Qışın göz xəstəlikləri

Qışın göz xəstəlikləriBu fəsildə gözlərimizi infeksiyalardan daha ciddi qorumalıyıq.
Əgər yay fəsli gözün allergik xəstəlikləri ilə yadda qalmışdısa, hazırda onun yerini gözün mikrob xəstəlikləri tutub. Bunun əsas səbəbi isə insanların daha çox qapalı və sıx mühitlərdə olmaları ilə izah edilir.
Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin sədri Paşa Qəlbinur da deyir ki, havaların soyuması nəticəsində gözün xüsusən təhlükəli olan virus infeksiyaları geniş yayılıb: "İnsanların qapalı məkanlarda uzun müddət vaxt keçirmələri gözün mikroblara tutulma ehtimalını yüksəldir. Odur ki, ehtiyat tədbirlərini artırmaq gərəklidir. Əgər ailə üzvlərindən kimsə qripə yoluxubsa, çalışıb onun qab-qacağını, dəsmallarını digərlərininkindən ayrı saxlamaq lazımdır. Həmçinin immun sistemi güclənsin deyə, meyvə-tərəvəzlərdən, xüsusən də soğan, sarımsaqdan bol-bol istifadə etmək faydalıdır. Düzdür, çoxları qoxusuna görə yeməkdən imtina edirlər, amma çalışıb şənbə-bazar günləri yemək yaxşı olardı".

Mütəxəssislərin fikrincə, bir neçə tədbirlə göz sağlamlığımızı qorumaq mümkündür. Qırmızı gözə diqqət edin: Qış mövsümündə üst tənəffüs yolu infeksiyalarıyla birlikdə gözlərin də qızarmış olduğunu görmək mümkündür. Üst tənəffüs yolu infeksiyalarıyla birlikdə seyr edən və viral faktorlar səbəbiylə ortaya çıxan qırmızı göz, sıxlıqla əlavə bir müalicə tələb etməməkdədir. Bəzi qırmızı göz faktları isə əksinə, daha şiddətli seyr edər və olduqca yoluxucudur. Bunun ən əhəmiyyətli nümunəsi də adenovirus konqonktiviti epidemiyalarıdır. Məktəblər və kütləvi nəqliyyat vasitələri ən sıx bulaşan yerlərdir. Adenovirus səbəbiylə inkişaf edən qırmızı göz ümumiyyətlə bağçalar, məktəblər, xəstəxanalar və kütləvi nəqliyyat vasitələrində sürətlə yayılır. Gözlərdə olduqca sıx qızarıqlıq olan bu xəstəlik 1 həftə, 10 gün kimi bir müddətdən sonra yaxşılaşar.

Əllərinizi tez-tez yuyun, qucaqlaşmaqdan qaçın: Xəstəliyin bulaşmasına maneə törətmək üçün əllər tez-tez yuyulmalı, qırmızı gözü olan kəslərlə qucaqlaşmaq və öpüşməkdən qaçınılmalıdır. Bu göz infeksiyasına tutulmuş kəslərlə eyni dəsmal və makiyaj vəsaitləri istifadə edilməməlidir. Adenovirus infeksiyası bəzi xəstələrdə gözün kornea təbəqəsinin də tutulmasına səbəb olmaqda və görməyi azalda bilməkdədir.

Qarlı və küləkli havalarda eynək taxmağı unutmayın: Soyuq və küləkli havalarda göz yaşı kanalı tıxanıqlığı olan xəstələrin şikayətlərində də artım olur. Göz yaşı kanal tıxanıqlığı, gözdə sulanmağa səbəb olur və bu davam etdikdə isə əməliyyatla müalicə ediləcək qədər irəliləyə bilir. Qarlı havalarda ultrabənövşəyi bloklu günəş eynəklərindən istifadə etmək məsləhətdir. Qar əks olunan günəş şüaları, gözün kornea, linza və retina təbəqələrin zərər verməkdədir. Bu səbəblə uzun müddət qarlı mühitdə vaxt keçirənlərin mütləq qoruyucu günəş eynəyi istifadə etməsi lazımdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3263   Tarix: 29 yanvar 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318