Aşağı bal toplayan müəllimlər işdən çıxarılacaq? - VİDEO

Aşağı bal toplayan müəllimlər işdən çıxarılacaq? - VİDEOBir neçə il ərzində ölkədə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin sayı 140 min nəfərə yaxındır. Ən son qiymətləndirmə mayın 11-də Qaxda keçirilib və bu imtahanda 12 mindən çox müəllim iştirak edib.

BiG.AZ xezerxeber.az-a istinadən bildirir ki, diaqnostik qiymətləndirmə imtahanının keçirilməsindən sonra sosial şəbəkələrdə qızğın müzakirələr başlayıb. Balı 30-dan aşağı olan müəllimlərin işdən çıxarılacağı və onların iş yerlərinin vakant kimi göstəriləcəyi ilə bağlı iddialar səslənir.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib ki, yayılan məlumatlar şayiədir. 30 baldan az nəticə göstərən müəllimlərin işdən çıxarılması məsələsi gündəmdə deyil.

Nazirlikdən həmçinin qeyd edilib ki, diaqnostik qiymətləndirmənin keçirildiyi 12 bölgə üzrə müəllimlərin 90 faizdən çox hissəsi imtahanlarda iştirak edib. Ötən ilin noyabr-dekabr aylarında baş tutan imtahanlarda iştirak edən 25 min 693 müəllimin təxminən 1 faizi imtahandan kəsilib. Həmin kontingentin bir hissəsi öz istəkləri ilə iş yerlərini tərk edə bilərlər. Amma bu, müəllimin öz istəyindən asılıdır. Lakin onlar işlərində qalıb fəaliyyətlərini davam etdirməyi planlaşdırırlarsa, ilk növbədə öz üzərlərində işləməli və yenidən hazırlaşıb diaqnostik qiymətləndirmədən keçməlidirlər.

Nazirlikdən o da bildirilib ki, diaqnostik qiymətləndirmədə iştirak etməyən, bu imtahandan keçməyən, həmin rayon və şəhərlərdəki məktəblərdə işə yeni qəbul olunan və iş yerlərini yeni dəyişən müəllimlərə görə yenidən qiymətləndirmənin keçirilməsi üçün həmin rayon və şəhərlərdən sorğuların daxil olmasını gözləyəcəklər. İstənilən halda, yay aylarında Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün mərkəzləşdirilmiş qaydada imtahanlar keçirir. Elə həmin ərəfədə də imtahan keçirməklə işə yeni qəbul olunan və iş yerlərini dəyişən, diaqnostik qiymətləndirmədən kəsilən, bu imtahana gəlməyən müəllimlərin hamısı üçün imtahan təşkil oluna və onlar diaqnostik qiymətləndirmədən keçə bilərlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2928   Tarix: 18 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Müğənni Günay makyajsız şəklini paylaşdı

Müğənni Günay İbrahimli makyajsız halı ilə gündəmə gəlib. BİG.AZ xəbər verir ki, o, İnstaqram sosial şəbəkəsində paylaşıb:. "Bəzən yol qət etmək üçün qaçmaq yox, dayanmaq gərəkdir. Yolumuz uzun". İfaçının fotosu çoxsaylı bəyənmə yığaraq, sevənləri tərəfindən xoş sözlər yazılıb

17:30 145
.

Ögey atasını öldürmüşdü, cəza verilmədi

Ögey atasını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Elgün Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan araşdırma zamanı müttəhimin hadisəni törədərkən anlaqsız vəziyyətdə olması sübut olunub. Prokuro

12:23 542
.

Paşinyan 44 günlük müharibəni administrasiyasının ən mühüm uğursuzluğu kimi qiymətləndirib

Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni administrasiyasının ən mühüm uğursuzluğu kimi qiymətləndirib. xəbər verir ki, o bunu mayın 7-də keçirdiyi mətbuat konfransında deyib. Baş nazir 44 günlük müharibədən qaçmağın niyə mümkün olmadığını izah edib. "2018-ci ildən Dağlıq Qarabağd

07.05.2024 313
.

Səidədən Aygün Bəyləri təhqir edən Ləmana cavab

Xəbər verdiyimiz kimi, tiktoker Ləman Vəliyeva mərhum Əməkdar artist Aygün Bəyləri təhqir edib. Axşam.az-ın məlumatına görə, bununla bağlı paylaşım edənlər arasında müğənni Səidə Sultan da yer alıb. Səidə bildirib ki, tiktoker bu sözlərlə Azərbaycan musiqisini təhqir edib:. "Gərək belə məqamlard

11:34 860
.

Ana 4 körpəsini soyuducuda dondurdu

ABŞ-da 4 körpəsini donduran 69 yaşlı qadın həbsxanadan qaçıb. xarici KİV-ə istinadla bildirir ki, yeni doğulmuş uşaqların qalıqları 2022-ci ildə onun Bostondakı mənzilində aşkar edilib. Soyuducuda folqa ilə bükülmüş ayaqqabı qutularına rast gəlinib. Onların içində körpələr olub. Araşdırma zamanı məlu

17:42 144
.

DİQQƏT: Azərbaycanda dönərdən zəhərlənənlərin sayı KƏSKİN ARTDI - YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb. APA-nın məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönərindən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb. Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir. Qeyd edək ki, məsəl

07.05.2024 867
.

Dönərdən kütləvi zəhərlənmə bu səbəbdən baş verib - Rəsmi açıqlama - Video

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov İTV-yə açıqlamasında hadisənin sanitar-gigiyenik normaların pozulması səbəbindən baş verdiyini bildirib

16:24 293
.

Con Svinni Şotlandiyanın baş naziri oldu

Şotlandiya Milli Partiyasının yeni lideri Con Svinni səsvermədə iştirak edib. BİG.AZ xəbər verir ki, o, Şotlandiyanın yeni baş naziri olub. Qeyd edək ki, Con Svinni Həmzə Yusafın yerinə keçib. C. Svinni ölkənin keçmiş maliyyə naziri olub. Liderlik yarışında digər üç namizəd 31 səslə Duqlas Ross, 22 səsl

12:13 124
.

"Bu səmimilik deyil, sırtıqlıqdır"

"Sənətə qulluq edirsənsə, əgər sənin müəyyən qədər tamaşaçı kütlən varsa, onları arxanca apara bilirsənsə, mütləq danışığına fikir verməlisən". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Coşqun Rəhimov "Rəngarəng səhər" proqramında deyib. O, özünü səmimi adlandıran və efird

07.05.2024 664