Deputatdan Əli Mirəliyevə dəstək: "Bu mənasız adpaylamadan imtina etmək lazımdır..."

Deputatdan Əli Mirəliyevə dəstək: "Bu mənasız adpaylamadan imtina etmək lazımdır..."Millət vəkili Fazil Mustafa müğənni Əli Mirəliyevin fəxri adlarla bağlı qalmaqallı açıqlamasını dəstəkləyib.

Deputat oxu.az-a açıqlamasında mədəniyyət sahəsində fəxri adların ədalətsiz paylanıldığını söyləyərək, bu adlardan imtina etməyi təklif etdi: "Həqiqətən də, bu adların verilməsi məsələsində olan ədalətsizlik başqa sahələrdəkindən daha bariz görünür. Ümumiyyətlə, bu mənasız adpaylamadan ya imtina etmək lazımdır, ya da layiqsizlərin gözünə, heç olmazsa, bir-iki layiq olanı da qatmaq lazımdır ki, ədalətsizlik açıq-aşkar görünməsin. Tanıdığım bir sənət adamı var. Olduqca mütəvazi bir insandır. 40 ildir fortepianonun arxasında əyləşib ən mötəbər tədbirlərdə saatlarla gözəl musiqi ifaçılığı nümayiş etdirir. Neçə illərdir "Dan ulduzu" ansamblının solistidir. Fəridə Hüseynova tanınmış pianoçudur. Tədbirlərin birində soruşdum ki, yəqin ki, siz ən azı Azərbaycanın əməkdar artistisiniz. Cavabı məni heyrətləndirdi: "Siz nə danışırsınız, mənim kimim var ki, hansısa ad da verilsin! Ancaq təsəllim budur ki, tələbələrimin çoxuna adlar verilib, elə bu da mənim bəsimdir".

Hələ bizim tanımadığımız neçə belə peşəkar insanlar var ki, adamsızlıqdan, pulsuzluqdan belə adlara əlləri çatmır. İndi deyirlər, bu Əli Mirəliyev çox sərt danışır. Adam daha necə danışmalıdır? Sənətlə bağlı baş verənlər gözünün qabağındadır, söyləməmək mümkün deyil".

Xatırladaq ki, Fatma Abdullazadə Prezident Administrasiyasının humanitar şöbəsinin müdiri vəzifəsindən azad edildikdən sonra müğənni Əli Mirəliyev onunla bağlı narazılığını dilə gətirmişdi: "Fatma Abdullazadəni tutduğu vəzifədən kənarlaşdırdılar. Çünki işlərinin öhdəsindən gələ bilmirdi, çatana, hər yerindən durana "Xalq artisti" adı verdirirdi. Onun hesabına mavilər, əxlaqsız qadınlar da xalq artisti oldu. Bunu da hər kəs gözəl bilir. Prezidentin bəyəm vaxtı, siyasi-iqtisadi işlərdən imkanı varmı ki, durub onlara bir-bir qulaq assın?! Sevinirlər ki, bunlar Xalq artisti olublar. Yalansa, öləsiniz sizi elə, yerə soxum yaltaq ağsaqqallarınız başda olmaqla, hamınızı xalq artisti olan yerdə! Bu millət uzun illər rusun tərkibində olub deyə, həmişə Xalq artisti olmaq üçün əldən-ayaqdan gedib. Ancaq anlamırlar ki, o ad boş şeydir. Bəyəm İtaliyada Sofi Loren, Türkiyədə Zeki Müren xalq artisti olub?! Amma onları dünya tanıyır!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1394   Tarix: 19 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544