"Hərbi xidmətdə olmayıbsa, qızınızı verməyin" - Əli Həsənov

"Hərbi xidmətdə olmayıbsa, qızınızı verməyin" - Əli Həsənov"Məcburi köçkün ailələri, qızınızı ərə verərkən oğlanın hərbi xidmətdə olub-olumadığını mütləq öyrənin. Hərbi xidmətdə olmayıbsa, qızınızı verməyin".

BiG.AZ xəbər verir ki, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov "Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası" (Ağdam şəhərinin timsalında) adlı layihənin təqdimat mərasimində çıxışı zamanı deyib.

"Məcburi köçkün ailələri çalışmalıdır ki, hərbi məktəblərdə ilk növbədə onların övladları oxusun. Biz Təhsil Nazirliyi və digər qurumlarla birlikdə bununla bağlı tədbir keçirmişik. Hesab edirəm ki, vətənpərvərlik uşaq bağçalarından başlamalıdır".

Ə. Həsənov deyib ki, məcburi köçkün uşaqların hərbi təhsil alması ilə bağlı 2014-cü ildə araşdırma apararkən, xoşagəlməz mənzərə ilə qarşılaşıb:

"Bütün işğal olunmuş rayonlardan ali hərbi məktəblərdə cəmi 30 gənc təhsil alırdı. Bu barədə prezidentə müraciət edərək, məsələnin həlli üçün icazə istədim. Sənin torpağın işğal olunubsa, hərbi təhsil almaq istəmirsənsə, bununla yanaşı, hətta fərarilik edirsənsə, bu, yolverilməzdir. Bu gün ali hərbi məktəblərdə təhsil alan tələbələrin sayı 10 dəfə artıb, fərarilik aradan qalxıb. Ən qeyrətli gənclər şəhid olurlar".

mənbə: publika.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2277   Tarix: 03 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Mayda 85 nəfər zəhərlənib, 2-si vəfat edib

May ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 85 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə KTM məlumat yayıb. Bildirilib ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 83 pasiyentin vəziyyət

12:16 183
.

"Avropanın ikili standartları ən açıq şəkildə Rusiya-Ukrayna müharibəsi fonunda üzə çıxıb" - BƏHRUZ QULİYEV

"Son illər beynəlxalq münasibətlər sistemində baş verən proseslər bir daha göstərir ki, böyük güclərin geosiyasi maraqları hələ də kiçik və orta dövlətlərin taleyinə birbaşa təsir göstərməkdədir. Xüsusilə, Rusiyanın keçmiş SSRİ məkanına münasibətdə yürütdüyü siyasət imperiya təfəkkürünün tamamil

11:26 176
.

Bakıda qəribə olay: Adam bıçaqladı, "məni süni intellektlə idarə edirlər" dedi

Bakıda avtomobil təkərlərinin deşilməsi üstündə başlayan mübahisə ağır cinayətlə nəticələnib. Qaynarinfo xəbər verir ki, hadisə ilə bağlı mühakimə olunan şəxs məhkəmədə verdiyi ifadədə onu "süni intellekt vasitəsilə idarə etdiklərini" iddia edib. İttihama görə, hadisə 2025-ci ilin iyul ayınd

17:40 168
.

"Zəngəzur dəhlizi mütləq inşa ediləcək"

"Dəmir yolu və avtomobil yolu infrastrukturuna investisiya qoymaqla nəqliyyat üçün yeni dəhlizlər açırıq". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışı zamanı bildirib. Şərq-Qərb dəhlizinin uğurl

11:26 161
.

Sərnişin qatarının bərpası turizm sektoruna nə vəd edir?

"Bildiyiniz kimi, Azərbaycan və Gürcüstan arasında əldə olunan razılaşmaya əsasən sərnişin qatarlarının fəaliyyəti bərpa olunub. Bu addım iki ölkə arasında gediş-gəlişin asanlaşmasına və nəqliyyat əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcək". Bunu BİG.AZ-a açıqlamasında turizm ekspert

12:42 211
.

Yerevanda minlərlə insan küçələrə çıxdı

Rusiya ilə müttəfiqlik tərəfdarı kimi tanınan Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın tərəfdarları Yerevanın mərkəzində minlərlə insanın iştirakı ilə yürüş keçiriblər. xəbər verir ki, hadisə yerindən məlumatı RİA Novosti yayıb. Nümayiş iştirakçıları paytaxtın əsas küçələrində yürüş edərək seçicilər

10:54 166
.

Fransa və müttəfiqləri Atlantikdə sanksiyalara məruz qalan Rusiya neft tankerini ələ keçiriblər

Fransa prezidenti Emmanuel Makron bazar ertəsi sosial media paylaşımında bildirib ki, Fransa və tərəfdaşları həftəsonu Atlantik okeanında sanksiyaları aşan Rusiya neft tankerini saxlayıblar. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, Fransa prezidenti bildirib ki, Taqor bazar günü səhər Britaniya v

12:00 172
.

Bakıda 22 yaşlı oğlanın meyiti tapıldı

Bakıda evdən meyit tapılıb. xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsində qeydə alınıb. 22 yaşlı Murad Rövşən oğlu Ağazadənin meyiti yaşadığı evdə tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Araşdırma aparılır

18:15 149
.

Qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,99% azalaraq 4 547,4 ABŞ dollarına bərabər olub. COMEX-d

20:30 30
.

TOP MP3