Səlim Abbasovun YALANÇI ULDUZ XƏSTƏLİYİ: "Maşınımın şüşəsini sındırıblar..."

Səlim Abbasovun YALANÇI ULDUZ XƏSTƏLİYİ: "Maşınımın şüşəsini sındırıblar..."Yerli şou-biznes nümayəndələrinin gündəmə gəlmək üçün qurma qalmaqallar yaradıb, özləri haqda müxtəlif "qəza" xəbərləri yaymaqlarının dəfələrlə şahidi olmuşuq.

BiG.AZ-ın məlumatına əsasən, bunu adətən, heç cür populyarlaşa bilməyən, yaxud da bir müddət tanındıqdan sonra gündəmdən düşən şou nümayəndələri edir, desək doğru olardı. Amma zənnimizcə, bir sənət adamı "müxtəlif yollarla" gündəmə gəlib, tanınmaq əvəzinə, ortaya sanballı yaradıcılıq işi qoyub, sevilərsə, daim populyarlığın və tamaşaçı sevgisinin zirvəsində olar. Çünki təcrübələr göstərir ki, bu kimi ucuz reklamlar şou nümayəndəsinin xeyrinə işləmir, əksinə, onu zövqlü tamaşaçının gözündən salmış olur.

Sözümüzün canı odur ki, bu gün səhər lent.az-da əməkdar artist, skripka ifaçısı Səlim Abbasovun avtomobilinin şüşələri sındırılması xəbərinə rast gəldik. Xəbərdə ifaçı iddia edib ki, Səbail rayon Tərlan Əliyarbəyov küçəsində ona məxsus BMW markalı avtomobilin şüşələri naməlum şəxs və ya şəxslər tərəfindən sındırılıb. Avtomobildən oğurluq edilməsə də, S.Abbasova məxsus 2 skripka götürülərək yolun kənarına atılıb.

Səlim Abbasov üzləşdiyi hadisə ilə bağlı polisə müraciət edib.

Olayla bağlı, ifaçının özü ilə əlaqə saxlamağa çalışdıq. Ona görə çalışdıq deyirik ki, bütün gün ərzində S.Abbasovun mobil nömrəsinə dəfələrlə zəng etdik. Telefona ifaçının qardaşı cavab verərək, bizə "1-2 saata zəng edin", "Bir azdan yığın", "Səlim mənə icazə vermir bu məsələ ilə bağlı danışım, bir azdan zəng edin, özü ilə danışın", "20 dəqiqəyə yığın, Səlim sizinlə danışsın" – kimi vədlər verdi.

Lakin daha sonra isə ümumiyyətlə, telefona cavab verən olmadı.
Maraqlıdır, Səlim Abbasov doğrudanmı, bəzi şou nümayəndələri kimi belə bir üsula əl atıb, gündəmə gəlmək istəyir? Halbuki, onun da kifayət qədər dinləyici auditoriyası var. Babal yumaq istəməzdik… Ümid edirik ki, skripka ifaçısı özü olaya aydınlıq gətirəcək. Biz buna ümid edirik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Aysel.Ş


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3124   Tarix: 01 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355