NOKIA şirkəti telefondan əvvəl kağız istehsalı ilə məşğul imiş

NOKIA şirkəti telefondan əvvəl kağız istehsalı ilə məşğul imişNOKIA şirkəti telefondan əvvəl kağız istehsalı ilə məşğul imişNokia — Finlandiyanın transmilli şirkəti, mobil rabitə texnologiyaları sahəsində dünya liderlərindən biri. Öz məlumatlarına görə dünya mobil telefon telefon bazarındakı payı 39% təşkil edir.[1] Şirkətin mərkəzi qərargahı Finlandiyanın Espoo şəhərinin Keilaniemi rayonunda yerləşir. Nokianın dünyanın bir çox ölkələrində tədqiqat və inkişaf mərkəzləri, istehsalat obyektləri və satış məntəqələri yerləşir. 2009-cu ilin dekabrına olan məlumata görə Nokianın dünyanın 16 ölkəsində tədqiqat mərkəzləri yerləşir və həmin mərkəzlərdə 37 200 nəfər işləyir. Bu rəqəm şirkətin ümumi işçi sayının təxminən 30%-ni təşkil edir. Nokia Tədqiqat Mərkəzinin 7 ölkədə — Finlandiya, Çin, Hindistan, İsveçrə, Keniya, ABŞ və Böyük Britaniyada nümayəndəlikləri var. Şirkətin ümumilikdə 15 zavodu fəaliyyətdədir. Finlandiyada və Çində 3, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Meksika, Hindistan, Macarıstan və Rumıniyada isə 1 zavodu yerləşir. 2004-cü ildə Nokia Finlandiyanın ÜDM-nin 3,5%-ni təşkil edirdi, 2003-cü ildə isə Nokianın ixracatı Finlandiyanın ümumi ixracatının 25%-i qədər idi.

Tipi: İctimai şirkət
Şirkətin şüarı: "İnsanları əlaqələndirərək" (ing. "Connecting people")
Təsis edilib: 12 may 1865
Təsisçiləri: Fredrik İdestam
Leo Meşelin
Yerləşməsi: Finlandiya, Espoo
Hakim simaları: Yorma Ollila (baş direktor)
Məhsulu: Mobil telefonlar
Smartfonlar
GSM şəbəkələri üçün avadanlıqlar
Simsiz rabitə sistemləri
GPS-naviqatorlar
İnternet-planşetlər
Netbuklar
Dövriyyəsi: ▼€ 41,0 milyard (2009)
Əməliyyat mənfəəti: ▼€ 1,2 milyard (2009)
Təmiz mənfəəti: ▼€ 891,0 milyon (2009)

Tarixi
Nokianın əsası 1865-ci ildə ixtisasca mühəndis olan Fredrik İdestam tərəfindən qoyulub. Başlanğıcda şirkət kağız istehsalı ilə məşğul olurdu. 1868-ci ildə İdestam Tampere şəhərindən 15 km qərbdə, Nokianvirte çayı sahilində yerləşən, Nokia şəhəri yaxınlığında, ağac məhsulları istehsal edən ikinci zavod açır. Bunun səbəbi Nokianvirte çayında daha böyük hidroelektrik potensialın olması idi. 1871-ci ildə İdestam öz yaxın dostu və şəriki Leo Meçelin ilə birlikdə Nokia şirkətini təsis edir. 19-cu əsrin sonlarına yaxın Meçelin elektrik biznesini inkişaf etdirmək istəsə də, İdestam bunu etirazla qarşılayır. Lakin İdestamın 1896-cı ildə şirkətin rəhbərliyindən gedərək təqaüdə çıxması Meçelinin şirkətin əsas rəhbəri olması ilə nəticələnir. O bu vəzifədə 1898-ci ildən 1914-cü ilə qədər işləyir. 1902-ci ildə Nokia elektrik istehsalını öz biznesinə əlavə edir.[3] Lakin Birinci Dünya Müharibəsindən az sonra şirkət iflasa uğramaq ərəfəsində idi. Bunun qarşısını almaq üçün onun müştərilərindən olan Finnish Rubber Works şirkəti Nokianın səhmlərini alır. Bununla həmin şirkət Nokiadan elektrik generatorlarının alınmasını davamlı etmək istəyirdi. 1922-ci ildə həmin şirkət Finnish Cable Works şirkətini də alır. 1967-ci ildə bu üç şirkət birləşərək Nokia Korporasiyası adı altında fəaliyyətini davam etdirir.

1980-ci illərin əvvəlində Nokia İsveçin Mobira, Salora, Televa Luxor şirkətlərini alaraq telekommunikasiya və elektron avadanlıqlar bazarındakı mövqeyini gücləndirdi. 1987-ci ildə şirkətin əsas biznesi məişət elektronikası istehsalı üzərində cəmləşdi, şirkət Avropanın üçüncü ən böyük televizor istehsalçısına çevrildi.

1980-ci illərin sonlarında Nokia Ericsson şirkətinin məlumat sistemləri hissəsini satın alaraq Skandinaviyada ən böyük informasiya texnologiyası şirkəti halına gəldi. 1989-cu ildə isə Hollandiyanın kabel istehsalçısı olan NKF şirkətini satın aldı.

Nokia mobil telefonlarının ölçüsünün kiçilməsi.1994-cü ildə şirkətin prezidenti Yorma Ollila şirkətin yeni strategiyasını müəyyənləşdirdi — əvvəlki biznesdən imtina və telekommunikasiya texnologiyaları üzərində fokuslaşma. Bu strategiya tezliklə öz müsbət nəticələrini verdi.

2006-cı ilin iyununda Nokia və Siemens özlərinin telekommunikasiya avadanlığı istehsalı üzrə bölmələrini yeni şirkətdə birləşdirmək qərarına gəldilər. Yeni şirkət "Nokia Siemens Networks" adını aldı. 2007-ci ilin May ayında Nokia şirkəti bəyanat yayaraq, onun 2003-cü ildən istehsalına başladığı Nokia 1100 telefonunun bütün dövrlərdə ən çox satılan mobil telefon markası olduğunu bildirib.[3] Bəyanatda həmin modeldən 200 milyon ədəd satıldığı iddia olunurdu. Həmin ilin Noyabr ayında Nokia özünün N seriyalı ilk mobil telefonu olan Nokia N82 modelini istehsal edir. 2008-ci ildə isə Nokia Blackberry ilə rəqabət aparmaq üçün Nokia E71 modelini buraxır. Həmin model Blackberrydə olan əksər funksiyalara malik olmaqla yanaşı daha ucuz qiymətə satılırdı.

Şirkətin Profili
Nokia ilk mobil telefon istehsalına 1982-ci ildə başlayıb. Həmin vaxt istehsal olunan telefonlar həcmcə böyük, 1G texnologiyasına malik telefonlar idi. 2G texnologiyasına malik telefonlar 1992-ci ildən etibarən buraxılmağa başlandı. İlk MP3 formatını dəstəkləyən telefonlar isə 2005-ci ildə bazara buraxıldı. Hal-hazırda şirkət 3G və 4G texnologiyasına malik telefonların istehsalı və təkmilləşdirilməsi ilə məşqul olur.

2009-cu ilin statistik məlumatlarına görə Nokia 432 milyon ədəd mobil telefon istehsal etmişdir. Bunların 68 milyonu smartfonlar idi. Nokia bütün dünyada mobil telefon satışına görə birinci yerdə durur [4] Nokia brendi 2010-cu ildə aparılan araşdırmaya əsasən 29.5 milyard dollar dəyərə malikdir. Brendinin dəyərinə görə Nokia brendi dünyada 8-ci yeri tutur. Nokia ilk onluqda olan şirkətlər arasında ABŞ-ı təmsil etməyən yeganə şirkətdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4831   Tarix: 29 dekabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121