Azərbaycanda üz dəyişdirmək mümkündür? - VİDEO

Azərbaycanda üz dəyişdirmək mümkündür? - VİDEOÜz nəqli əməliyyatı ilə çoxumuz filmlərdən tanışıq. Məsələn, Jon Travolta və Nikolas Keygin baş rollarda olduğu "Üzsüz" filmində qəhrəmanlar bir-birinin simasına yiyələnir. Ancaq reallıqda bu əməliyyat filmlərdəki qədər sadə olmur, eləcə də üz cərrahi müdaxilədən sonra kinolardakı kimi mükəmməl görünmür.

ARB TV-nin "Günə doğru" verilişində mövzu ilə bağlı maraqlı sujet yayımlanıb.

Rauf Kərimov - plastik cərrah: "Üz dəyişdirmək əməliyyatı çox mürəkkəb bir əməliyyatdır və dünyada bir neçə ölkədə, bir neçə xəstəyə aparılır cəmi. Çox başarılı və üz güldürücü nəticələri də yoxdur. Amma yenə də xəstələrə şans verilir. Aralarında ölən xəstələr də var. Bu xəstələr ömür boyu dərmandan istifadə edirlər ki, üz qalsın, ayrılmasın".

Əməliyyat zamanı pasiyentə ölmüş adamın üzü köçürülür. "İnsan orqan və toxumalarının transplantasiyası haqqında" qanuna görə ölkəmizdə meyitdən orqan köçürülməsi mümkün olsa da, təcrübədə bir çox problemə rast gəlinir. Belə əməliyyat hələ ki, baş tutmayıb. Məsələylə bağlı dünyada fərqli qaydalar var. Müəyyən ölkələrdə şəxsin dünyasını dəyişmədən öncəki razılığı əsas götürülsə də, bəzilərində vəfat edən insanın qohumlarının icazəsi də şərtdir. Ölkəmizdə isə artıq bir neçə ildir bununla bağlı müzakirələr gedir.

Üzün nəqlinə gəldikdə isə problem təkcə təcrübədə yaşanmır. Qanunlarımızda üz köçürülməsinə ümumiyyətlə toxunulmayıb.

Vüqar Səfərli – hüquqşünas: "Qanunda elə orqanın transplantasiyasından söhbət gedir ki, o orqan cüt olsun və bundan sonra donora həyatını davam etməsi imkanı yaransın. Üzün transplantasiyası zamanı donor həyatını davam etdirə bilməz".

Dünyada üzün cərrahi müdaxiləylə müəyyən qədər dəyişdirilməsi hallarına rast gəlinir. Ehtimallara görə, bu kriminal avtoritetlər arasında baş verir. Amma bu əməliyyatlar leqal olmur və gizli aparılır. Üzün dəyişdirilməsinə rəsmi icazə verildiyi hallar da var. Məsələn, bəzi ölkələrdə önəmli məhkəmə proseslərində şahidlik edən şəxslərin qorunması üçün əməliyyata icazə verilir. Bu zaman başqa hüquqi məsələlər də ortaya çıxır.

Rauf Kərimov - Plastik cərrah: "Üz dəyişdirilməsi belə hüuqi prosesdir. Bu böyük bir dövlət xəstəxanasından aparılcaq əməliyyatdır. Hər yerdən icazə alınır və təsdiqlənir. Böyük ehtimal onun şəxsiyyət vəsiqəsi də dəyişilir".

Reallıq odur ki, ölkəmizdə üz transplantasiyası hələ ki mümkün deyil. Üzün dəyişdirilməsinə qədərki proseslər kimi, əməliyyat baş tutduqdan sonra şəxsin həyat və fəaliyyəti qanunla tənzimlənmir. Meyitdən orqanların köçürülməsi məsələsi isə müzakirə olunsa da, reallaşdırmaq çətindir. Üz transplantasiyasının nə zaman mümkün olacağını isə təcrübə göstərəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1156   Tarix: 15 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

10:10 255
.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

14:02 116
.

Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən -a açıqlama verilib. Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafi

02.05.2024 410
.

Çox dondurma yeməyin zərərləri nədir?

Dondurma yay aylarının əvəzolunmaz desertidir. Sərinləmək üçün yediyimiz dondurmadan həzz aldığımız qədər, zərərləri də var.Dondurmanın tərkibində süd və süd qatı maddələr var, ona görə də hər dəfə dondurma yeyəndə vücudunuz D vitamini, A vitamini, kalsium, fosfor və riboflavin alır. Bundan əlavə, müxtəli

02.05.2024 237
.

"Avroviziya-2024"də Fələstin bayraqları qadağan edildi

"Avroviziya"nın təşkilatçısı olan Avropa Yayım Birliyi builki beynəlxalq mahnı müsabiqəsinə Fələstin bayraqları və siyasi bəyanatlar olan plakatların arenaya gətirilməsini qadağan edib. Bununla əlaqədar Avropa Yayım Birliyi bəyanat yayımlayıb. Bəyanatda qeyd olunur ki, Fələstin bayraqlarını

02.05.2024 260
.

Tarixdə ilk dəfə Olimpiya məşəlini transseksual daşıyacaq - FOTO

2024-cü ildə Parisdə (Fransa) Olimpiya Oyunlarının açılışı zamanı tarixdə ilk dəfə Olimpiya məşəlinin estafetində transseksual iştirak edəcək. Bu barədə Paris meriyası sosial şəbəkələrdə xəbər verib. Minima Geste ləqəbli transseksual yarışın açılış günü olimpiya məşəlini 25 sm hündürlükdə dikdaban ayaqqabılarl

12:05 239
.

Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim

Tamstore Marketlər Şəbəkəsi bu dəfə Ağdaş sakinlərinə tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə xidmət göstərmək üçün 3 may 2024-cü il tarixindən fəaliyyətə başlayacaq. Rəsmi açılış mərasiminə özəl üç gün ərzində 100 məhsulda tam 50% endirim kampaniyası və eyni zamanda 500 məhsuld

02.05.2024 280
.

İsveç polisi Quranın yandırılmasına icazə verdi

"Eurovision" Mahnı Müsabiqəsi ərəfəsində İsveç polisi Quranın yandırılması da daxil olmaqla aksiya keçirməyə icazə verib. Onun mayın 3-də, Malmö şəhərinin mərkəzində yarışların başlamasına bir gün qalmış baş tutması planlaşdırılır. Növbəti iki gündə - şənbə və bazar günlərində etiraz aksiyalar

02.05.2024 378
.

Rusiyada TikTokun fəaliyyəti yenidən məhdudlaşdırıldı

TikTok Rusiyada istifadəçilər üçün məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Bildirilir ki, proqrama daxil olmaq istədikdə müvafiq bildiriş görünür:. "Bölgənizdə bəzi TikTok funksiyalarını məhdudlaşdırdıq. Siz müvəqqəti olaraq videolar yerləşdirə və y

11:18 140