Məmur "Fatimeyi Zəhra" məscidini sökdürüb yerində bina tikdirmək istəyir - Sakinlər AYAĞA QALXDI

Məmur "Fatimeyi Zəhra" məscidini sökdürüb yerində bina tikdirmək istəyir - Sakinlər AYAĞA QALXDIBakının Yeni Günəşli qəsəbəsində yerləşən "Fatimeyi Zəhra" məscidi yenidən sökülmə, ərazisinin alınması təhlükəsi ilə üzləşib.

BiG.AZ xəbər verir ki, ərazidə yaşayan sakinlərin verdiyi məlumata görə, hansısa məmur məscidin ərazisinin bir hissəsini almaq və orada tikinti aparmaq niyyətindədir. Qeyd edək ki, bu məscidin sökülmək təhlükəsilə qarşılaşdığı ilk hal deyil.

Məsələ ilə bağlı modern.az-a açıqlama verən vəkil Cavad Cavadov olayı ictimailəşdirəcəyini və müvafiq qurumlardan cavab almağa çalışacağını bildirib.
Bakı şəhər İcra Hakimiyyətinin 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncamı ilə Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində "Fatimeyi Zəhra" məscidi dindarlarının dini icmasına 1,3 ha torpaq sahəsi ayrılaraq məscid-mədrəsə komleksinin tikintisinə icazə verilib. Həmin ərazi məscidin daimi istifadəsinə verildiyindən hasara alınıb və məscid inşa edilib, lakin onun tam olaraq tikintisinə imkan verilməyib.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 31 oktyabr 2002-ci il tarixli sərəncamı ilə əvvəlki - 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncam etibarsız hesab edilib.

Bundan sonra məscidi qeyri-legitim hesab edən Suraxanı rayon İcra Hakimiyyəti məscidə qarşı dava açaraq, məhkəmədən torpağın qaytarılmasını, məscidin sökülməsini xahiş edib.

Dini icma qarşılıqlı iddia qaldıraraq, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 31 oktyabr 2002-ci il tarixli sərəncamının ləğv edilməsini və qanunazidd hərəkətlərin dayandırılmasını xahiş edib.

Həmin dövrdə dindarların hüquqlarını vəkil Aslan İsmayılov müdafiə edib. Cəmiyyətin bütün təbəqələrinin sərt təpkisinə baxmayaraq 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə torpaq sahəsinin geri alınaraq məscidin sökülməsinə qərar verib.

Yalnız ölkə Prezidenti İlham Əliyevin müdaxiləsi nəticəsində bu qanunsuzluqlara son qoyulub.

Məhkəmə qərarları Ali Məhkəmənin Plenumunda ləğv edilib, Bakı Apellyasiya Məhkəməsində 29.12.2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının 613 saylı 31 oktyabr 2002-ci il tarixli sərəncamı etibarsız hesab olunub, Suraxanı rayon İcra Hakimiyyətinin iddiası təmin edilməyib, Bakı şəhəri Suraxanı rayonu. Eyni zamanda Yeni Günəşli qəsəbəsi mərkəzi massivində yerləşən 1,3 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş məscid komleksi Qafqaz Müsalmanlan İdarəsinin balansına verilib.
Qətnamə qanuni qüvvəsini alıb və 6 il keçməsinə baxmayaraq məscid natamam olaraq qalıb. Buna baxmarayaq məsciddə ibadətlər edilib və möminlər həmişə nümünəvi olaraq davaranıblar.

C.Cavadov bildirib ki, məscidin ərazisinin yenidən alınması çox pis haldır:

"Bu qanunsuzluqlara qarşı çıxmaq ilk olaraq müsəlman kimi özümə borc bilirəm, sonra isə vəkil olaraq. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə və Suraxanı rayon İcra Hakimiyyətinə informasiya sorğuları göndərirəm. Məscidin ərazisi onun mülkiyyəti və ayrılmaz hissəsidir. Cənab Prezidentin göstərişi ilə 2010-cu ildə məscidin sökülməsinin qarşısı alınıb, sonradan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə bu hal mübahisəsiz olaraq öz təsdiqini tapıb. Qanunla bu torpaq sahəsinin sərəncamçısı QMİ-dir. Əvvəlki qanunsuz məhkəmə qərarlarının ləğv edilməsinə görə müraciət edənlər sırasında QMİ olduğundan, bu idarənin məscidə qarşı növbəti qanunsuzluğa nəinki göz yumacağın, ona qarşı yenidən mübarizə aparacağına tam əminəm. Xüsəsən 2017-ci ildə - "İslam Həmrəylik ili"ndə hansısa məmurların belə niyyətlərinin olması dövlət siyasətinə qarşı zənnimcə açıq-aşkar təxribat ola bilər və buna qarşı bütün hüquqi müdafiə vasitələri ilə qarşı çıxacam və əminəm ki, mən tək olmayacam".

Məsələ ilə bağlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov açıqlamasında məsələnin araşdırılacağını deyib:

"Azərbaycanda 2165 məscid var. Bu məscidlərin 306-sı tarixi, dini abidə kimi dövlət tərəfindən qorunur. Amma bu o demək deyil ki, onlar tarixi abidə kimi qorunduğu üçün Mədəniyyət və Turizm Nazirliyinin balansındadır. Mədəniyyət Nazirliyinin balansında olan məscidlər o məscidlərdir ki, onlar konkret olaraq qoruq ərazisində yerləşirlər. Belə məscidlər Gəncədə, Şəkidə , eyni zamanda İçərişəhər qoruq idarəsinin ərazisində fəaliyyət göstərən məscidlərdir. Yerdə qalan məscidlərin mütləq əksəriyyəti, demək olar ki, hamısı bələdiyyələrin balansındadır. Bələdiyyələr isə bu məscidlərin təmənnasız, icarə haqqı alamdan Qafqaz Müsəlmanları İdarəsi (QMİ) istifadəsinə veriblər. Amma bu o demək deyil ki, məscidlər QMİ-nin balansındadırlar. Balans olaraq bələdiyyələrdədir, bələdiyyələr isə məscidləri QMİ-nin istifadəsinə verib.

Konkret olaraq ""Fatimeyi Zəhra" məscidinə gəlincə, bu məsələ Komitə tərəfindən araşdırılacaq və ərtaflı məlumat veriləcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2824   Tarix: 03 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili "SAVAŞ MESAJI" verdi

Hazırda Ermənistanda hakimiyyət uğrunda mübarizə Nikol Paşinyan ilə kilsə rəhbəri II Qaregin arasında gedir. Hakimiyyət hazırda əsas diqqəti kilsə ilə mübarizəyə yönəldib. Məhz bunun nəticəsidir ki, hazırda zəifləyən revanşistlər də son dayaqları olan kilsə ətrafında birləşməyə başlayıblar. Bu günlərd

13:57 163
.

Kamboca ilə sərhəddə 14 tailandlı hərbçi ölüb

Kamboca ilə sərhəddə döyüşlər zamanı həlak olan Tailand hərbçilərinin sayı 14-ə çatıb. "Report" xəbər verir ki, bu barədə "AFP" agentliyi Tailand Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən bildirib. "Daha dörd hərbçi həlak olub", - deyə o bildirib və əlavə edib ki, həla

10:20 128
.

Paytaxt restoranlarında Yeni il qiymətləri

Bəzi insanlar Yeni il gecəsini evdə yox, restoranlarda qeyd etməyi sevirlər. Bu baxımdan restoranların 31 dekabr gecəsi üçün qiymətləri daim maraq doğurur. Bakıda elə əyləncə mərkəzləri var ki, Yeni il gecəsi üçün bir nəfərlik qiymət 400 manat təşkil edir. Bəzi obyektlərdə isə 150-200 manat arasıdır

16:18 176
.

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib. xəbər verir ki, bu barədə yerli mətbuata Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib. "Ölüm hallarının olmadığını demək mümkün deyil, təəssüf ki, bu, baş verir. Adətən, belə hallar xroniki ağciyər

17:20 109
.

Ramil Səfərovun xanımına vəzifə verildi

Polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərova "Study in Azerbaijan" layihəsinin direktoru təyin edilib. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. "Study in Azerbaijan" layihəsinin direktoru kimi fəaliyyətə başlamaq karyeramd

19:00 3
.

Rusiya Qara dənizdə Türkiyə gəmisinə hücum etdi

Dekabrın 13-də Rusiya Silahlı Qüvvələri Ukraynadan Misirə gedən Türkiyəyə məxsus mülki gəmiyə hücum edib. xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri bildirib. Məlumata görə, zərbə dron vasitəsilə həyata keçirilib. "Rusiya göyərtəsində günəbaxan yağı olan və Misirə gedən Türkiyənin "VIVA"

12:00 137
.

Rubio: Ruandanın Konqodakı fəaliyyəti sülh sazişinin pozulmasıdır

Ruanda qonşu Konqo Demokratik Respublikasına (KDR) qarşı etdikləri ABŞ Prezidenti Donald Trampın iştirakı ilə iki Afrika dövlətinin liderləri tərəfindən Vaşinqtonda imzalanmış sülh sazişini pozur. "Report" xəbər verir ki, bu məlumatı ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsind

17:40 88
.

Qapısı açıq "Hyundai"dan oğurluq edən şəxs saxlanıldı

Paytaxtın Nəsimi rayonunda "Hyundai" markalı avtomobildən pul və bank kartı oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinə

13:20 137
.

Əri Rusiyaya işləməyə gedən qadın 2 övladını öldürdü

Özbəkistanda məhkəmə Andican vilayətinin 24 yaşlı sakini olan qadın barəsində yekun hökm çıxarıb. O, iki azyaşlı qızını qətlə yetirməkdə təqsirli bilinib. xarici mediaya istinadla bildirir ki, hadisə İzbasqan rayonunun Urqanji məhəlləsində baş verib. İş materiallarına əsasən, qadın Rusiyaya işləməy

13:50 186
.

TOP MP3