soruşmaq istəyir. Həm də çox sərrast azərbaycanca…

mənbə: sputnik.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2617   Tarix: 20 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589