"Avropanın ikili standartları ən açıq şəkildə Rusiya-Ukrayna müharibəsi fonunda üzə çıxıb" - BƏHRUZ QULİYEV

"Avropanın ikili standartları ən açıq şəkildə Rusiya-Ukrayna müharibəsi fonunda üzə çıxıb" - BƏHRUZ QULİYEV"Son illər beynəlxalq münasibətlər sistemində baş verən proseslər bir daha göstərir ki, böyük güclərin geosiyasi maraqları hələ də kiçik və orta dövlətlərin taleyinə birbaşa təsir göstərməkdədir. Xüsusilə, Rusiyanın keçmiş SSRİ məkanına münasibətdə yürütdüyü siyasət imperiya təfəkkürünün tamamilə aradan qalxmadığını nümayiş etdirir. Moskva müxtəlif siyasi, iqtisadi və təhlükəsizlik mexanizmlərindən istifadə etməklə keçmiş sovet respublikalarını öz təsir dairəsində saxlamağa çalışır.

Bu siyasətin təzahürlərini bu gün Cənubi Qafqazda, xüsusilə, Ermənistanda müşahidə etmək mümkündür. Ermənistanda növbəti parlament seçkiləri yaxınlaşdıqca ölkədaxili kənardan idarə olunan siyasi qüvvələr arasında mübarizə daha da kəskinləşir. Rusiya isə ənənəvi olaraq öz maraqlarına uyğun siyasi qüvvələrin mövqelərini gücləndirməyə çalışır. Moskva üçün Ermənistan yalnız müttəfiq dövlət deyil, həm də Cənubi Qafqazda təsir imkanlarının qorunması baxımından strateji əhəmiyyət daşıyan platformadır." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"Avropanın ikili standartları ən açıq şəkildə Rusiya-Ukrayna müharibəsi fonunda üzə çıxıb" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, digər tərəfdən, Avropa Birliyi və Qərb institutları uzun illərdir demokratiya, insan haqları və suverenlik prinsiplərinin müdafiəçisi kimi çıxış etsələr də, bir çox hallarda onların praktiki addımları səsləndirdikləri bəyanatlarla üst-üstə düşmür. Ermənistan məsələsində də oxşar mənzərə müşahidə olunur. Avropa siyasi dəstək nümayiş etdirsə də, regionda təhlükəsizlik balansını dəyişdirə biləcək real mexanizmlər ortaya qoymur. Bu isə bəzi hallarda Ermənistan cəmiyyətində gözləntilərlə reallıq arasında ciddi fərqin yaranmasına səbəb olur.

"Hesab edirəm ki, Avropanın ikili standartları ən açıq şəkildə Rusiya-Ukrayna müharibəsi fonunda üzə çıxıb. Müharibənin ilk günlərindən Ukraynaya geniş siyasi və maliyyə dəstəyi göstərilsə də, Avropa dövlətlərinin bir çox qərarları daha çox öz təhlükəsizlik və iqtisadi maraqlarına hesablanıb. Nəticədə Ukrayna xalqı ağır itkilərlə üzləşərkən, Avropa paytaxtlarında müharibənin nəticələrinin öz ölkələrinə təsirini minimuma endirmək əsas prioritet kimi qalıb.

Bütün bunlar göstərir ki, beynəlxalq siyasətdə dövlətlərin davranışını ideoloji şüarlardan daha çox milli maraqlar müəyyən edir. Bu reallıq fonunda region ölkələri öz təhlükəsizliklərini və inkişaf perspektivlərini ilk növbədə milli maraqlar üzərində qurmalı, xarici güclərin vədlərinə deyil, öz siyasi iradələrinə və daxili potensiallarına güvənməlidirlər.

Cənubi Qafqazda baş verən hadisələr, Ermənistanda seçki öncəsi formalaşan siyasi mənzərə və Ukrayna müharibəsinin gedişi bir daha sübut edir ki, nə Rusiya öz imperiya ambisiyalarından tam imtina edib, nə də Qərb bəyan etdiyi dəyərləri hər zaman eyni prinsipiallıqla müdafiə edir. Müasir dünyanın geosiyasi reallıqları məhz bu həqiqətin üzərində formalaşır." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 547   Tarix: 01 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

14.11.2026 174
.

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisindən Suriyaya 1 milyard 197,1 milyon kubmetr həcmində Azərbaycan təbii qazı göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Bu göstəric

14.11.2026 193
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

14.11.2026 315
.

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada

14.11.2026 174
.

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus

14.11.2026 193
.

Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində

14.11.2026 214
.

Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ

Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav

14.11.2026 316
.

Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq

İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy

14.11.2026 155
.

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb

14.11.2026 154
.