Bakıda həyat yoldaşından boşanan kişinin FACİƏVİ SONU

Bakıda həyat yoldaşından boşanan kişinin FACİƏVİ SONU

Bakı sakini intihar edib. Lent.az xəbər verir ki, dünən saat 22 radələrində Xətai rayonu ərazisindəki Keşlə qəbiristanlığının işçiləri şam ağacından asılı vəziyyətdə qalmış meyit tapıblar. Araşdırmalar zamanı məlum olub ki, özünü asaraq öldürən şəxs 1986-cı il təvəllüdlü Əliyev Emin Xasay oğludur.

Bildirilir ki, E.Əliyevin atası 2012-ci ildə vəfat edib və həmin qəbiristanlıqda dəfn edilib. Bundan sonra həyat yoldaşından boşanan Emin anası ilə birgə yaşayırmış. İşsiz olan 31 yaşlı kişi son vaxtlar tez-tez həyatdan bezdiyini deyirmiş.

Araşdırmalar davam etdirilir.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1712 Tarix: 18.07.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Aida_ali
Aida_ali 18.07.2017
Allah rehmet etsin