Bakıda "Eurovision şəhərciyi" qurulacaq
Eurovision-2012″ mahnı müsabiqəsi ilə əlaqədar Bakıda "Eurovision şəhərciyi" (EuroVillage) yaradılacaq.
"Mərkəz"in məlumatına görə, bu sözləri "Eurovision-2012" mahnı müsabiqəsinin İşçi Qrupunun sədri Adil Kərimli Trend-ə deyib. O bildirib ki, "EuroVillage"in yaradılması "Eurovision" mahnı müsabiqəsinin əsas sosial tədbirlərindən biridir. "EuroVillage" açıq sahədə yaradılacaq. Burada müxtəlif kampaniyalar, konsertlər, müsabiqənin nümayəndə heyətləri tərəfindən ayrı-ayrı proqramlar, tədbirin sponsorları tərəfindən müxtəlif tədbirlər və s. keçirilə bilər.
Kərimli deyib ki, "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar Bakıda "Euroclub" da yaradılacaq. Burada "Eurovision"a təşrif buyuran jurnalistlər və iştirakçılar üçün müxtəlif əyləncəli gecələr təşkil olunacaq. Bununla yanaşı, burada "Eurovision" mahnı müsabiqəsində təmsil olunan ölkələr adından qəbullar keçiriləcək. Bu qəbullara giriş dəvətnamə ilə mümkün olacaq.
Onun sözlərinə görə, hazırda həm "EuroVillage", həm də "Euroclub"un yaradılması üçün yerlər müəyyənləşdirilir. Hər iki məkanın müsabiqənin keçiriləcəyi "Baku Crystal Hall"a yaxın yerdə yaradılması nəzərdə tutulur. Adil Kərimli "EuroVillage" və "Euroclub"un yaradılacağı yerlərin yaxın vaxtlarda elan ediləcəyini bildirib.
Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb. Mayın 22-si və 24-də "Eurovision 2012"nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.
57-ci "Eurovision" mahnı müsabiqəsi Bayraq meydanında inşa olunan "Baku Crystal Hall"da baş tutacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3385 Tarix: 28 yanvar 2012
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİtaliyada bunları etmək olmaz - turistlər üçün vacib qaydalar
Bu yaxınlarda beynəlxalq mediada maraqlı bir hadisə geniş müzakirə olunub. Bir qadın restoranda yeməklə birlikdə ona pulsuz kran suyu verilmədiyi üçün İtaliyadakı bir oteli məhkəməyə verib. Lakin məhkəmə otelin xeyrinə qərar çıxarıb. xarici KİV-ə istinadən xəbər verir ki, qərarın ədalətli olub-olmamas
10.06.2026 240 Hamıya MƏSLƏHƏT: Həftədə bir dəfə açıq havada yemək yeyin
Psixoloqların fikrincə, həftədə cəmi bir axşam yeməyini evdən kənarda keçirmək həddindən artıq yüklənmiş sinir sisteminin rahatlamasına, beynin isə daimi gərginlik və səfərbərlik rejimindən çıxaraq dərin sakitlik vəziyyətinə keçməsinə kömək edir. Burada söhbət ideal və filmlərdəki kimi piknik mənzərəs
10.06.2026 235 Bu ildən Bakıda dəyişkən iş qrafikinə keçilə bilər
"Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat verib. Deputatın sözlərinə görə, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-c
11:19 107 Fars əyalətində həyəcan: Partlayış səsləri eşidildi
Dənizdə İran və ABŞ qüvvələri arasında qarşıdurmanın davam etdiyi bildirilir. xəbər verir ki, bu barədə İranın Mehr xəbər agentliyi məlumat yayıb. Məlumata görə, İranın Fars əyaləti yaxınlığında partlayış səsləri eşidilib. Mehr agentliyinin iddiasına əsasən, həmin ərazidə hava hücumundan müdafiə sistemlərini
11:15 102 30°C-də yuma mifi: paltar soyuq rejimdən sonra təmiz olurmu?
30C-də yuma artıq uzun müddətdir ki, yeni standart sayılır: enerjiyə qənaət edir, parçaları qoruyur və "kifayət qədər təmiz" hesab olunur. Bəs bu temperatur paltarların həqiqətən gigiyenik cəhətdən təmiz olması üçün yetərlidirmi?. xarici mediaya istinadən xəbər verir ki, aşağı temperaturl
10.06.2026 267 İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
Bakıda tələbə universitet yaxınlığında qazılmış quyuya düşərək xəsarət alıb. "Qafqazinfo" xəbər verir ki, Əsgər Cabbarov imtahana gedərkən 9 metr dərinlikdəki quyuya yıxılıb. O, hadisə nəticəsində ağır xəsarət alıb. Tələbənin anası Gülsarə Cabbarovanın sözlərinə görə, oğlunu tələbə yoldaşlar
12:08 98 Moskvada rekord istilər gözlənilir - 30 dərəcə
Moskva şəhərində qarşıdakı həftəsonu hava şəraitinin kəskin istiləşəcəyi və temperatur rekordlarının yenilənə biləcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "Meteonovosti" informasiya agentliyinin aparıcı mütəxəssisi Tatyana Pozdnyakova məlumat verib. Sinoptikin sözlərinə görə, uzu
10.06.2026 232 Zooparkla "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" birləşdirilir
Bakı Şəhər Heyvanat Parkı ilə "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" birləşdirmə yolu ilə yenidən təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Şəhər Heyvana
10:57 106 Nadir Qafarzadənin nəvəsi ilə paylaşımı
Müğənni Nadir Qafarzadə öz adını daşıyan nəvəsi ilə paylaşım edib. Axşam.az xəbər verir ki, Qafarzadə birlikdə olan fotolarını sosial şəbəkədə yayımlayıb. O, paylaşımına "Bunun televizora baxmağı məni öldürdü" sözlərini yazıb. Qeyd edək ki, Nadir sənətçinin oğlu Əzizin övladıdır. İfaçının oğl
12:14 88