"Başqasından hamilə qalan qadını özünə arvad edən kişiyə kim qardaş deyər ki?!" - Kənan M.M. COŞDU

"Başqasından hamilə qalan qadını özünə arvad edən kişiyə kim qardaş deyər ki?!" - Kənan M.M. COŞDURejissor Kənan M.M. bu gün Gənclik Mall-da "The game" filminin qala gecəsində iştirak edib.

BiG.AZ xəbər verir ki, o, filmlə bağlı hər hansı bir fikir bildirməyin hələ tez olduğunu söyləyib.

"Filmi izləməmişəm, ona görə də hansısa rəy deyə bilmərəm. Düzünü desəm, indi çəkilən film təqdimatlarını axıra kimi izləmirəm, qaçıram. Çünki düzünü desəm ayıb olur, danışmasam da olmur. Kino sahəsinə ümidimiz böyükdür, yaxşı olacaq".

Kənan M.M. gələcək planlarından danışıb. O, həm çəkilişlər barədə məlumat verib, həm də film haqqında mənfi rəy söyləyən tamaşaçılara giley edib. Kənan deyib ki, Azərbaycan tamaşaçısı dram yox, komediya filmini xoşlayır:

"Tamaşaçılara da təşəkkürümü bildirirəm, çox sağ olsunlar ki, Kənan M.M.-i "sındırdılar". İndi yeni film çəkirəm, adı "Ağ ət". "Gecə qonağı" filmi uğurlu oldu, biz Pərvinlə hara gedirdiksə hamı xahiş edirdi ki, "Gecə qonağı-2" gəlsin". Çoxları düşünür ki, "Gecə qonağı" filmində mən yalnız qadınların pis tərəfini göstərmişəm. Əslində isə belə deyil. Mən o filmi ərsəyə gətirməklə qadınların gücünün nəyə çatdığını göstərmək istəmişəm. Bilirsiniz, həyatda yazılmayan qanunlar vardır. O filmə baxanlardan evli təbəqə bəlkə haqlı, bəlkə də haqsız olaraq Fərdanı, subay qadınlar Pərvini söydü. Baxın, həmin o Pərvini söyənlər onun kimi yalnız qalanlar idi. Məsələn, keçən dəfə "Vicdan haqqı" filmində bir səhnəyə baxdım. Kişi başqasından hamilə qalan qadını evə gətirir və onunla evlənəcəyəm deyir. İndi mənə deyin görüm, başqasından hamilə qalan qadını özünə arvad edən kişiyə kim ata, qardaş deyər ki?!".

Sərvər Mehtiyev


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 18592   Tarix: 30 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355