Şəmkirdə 4 gün, 4 gecə toy edən iş adamı kimdir? - VİDEO
Şəmkir rayonunun məşhur Şiştəpə qəsəbəsində 4 gün, 4 gecə davam etmiş dəbdəbəli toy mərasimi günlərdir sosial şəbəkələrin və bəzi saytların müzakirə mövzusudur. Bu toyda qonaqları Türkiyənin məşhur müğənnisi Kibariyə də daxil olmaqla, bəzi tanınmışlar, o cümlədən, xalq artisti Brilliant Dadaşova, Rusiyanın məşhur "Kabriol" qrupu və başqaları əyləndirib.
Toyun sahibi əvvəlcə naməlum idi, ancaq daha sonra açıqlandı ki, bu şəxs şiştəpəli iş adamı Qulu Vəliyevdir. Əməkdar artist Vəfa Zeynalova və müğənni-bəstəkar Murad Arifin aparıcılıq etdiyi toy zəngin iş adamının Şiştəpədə yerləşən malikanəsində baş tutub. Vəfa Zeynalova özünün İnstagram səhifəsində toyun keçirildiyi malikanənin foto və videogörüntülərini də yayıb.
Şiştəpə kəndi Rusiyada bizneslə məşğul olan və qazandıqları pullara bu kənddə dəbdəbəli imarətlər tikdirən sakinlərinə görə hətta MDB-də məşhurdur. O cümlədən bu kəndin sakinlərinin adı vaxtaşırı olaraq Rusiyada azərbaycanlılar arasında baş vermiş atışmalarda, "razborkalarda" hallanır.
Bəs indi dillər əzbəri olan bu 4 gün, 4 gecəlik toyu edən Qulu Vəliyev kimdir, nə işlə məşğul olur? Bu toy barədə əlavə məlumatlar əldə etmək üçün Şiştəpə kəndinin bələdiyyə sədri Novruz Hüseynovla əlaqə saxladıq. Məlum oldu ki, bələdiyyə sədri özü də toyda iştirak edib, çünki toyun sahibi onun qohumudur.
Bələdiyyə sədri toyun mediada bu cür ajiotaja səbəb olmasından təəcübləndiyini gizlətmir: "Toydur da, burada nə var ki? Əlbətdə, mən özüm də iştirak eləmişəm, dayıoğlumun toyudur. Qulu Vəliyev biznesmendir, Rusiyanın Sankt-Peterburq şəhərində meyvə-tərəvəz aklveri edir".
Bəs toyda məmurlar-filan, digər tanınmışlar da olubmu? Bələdiyyə sədri deyir ki, toyda heç bir yüksək vəzifəli qonaq olmayıb, çünki bu, Şiştəpə kəndi üçün "adi toy" sayılır.
"Adi toydur da, burada dövlət adamları nə gəzir? Qonaqların hamısı öz kəndçilərimiz idi. Dəbdəbə deyəndə, bu toyda əslində dəbdəbəli heç nə olmayıb. Bizim kəndimizdə hamı belə toy edir. Yazıblar ki, Brilyant gəlib. Brilyant bəyəm birinci dəfədir ki, bizim kəndimizə toya gəlir? Əli boş durmayan uşaqlardır da, yazıblar. 3 gün qabaq da Gülyaz-Gülyanaq bacıları Şiştəpəyə toya gəlmişdi. Kəndimizdə azı həftədə iki dəfə bu cür toy olur"-bələdiyyə sədri bildirdi.
Biz də toy sahiblərinə bələdiyyə sədri vasitəsilə gözaydınlığımızı çatdırdıq. Doğrudan da varlığa nə darlıq?
Q. Vəliyev Rusiyada tanınan azərbaycanlı iş adamlarından biridir, məşhur "Sofiysk" topdansatış meyvə-tərəvəz bazasında fəaliyyət göstərir. Həmin topdansatış bazası azərbaycanlıların nəzarətindədir, adı tez-tez kriminal "razborka"larda hallanır…
mənbə: enter.news
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 4683 Tarix: 27 iyul 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ermənistanda ARA QARIŞDI: Xocalı qatili "SAVAŞ MESAJI" verdi
Hazırda Ermənistanda hakimiyyət uğrunda mübarizə Nikol Paşinyan ilə kilsə rəhbəri II Qaregin arasında gedir. Hakimiyyət hazırda əsas diqqəti kilsə ilə mübarizəyə yönəldib. Məhz bunun nəticəsidir ki, hazırda zəifləyən revanşistlər də son dayaqları olan kilsə ətrafında birləşməyə başlayıblar. Bu günlərd
13:57 163 Kamboca ilə sərhəddə 14 tailandlı hərbçi ölüb
Kamboca ilə sərhəddə döyüşlər zamanı həlak olan Tailand hərbçilərinin sayı 14-ə çatıb. "Report" xəbər verir ki, bu barədə "AFP" agentliyi Tailand Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən bildirib. "Daha dörd hərbçi həlak olub", - deyə o bildirib və əlavə edib ki, həla
10:20 128 Paytaxt restoranlarında Yeni il qiymətləri
Bəzi insanlar Yeni il gecəsini evdə yox, restoranlarda qeyd etməyi sevirlər. Bu baxımdan restoranların 31 dekabr gecəsi üçün qiymətləri daim maraq doğurur. Bakıda elə əyləncə mərkəzləri var ki, Yeni il gecəsi üçün bir nəfərlik qiymət 400 manat təşkil edir. Bəzi obyektlərdə isə 150-200 manat arasıdır
16:18 176 Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib
Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib. xəbər verir ki, bu barədə yerli mətbuata Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib. "Ölüm hallarının olmadığını demək mümkün deyil, təəssüf ki, bu, baş verir. Adətən, belə hallar xroniki ağciyər
17:20 109 Ramil Səfərovun xanımına vəzifə verildi
Polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərova "Study in Azerbaijan" layihəsinin direktoru təyin edilib. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. "Study in Azerbaijan" layihəsinin direktoru kimi fəaliyyətə başlamaq karyeramd
19:00 3 Rusiya Qara dənizdə Türkiyə gəmisinə hücum etdi
Dekabrın 13-də Rusiya Silahlı Qüvvələri Ukraynadan Misirə gedən Türkiyəyə məxsus mülki gəmiyə hücum edib. xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri bildirib. Məlumata görə, zərbə dron vasitəsilə həyata keçirilib. "Rusiya göyərtəsində günəbaxan yağı olan və Misirə gedən Türkiyənin "VIVA"
12:00 137 Rubio: Ruandanın Konqodakı fəaliyyəti sülh sazişinin pozulmasıdır
Ruanda qonşu Konqo Demokratik Respublikasına (KDR) qarşı etdikləri ABŞ Prezidenti Donald Trampın iştirakı ilə iki Afrika dövlətinin liderləri tərəfindən Vaşinqtonda imzalanmış sülh sazişini pozur. "Report" xəbər verir ki, bu məlumatı ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsind
17:40 88 Qapısı açıq "Hyundai"dan oğurluq edən şəxs saxlanıldı
Paytaxtın Nəsimi rayonunda "Hyundai" markalı avtomobildən pul və bank kartı oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinə
13:20 137 Əri Rusiyaya işləməyə gedən qadın 2 övladını öldürdü
Özbəkistanda məhkəmə Andican vilayətinin 24 yaşlı sakini olan qadın barəsində yekun hökm çıxarıb. O, iki azyaşlı qızını qətlə yetirməkdə təqsirli bilinib. xarici mediaya istinadla bildirir ki, hadisə İzbasqan rayonunun Urqanji məhəlləsində baş verib. İş materiallarına əsasən, qadın Rusiyaya işləməy
13:50 186