Un və çörək yenidən BAHALAŞACAQ - Azərbaycanda
"Son bir neçə ildə taxılçılığın inkişaf etdirilməsi adı ilə davamlı olaraq dövlət büdcəsindən kifayət qədər böyük maliyyə vəsaitləri ayrılır".
BiG.AZ xəbər verir ki, bunu aqronom, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, xüsusən buğda və çəltik istehsalı üçün dövlət büdcəsindən hər hektara görə 90 manat subsidiya ayrılsa da, Azərbaycan ərzaq buğdasına olan ehtiyacını daxili istehsal hesabına ödəyə bilmir.
"Ölkənin cəmi 1,4 milyon ton ərzaq buğdasına ehtiyacı olduğu halda, bu tələbat tam olaraq idxalın hesabına ödənilir. Baxmayaraq ki, Kənd Kəsərrüfatı Nazirliyi ölkədə 1 milyon 800 min tondan çox buğda istehsal olduğunu iddia edir, lakin hər il Azərbaycana 1,4 – 1,6 milyon ton buğda idxal olunur.
Ölkəyə buğda əsasən Rusiyadan idxal edilir. Dövlət büdcəsindən həmçinin toxumçuluğun inkişafına, xaricdən mineral gübrələrin alınaraq ölkəyə gətirilməsinə, texnika ilə bağlı problemlərin həllinə külli miqdarda maliyyə vəsaiti ayrılır.
Ölkəyə son zamanlar dövlət hesabına Avropa istehsalı, təxminən hər birinin qiyməti 100 min avro olan taxılbiçən kombaynlar alınaraq gətirilib. Lakin bütün bunların müqabilində taxılçılıq sahəsində geriləmələr müşahidə edilir", - deyə ekspert vurğulayıb.
V.Məhərrəmov bildirib ki, keyfiyyətli toxum çatışmazlığı çox ciddi problem yaradır: "Fermerlər keyfiyyətli toxum materialı əldə edə bilmirlər, adi taxıl dənindən toxum kimi istifadə edirlər. Bu da məhsuldarlığa və məhsulun keyfiyyətinə mənfi təsir edir.
Bütün bu problemlərə görə, fermerlər aqrotexniki qaydalara vaxtında əməl edə bilmirlər. Azərbaycanın taxılçılığın inkişafı üçün geniş imkanlar və lazımı resurslar mövcuddur. Yetər ki, aidiyyəti qurumların sahəyə diqqəti artırsın".
Mütəxəssis hesab edir ki, taxılçılıq sahəsində bu vəziyyət davam edərsə, tələbat yenə də idxal hesabına ödənilərsə, qiymətlər fantastik dərəcədə bahalaşa bilər: "Dünya bazarında 1 ton ərzaq buğdasının qiyməti 2016-cı ilin dekabr ayında 122,8 dollar, 2017-ci ilin yanvar ayında 137 dollar olduğu halda, bu gün 175,82 dollar təşkil edir. Bu o deməkdir ki, idxal olunan buğdadan alınan unun qiyməti ən azı 30 faiz bahalaşacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2842 Tarix: 17 may 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949