Azərbaycanda "Son Zəng"ə hazırlaşan məktəblilər faciəvi şəkildə öldü - FOTOLAR

Azərbaycanda "Son Zəng"ə hazırlaşan məktəblilər faciəvi şəkildə öldü - FOTOLARDünən səhər saatlarında Lənkəran rayonunda baş vermiş dəhşətli qəzada ölən şəxslərin hər ikisinin məktəbli olduğu üzə çıxıb.

BiG.AZ xəbər verir ki, Liman şəhər İ.Mahmudov adına 1 saylı məktəbin 11-ci sinif şagirdi olan 2000-ci il təvəllüdlü Səfərov Kənan Adil oğlu dostu, qonşu Qumbaşı kəndindəki məktəbdə 11-ci sinifdə oxuyan 17 yaşlı Xalid Səfərovla birgə səhər saatlarında dərsdən qaçıb. Məktəbi icazəsi tərk edən məktəblilər "Mercedes E Class" markalı, 10 OR 044 nömrə nişanlı avtomobillə Limandan Lənkəran şəhərinə doğru hərəkət ediblər. Onlar bir neçə gün sonra keçiriləcək "Son zəng" tədbirinə lazım olacaq bəzi ləvazimatları almaq üçün rayon mərkəzinə gəlirmiş.

Bildirilir ki, qəzaya düşən avtomobili 17 yaşlı Kənan Səfərov idarə edirmiş. O, atasına məxsus olan maşını sürücülük vəsiqəsi olmadan sürürmüş. Qəza isə yüksək sürətlə idarə edilən avtomobilin qəfil idarəetmədən çıxması nəticəsində baş verib.

Qeyd edək ki, dünən Kənan Səfərov dəfn edilsə də, Xalidin dəfni bu günə saxlanılıb. Onun atası gecə saatlarında Rusiya Federasiyasından Azərbaycana gəlib və bu saatlarda gənc oğlan dəfn ediləcək.

Qəzada ölən məktəblilərin fotoları sosial şəbəkədə yayılıb. Liman şəghərindəki İ.Mahmudov adına orta məktəb feysbuk səhifəsi vasitəsi ilə valideynlərə müraciət edərək məktəbli uşaqlara avtomobil verilməməsini xahiş edib.

mənbə: lent.az

Azərbaycanda "Son Zəng"ə hazırlaşan məktəblilər faciəvi şəkildə öldü - FOTOLARAzərbaycanda "Son Zəng"ə hazırlaşan məktəblilər faciəvi şəkildə öldü - FOTOLARAzərbaycanda "Son Zəng"ə hazırlaşan məktəblilər faciəvi şəkildə öldü - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4307   Tarix: 08 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089