Şou-biznesin siqaret çəkib, içki içən məşhur xanımları - SİYAHI

Şou-biznesin siqaret çəkib, içki içən məşhur xanımları - SİYAHIGününün çoxunu eyş-işrət məclislərində keçirən şou əhlinin həyatı həmişə tamaşaçılar üçün maraqlı olub. Xüsusən də məşhur xanımların şəxsi həyatı, toylardan, məclislərdən sonrakı məşğuliyyəti daima izləyicilərin diqqət mərkəzində olub. Müxtəlif əyləncə məkanlarında içki içib, siqaret çəkən populyar azərbaycanlı xanımların bu halı pərəstişkarları tərəfindən birmənalı qarşılanmasa da, şou aləminin abu-havası bu fikri ikinci plana atıb.

BiG.AZ həmişə baxımlılığı, xüsusilə də ifası ilə diqqət mərkəzində olan məşhur azərbaycanlı xanımların siqaret çəkib içki içən halını əks etdirən görüntülərini təqdim edir:

Siyahıya xalq artisti Nisə Qasımova liderlik edir. Çünki müğənni siqaret çəkdiyini nəinki mətbuatdan, ümumiyyətlə, heç kimdən gizlətmir. Konfranslarda, tədbirlərdə, məclislərdə siqaretlə görüntülənən N.Qasımovanın fotosunu təqdim edirik:

Şou-biznesin siqaret çəkib, içki içən məşhur xanımları - SİYAHIMüğənni Rəqsanə İsmayılova da zərərli vərdişləri olan məşhur xanımlarımızdandır. Qəlyan çəkməklə görüntülənən müğənni "Heç kim deyə bilməz ki, Rəqsanə siqaret çəkib" açıqlaması ilə gündəmə gəlmişdi. O, həkimin məsləhətindən sonra bu vərdişindən də imtina etdiyini söyləmişdi.

Şou-biznesin siqaret çəkib, içki içən məşhur xanımları - SİYAHIXalq artisti Aygün Kazımova.
"Diva" da siqaret çəkən məşhur xanımlardandır. İstər mahnılarında, istərsə də kliplərində siqaret çəkdiyini açıq-aşkar göstərən A.Kazımovanın fotosunu təqdim edirik:

Şou-biznesin siqaret çəkib, içki içən məşhur xanımları - SİYAHIƏməkdar artist Röya Ayxan da siqaret çəkmək kimi zərərli vərdişi olan xanımlardandır. Müğənni siqaret çəkdiyini mediadan gizlətməyə çalışsa da, zaman-zaman siqaretlə görüntülənib.

Şou-biznesin siqaret çəkib, içki içən məşhur xanımları - SİYAHINaz-qəmzəsi ilə şou-biznesin seçilən xanımlarından olan müğənni Xumar Qədimova da siqaret çəkir. Fotodan da göründüyü kimi müğənni məclislərdə siqaret çəkməklə kifayətlənməyərək tüstüsünü də xüsusi bir zövqlə havaya buraxır.

Şou-biznesin siqaret çəkib, içki içən məşhur xanımları - SİYAHISiqaret çəkən məşhur xanımlarımızdan biri də Emma Ələkbərzadədir. Müğənni də tez-tez tədbirlərdə siqaretlə görüntülənir.

Şou-biznesin siqaret çəkib, içki içən məşhur xanımları - SİYAHITanınmış bəstəkar Nailə Mirməmmədli də siqaret çəkərkən lentə alınıb. Qeyd edək ki, məşhur xanım sözügedən zərərli vərdişini mətbuatdan gizlətməyə çalışır.

Şou-biznesin siqaret çəkib, içki içən məşhur xanımları - SİYAHIAzərbaycanlı gəlin namizəd Naz Mila da zərərli vərdişləri olan məşhurlardandır. O, bir müddət əvvəl sərxoş halda canlı yayıma çıxması ilə gündəmə gəlmişdi. Bundan əlavə, Naz tez-tez əyləncə məkanlarında qəlyan çəkərək videolarını paylaşır.

Şou-biznesin siqaret çəkib, içki içən məşhur xanımları - SİYAHI

Məşhur prodüser Təranə Səmədova siqarət aludəçiliyindən əlavə həm də içkili halda tutulub. O, bir müddət əvvəl spirtli içki qəbul edərək avtomobil idarə edib və yol polisinin "Saxla" əmrinə tabe olmayıb.
Nəticədə azərbaycanlı xanım prodüser yol polis əməkdaşları tərəfindən bölməyə aparılıb.

Şou-biznesin siqaret çəkib, içki içən məşhur xanımları - SİYAHIATV Maqazin verilişinin paparazzi rubrikasında əməkdar artist Kübra Əliyeva da əlində siqaret görüntülənmişdi.

Şou-biznesin siqaret çəkib, içki içən məşhur xanımları - SİYAHIBütün bu adlar yalnız kameraya tuş gələnlərdir. Ümumiyyətlə isə, şou aləmində demək olar ki siqaret çəkməyən xanım yoxdur. Sadəcə, onlar bunu cəmiyyət içində etməkdən çəkinirlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 12667   Tarix: 04 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961