Tanınmış cərrahın həbsi ilə bağlı ŞOK TƏFƏRRÜAT

Tanınmış cərrahın həbsi ilə bağlı ŞOK TƏFƏRRÜATGürcüstan prokurorluğu Tbilisidə fəaliyyət göstərən "Lanset" klinikasının direktoru, qalmaqallı doktor Fərman Ceyranovn həbsi ilə bağlı rəsmi açıqlama yayıb.
Prokurorluq Ceyranovun orqan transplantasiyası ilə bağlı maxinasiyalara görə həbs olunduğunu açıqlayıb.

Açıqlamada deyilir ki, klinikanın direktoru 2016-cı ilin əvvəllərində Azərbaycandan cərrah-transplantoloq dəvət edib, hansı ki, onun heç bir tibb sahəsi üzrə Gürcüstan sertifikatı olmayıb. Bundan sonra təqsirləndirilən şəxs pasiyentləri klinikaya cəlb etmək üçün sosial şəbəkələrdə və telekanallarda belə məlumat yayıb ki, guya klinikaya transplantologiya üzrə Türkiyədən həkim-mütəxəssis dəvət olunub, həmin mütəxəssis klinikada qara ciyər problemlərindən əziyyət çəkənlər üçün pulsuz müayinələr təşkil edir. 2016-cı ilin fevralında iki Gürcüstan vətəndaşı klinikaya müraciət edib. Klinikada pasiyentlərə bildiriblər ki, onların qara ciyər transplantasiyasına ehtiyacı var, ölkədə isə Türkiyədən olan mütəxəssis-transplantoloqlardan ibarət qrup fəaliyyət göstərir, guya həmin qrup dəfələrlə uğurlu qara ciyər nəqli həyata keçirib. Pasiyentlərdən biri klinikanın direktoruna 99 min lari (41 min dollar) ödəyib, ikincisi isə borc müqaviləsi bağlayıb və müqaviləyə görə 2016-cı il aprelin 10-a qədər klinikaya 40 min dollar ödəməli idi. "Əməliyyatların keçirilməsinə qədər "Lanseti" MMC-nin direktoru F.C. pasiyentlərə, donorlara və onların ailə üzvlərinə qara ciyər nəqli ilə bağlı risklər haqda məlumat verməyə borclu idi. Habelə əməliyyat barədə transplantologiya Şurasını məlumatlandırmalı, qara ciyər nəqli üçün icazə almalıydı. Lakin o, bunları etməyib", Gürcüstan Baş prokurorluğu bildirir. Qara ciyər nəqli üçün birinci əməliyyat klinikada 2016-cı il martın 3-də, ikincisi martın 8-də keçirilib. Hər iki pasiyent əməliyyatdan bir həftə sonra ölüb. Faktla bağlı iri məbləğdə dələduzluq, insanların sağlamlığı üçün risk yaradan saxtalaşdırma, məlumatların gizlədilməsi maddələri ilə iş qaldırılıb.

Bu maddələr üzrə 6 ildən 9 ilə qədər həbs nəzərdə tutulur. İstintaq cinayətin digər iştirakçılarının aşkara çıxarılması üçün işləyir. Fərman Ceyranovun qara ciyər nəqli üçün Azərbaycandan dəvət etdiyi və türk kimi qələmə verdiyi həkimin kimliyi göstərilmir. (virtualaz.org)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1737   Tarix: 24 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kosmosa da turist səfərləri başladı

Amerikanın "SpaceX" şirkəti kosmosa turist uçuşları üçün yer bron etməyə başlayıb. Bu barədə məlumat şirkətin saytında yer alıb. xarici mediaya istinadla bildirir ki, maraqlananlar üçün dörd istiqamət əlçatan olacaq: Yerin orbitinə, Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya və Marsa. "Dragon"

02.05.2024 315
.

Pakistanda avtobus aşdı: 20 ölü

Pakistanda sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb, 20 nəfər yaralanıb. Bölgəyə polis və xilasedicilər cəlb olunub. Araşdırma zamanı avtobusun sərt qayalıqların üzərindəki yoldan çıxaraq aşdığı müəyyən edilib. Yaralananlar xəstəxanaya yerləşdirilib. Araşdırmala

16:10 84
.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

14:02 459
.

"Birbaşa uçuşların sayını artırmaqda digər hava yollarının da maraqları olmalıdır" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Göydəniz Qəhrəmanov -a bildirib ki , Azərbaycan Hava Yolları birbaşa uçuşların sayını artırır. Amma bu məsələd

15:11 190
.

Rusiyada TikTokun fəaliyyəti yenidən məhdudlaşdırıldı

TikTok Rusiyada istifadəçilər üçün məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Bildirilir ki, proqrama daxil olmaq istədikdə müvafiq bildiriş görünür:. "Bölgənizdə bəzi TikTok funksiyalarını məhdudlaşdırdıq. Siz müvəqqəti olaraq videolar yerləşdirə və y

11:18 197
.

Dilan özünə qəsd edib

Həbsdə olan fenomen Dilan Polat özünə xəsarət yetirib. OLAY yazır ki, bununla bağlı Türk mediasında məlumatlar yayılıb. Bildirilib ki, sonuncu məhkəmədən sonra Dilan qolunu və ayaqlarını kəsib "Azadlığa çıxa bilməyəcəyəmsə, burada ölmək istəyirəm" dediyi öyrənilib

10:50 639
.

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO

Bakıda kişi küçədə özünü yandırmağa cəhd edib. Bu barədə görüntülər -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə Xətai rayonunda, Məhəmməd Hadi küçəsi 51 ünvanında baş verib. Özünü yandırmağa cəhd göstərən şəxsə ətrafdakılar və hadisə yerinə gələn polis əməkdaşları müdaxilə edib

12:12 740
.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

17:18 138
.

"Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur"

"Bakı daha bir mühüm tədbirə ev sahibliyi edir. Mayın 1-dən 3-dək ölkəmizdə "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qona

15:12 85