VƏFA Big.Az istifadəçilərinin suallarını cavablandırdı

"MƏŞHURUN ÖZÜNDƏN SORUŞ" rubrikası

VƏFA Big.Az istifadəçilərinin suallarını cavablandırdıXatirinizdədirsə, bir neçə gün bundan öncə saytımızda yeni rubrikaya start vermişdik. Bu rubrikada əvvəlcədən anonsu yerləşdirilmiş hər hansı bir məşhura sizin öz suallarınızı ünvanlamağımıza imkan yaradılmışdı. İlk qonağımız isə Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Vəfa Rzayeva oldu. Vəfa xanım ona ünvanladığınız sualları belə cavablandırdı. Buyurun, cavablarla tanış olun!

"MƏN TƏKCƏ TEATRDAN PUL QAZANMIRAM…"

- Vəfa xanım saçınızın rəngini niyə dəyişmirsiniz? Gözümüz yoruldu.buruqlarınızdan. Arada açsanız pis olmazdı. Qaynananızla aranız necədir? (Lale2003)
-Mənim belə xoşuma gəlir. Həm də ki, mən dəyişiklik olsun deyə arasıra saçımın buruqlarını açıram. Rəngini dəyişirəm. Ancaq çox vaxt saçımı qızılı rəngə boyayıram. Qaynanamla da aram əladır…

-Salam, Vəfa xanım! Sizdən xoşum gəlir. Sualım burur ki,uşaqlarınızın aktrisa olmağna icazə verərdinizmi? (cina)
-Mən onların seçiminə qarışmayacağam. Onlar seçimlərində azaddırlar.

-Vəfa xanım, adınızı kim qoyub? (ARZU)
-Rəhmətlik atam qoyub.

VƏFA Big.Az istifadəçilərinin suallarını cavablandırdı- Qaynana serialının bir seriyasına görə nə qədər qonorar alırsınız? (Rrrraaauuufff)
- Onu deyə bilmərəm (gülür). Amma onu deyə bilələrəm ki, məni qane edir.

- Vəfa xanım, qızlarınızın da aktrisa olmağını istəyirsiniz? (esmanur23)
- Əgər nu onlarda alınsa və özləri istəsələr, niyə də yox? Amma mən bilirəm ki, qızlarımdan biri (Səbinə) modelyer-dizayner olmaq istəyir.

- Vəfa xanım, sənətinizdə xoşbəxtsiniz, yoxsa ailənizdə? (open)
- Mən deyərdim ki, hər ikisində də xoşbəxtəm.

- Mən Vəfa xanımı çox sevirəm. Ölürəm ondan ötrü! (Ismayil 77)
- Təşəkkürlər!

- Vəfa xanım yaxşı aktrisa olmaq asandır, yoxsa yaxşı ana? (Omerim)
- Hər ikisi çətin və əziyyətli bir işdir. Amma çox şirin əziyyətdir…
VƏFA Big.Az istifadəçilərinin suallarını cavablandırdı- Siz əslində çox istedadlı birisiniz. Sizcə "Qaynana" serialında, yoxsa "Aramızda qalsın" serialında daha çox potensial gücünüzü göstərə bilirdiniz? Hansı rol sizi daha cox cəlb edirdi? (Selcanka7)
- Mən hər ikisində öz potensialımı göstərməyə çalışmışam. Lakin o seriallar sitkom ( məkan dəyişmir, arxa fonda gülüş səsləri gəlir və s.) olduğu üçün orada potansialı tam göstərmək olmur. Məncə bud aha böyük filimlərdə daha yaxşı alınar.

- Salam Vəfa xanım! Sizcə niyə sizin kimi istedadlı xanımı Hollywooda dəvət etmirlər? Egər dəvət etsəydilər ailəniz ve özünüz razə olardınızmı buna? Sizcə qabiliyyətiniz kifayət qədər orada tanınmagınıza imkan verirmi? (Orxan5282)
-Bizim aktyor və aktrisaların ora gedib çıxmağı müşkül məsələdir (gülür). Həm də mən öz adımdan deyirəm ki, məndə dil problemi də var. İngilis-dilini o dərəcədə bilmirəm axı.

-Salam, Vəfa xanım, necəsiniz? Qaynana serialında o şirin uşaq kimin uşağıdır? (Zuzi3)
-Mən desəm tanımayacaqsınız axı… (gülür)
VƏFA Big.Az istifadəçilərinin suallarını cavablandırdı-Sizə sualım budur ki, sizcə azəri aktirisaları ve ya aktirisalari Anjelina Joli kimi, Beren Saat və.s aktirisalar kimi tanınırmı? (Beren)
-Xarici ölkələrdə bizim aktyor və aktrisalar siz dediyiniz qədər məşhur deyil.

-Vəfa xanım, bir vaxtlar Məleykə Əsədova ilə rol bölgüsünə görə aranızda soyuqluq yaranmışdı. İndi münasibətləriniz necədir? (Gulka)
-Xeyr, bizim aramızdakı soyuqluq rol bölgüsünə görə yaranmayıb.

-Salam, Vəfa xanım, siz cox naliyyetler qazanmıs bir aktrisa, həm də xanımsınız. Bəs ailədə necə, belə nailiyyətlər qazana bilirsinizmi? (Toylarimiz)
-Bilirsinizmi xoşbəxtçilik bir anın içində olub gedən bir şeydir məncə. Amma belə ümumilikdə götürəndə, bəli, özümü çox xoşbəxt sayıram. Həyat yoldaşım, uşaqlarım, ailəm və s. mənim üçün xoşbəxtçilik deməkdir əz azından.
VƏFA Big.Az istifadəçilərinin suallarını cavablandırdı-Mənə çox maraqlıdır))) Bizim kino və seriallardan o qədər də pul qazanmaq olmur. Bizdə demək olar ki, serial və kino heç olmayıb. Son 1 ili cıxmaq şərtiylə) mən bilən teatrlarda o qədər yaxşı məvacib vermirlər, amma belə baxanda imkanınız, geyiminiz, yaşayışınız pis deyil. Maraqlıdır sizə bu qədər pul haradan gəlir)) (Ceyla_xanim)
-Mən təkcə teatrdan pul qazanmıram axı. Kinolara, reklam filmlərinə və s. çəkilirəm.

-Siz necə belə şirin qala bilirsiniz? (Z_o_h_r_e)
-(gülür)… Nə bilim? Mənim tipim beledir…

-Salam, Vəfa xanım, siz niyə "Aramızda qalsın" serialından çıxıb "Qayanana" serialına keçdiniz? Maaş az idi? (SELIM)
-Yox, az deyildi. Sadece bele məsləhət bildim.

- Salam, xanım, necesiniz? Saçlarınız niyə həmişə elə olur? (Zuzi3)
- Forması belədir.

- Səhnəyə nə vaxt gəlmisiniz? (A_R_Z_U)
- Mən səhnəyə 1-ci kursda oxuyarkən gəlmişəm. (1994-cü ildə)

VƏFA Big.Az istifadəçilərinin suallarını cavablandırdı- Salam, Vəfa xanım, mən sizin çəkildiyiniz serialların hamısına baxıram. Əvvəl "Aramızda qalsın" serialından ayrılıb "Qaynana" serialına keçdiniz. İndi bu serialda axıra qədər çəkiləcəksiniz? Hörmətlə Şahin... (LezginX)
- Bilmək olmaz. He nə deyə bilmərəm. Bunu zaman göstərər.

- Salam, Vəfa xanım! Mənə maraqlı odur ki, siz bu neçe ilde nece olur ki, bele cavan ve təravətli qalmısınız ? Sir deyilsə deyin də. (Nurheyat)
- Nə deyə bilərəm ki? ... (gülür)

- Vəfa xanım gözəldi, xoşuma gəlir. Real həyatdakı qaynananız necədir? (DOKTORNIHAD)
- Qaynanamdan çox razıyam..

VƏFA Big.Az istifadəçilərinin suallarını cavablandırdı- Vəfa xanım, bağışlayın, amma mən yerli seriallara daimi baxməram. Sadece bir az, aktyorların obraz yaratma qabiliyyətinə 4-5 dəqiq tamaşa edirəm, vəssalam. Çünki, əvvəla ssenaristlerimiz həm azdı, həm də professional deyillər. 2-ci məsələ də odur ki, nədənsə bizim aktyorların 98-%-i çox süni rol aparırlar. Baxmağa həvəs qalmır. Şəxsən mən dəhşətə gəlirəm. Sualım da budur ki, siz özünüzü aktrisa kimi öz gözünüzlə kefiyyət cəhətdən hansı təbəqədə görürsünüz? Siz sənətinizdə və ailənizdə uğurlar arzulayıram. Əvvəlcədən təşəkkür edirəm. (RAMIL_625)
- Mənim özüm haqqımda nəsə deməyim düz çıxmaz. Buna tamaşaçı qiymət verir hər halda.

- Vəfa xanım, tamaşaçılar sizi əsasən bir vaxtlar Azərbaycanda çəkilmiş "Dodaqdan qəlbə" serialındakı Lmiyə obrazı ilə tanıdılar. Bəs nə üçün indi he bir tele-kanalda o serial yayımlanmır? (QoNsHu_QiZ)
- O serialın texniki cəhətdən problmləri olduğu üçün yayımlanmır məncə.
VƏFA Big.Az istifadəçilərinin suallarını cavablandırdı- Sizin nə vaxtsa bir müğənni kimi fealiyyət göstərmək fikriniz yoxdur ki?(3-Yetim-atasi)
- Xeyr, elə bir fikrim olmayıb, olmayacaq da.

- Biz sizi ailəlikcə çox sevirik. Qoy bu yeni il sizə düşərli olsun. İşlərinizdə uğurlar arzulayırıq. (Professo)
-Çox sağ olun....

- Salam, Vəfa xanım, iki qızınızdan daha çox hansının xətrini çox istəyirsiniz? (Z_O_H_R_E)
- Hər ikisini də. Mən onların arasında fərq qoymuram.

VƏFA Big.Az istifadəçilərinin suallarını cavablandırdı- Mən də Vəfa xanımı çox sevirəm, bəyənirəm və həyatda uğurlar arzu edirəm. Sualəm isə belədir. Deyirlər hər gözəlin bir eybi var. Sizdə elə bir eyib varmı ki, biz - tamaşaçılar onu kənardan görmürük? (rana50)
- Var. Elə şeylər var ki, mən onları özümdə eyib kimi görürəm və bu məndə kompleks yaradır.

- Şou-biznesdə qalmaqalda olduğunuz kimsə varmı? (nurane89)
-Bizdə şou-biznes varmı? (gülür)

- Salam, Vəfa xanım, xarici aktyor və aktrisalardan hansınıları bəyənirsiniz? (HEYDEROVA)
-Alpaçinonu bəyənirəm. Bir də Anjelina Jolidən xoşum gəlir. Onun aktrisalığından çox xarici görünüşünü bəyənirəm.

- Aktrisalıqdan bezmisiniz (Revaniko111)
-Xeyr, əsla bezməmişəm.

- Salam, Vəfa xanım, mən yaxşı başa düşürəm ki, efirle heyatda eyni görünmək mümkün deyil. Amma nə üçün hər bir şou-biznes nümayəndəsi efirdə lovğa görünür? (Access)
-Bilmirəm. Bəlkə də kənardan elə görünür.

VƏFA Big.Az istifadəçilərinin suallarını cavablandırdı- Vəfa xanım, sizin ən çox sevdiyiniz cehiziniz varmı? (Inckognito)
-Var. Anamın mənə verdiyi bir qabdır.

-Niyə özünüzü türklərə oxşadırsıniz? (Qaqu)
-Mən hansı cəhətdən özümü türklərə oxşadıram ki?

-Mənim üçün maraqlıdır bizim "Xınalı yapıncağımız" niyə əvvəlki şirinliyini və saflığını itirib? (Kajule)
-Bəlkə də artıq yaşlaşıram... (gülür)

-Vəfa xanım (başqa cür Nigar gəlin) siz istəyərdiniz ki, həyatınız "Qaynana" serialındakı kimi olsun? (MrNeneli)
-Nə deyim?! Mən indiki həyatımdan razıyam.

VƏFA Big.Az istifadəçilərinin suallarını cavablandırdı-Mənə çox maraqlıdır, sonuncu oynadığınız reklamda hansıki ağız dolusu deyirsiniz ki, əsl İtalyan brendidir... siz onun keyfiyyətindən xəbərdarsınız? (Elif444)
-Bəli, xəbərdaram. Şəxsən mən hər səhər dişlərimi həmin məhsulla təmizləyirəm. Hələ üstəlik saqqızını da çeynəyirəm...

-Vəfa xanım, heç olub ki, həyat yoldaşınız sizi hansısa oynadığınız rolda tərəf müqabilinizə qısqansın? (Seytanka89)
-Xeyr , olmayıb. Yoldaşım məni də, mənim sənətimi də dəstəkləyir və mənimlə qürur duyur.

VƏFA Big.Az istifadəçilərinin suallarını cavablandırdı-Vəfa xanım, ana olduğunuz zaman ilk dörd ayda nələr yaşaməısınız ki, indi də xatırlayanda özünüzə yazığınız gəlir? Bir də o nədir ki, düşünəndə ki, nə vaxtsa 2-ci dəfə yenə də ana olacaqsınız və siz onu etməyəcəksiniz? (Yagmurum)
-Həmin dövr mənim üçün çox ağır keçib. Bir də ana olmağa hazırlaşanda qətiyyən əsəbləşməycəyimə söz vermişəm. Çünki bu dünyaya gələcək uşağa çox mənfi təsir göstərir.

-Əvvəla, salam! Sualım belədir. Necə olur ki, aktrisa ola-ola bahalı maşında gəzirsiniz və bahalı mülkdə yaşayırsınız? Bızi aktrisalarımız kirayə qalırlar. (Avazov123)
-Mən tək deyiləm axı. Yoldaşım da işləyir. Bizim ikimizin qazancımızı ailə büdcəsini təşkil edir.

VƏFA Big.Az istifadəçilərinin suallarını cavablandırdı-Vəfa xanım, niyə sizin soyadınız bəzən Zeynalova, bəzən də Rzayeva kimi səslənir? (Sweetie)
-Zeynalova mənim ata soyadımdır. Ailə qurduqdan sonra soyadımı bir çox yerdə Rzayeva kimi səsləndirdilər. Amma nədənsə bu kütlə tərəfindən o qədər də qəbul olunmadı. İndi də çoxları mənim soyadımı Zeynalova səsləndirir.

-Son zamanlar bütün filmlərdə hamı elə bil şeir danışır. Bunun səbəbi nədir? Sonradan gülməyin, xahiş edirəm, ciddi sualdı... (Mucteba)
-Ola bilər ki, bu tamaşaçılara belə görünür.

-Salam, Vəfa xanım, sizin də nə vaxtsa müğənnin olmaq planınız yoxdu? Səsiniz var və ya yoxdur bilmirəm. Amma səhnəyə yaraşırsınız. (sevkali)
-Özümə görə səsim var. Nə qədər səhnəyə yaraşsam da müğənni olmaq istəmirəm.

Söhbətləşdi: Cavidan Abdullayev

VƏFA Big.Az istifadəçilərinin suallarını cavablandırdı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sayt xəbərləri   Baxılıb: 25592   Tarix: 20 yanvar 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

24 saatda üz dərinizi cavanlaşdırın

Məhsul Haqqında BURADA. Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür.Yanağları boşalma və sallanmas

09.09.2021 524
.

Telegram kanalımızda ən son xəbərlər

Azərbaycanda və Dünyada baş verən ən son xəbərləri 1ci almaq üçün Telegram kanalımıza qoşulun. Telegramda izləyin

08.04.2020 25955
.

Dözülməz bel ,əzələ ,sinir , oynaq ağrıları 15 dəqiqədə keçəcək

Flekosteel məlhəminin xüsusiyyətləri və üstünlükləri. İnsan hərəkətsiz yaşaya bilməz. Ancaq hərdən hərəkət insana diskomfort gətirir və o evdə, hətta yataqda qalmaq məcburiyyətində qalır. Əzələlərdə və oynaqlarda yaranan ağrıların bəzi səbəbləri var:. kəskin respirator xəstəliklər, kəskin respirato

13.02.2021 167888