ANS 20 il efirdə.!

ANS 20 il efirdə.!

Tanınmışlar və sadə vətəndaşlar ANS telekanalını 20 illik yubileyi münasibəti ilə təbrik ediblər

Noyabr ayının 26-da keçmiş Sovet məkanında ilk müstəqil telekanal olan ANS-in 20 yaşı tamam olur. ANS yarandığı gündən müstəqil Azərbaycanın dövlət quruculuğuna xidmət edib və həmişə ona sadiq qalıb. Tanınmışlar və sadə vətəndaşlar ANS haqqında fikirlərini, arzularını ANS PRESS-lə bölüşüblər.

Cəmil Həsənli (Tarixçi)

ANS mənim üçün operativ xəbər mənbəyidir. ANS-in tarixi Azərbaycanın müstəqilliyinin tarixidir. ANS bu 20 ili dövlətimizin müstəqilliyi ilə birlikdə addımlayıb. Azərbaycanın müstəqilliyinin vətəndaşların ruhuna hopmasında ANS–in müstəsna xidmətləri olub. ANS operativliyi, məzmunlu verilişləri, obyektiv yanaşması ilə nümunə olacaq bir televiziya kanalıdır. Əslində ANS Azərbaycanın müstəqilliyinin atributlarından biridir.

ANS-in gələcəkdə daha çox məzmunlu verilişlər hazırlamasını arzulayıram. Azərbaycan efirini bürümüş süni, zövqsüz verilişlərdən uzaq olsun. Düşündürücü, milli ideyaya təkan verən verilişləri bol olsun.

Qurban Qurbanov ("Qarabağ" futbol klubunun baş məşqçisi, Əməkdar məşqçi)

ANS keçmiş Sovet məkanında ilk özəl kanaldır. Mənim üçün ən operativ, populyar kanaldır. İlk dəfə onun sayəsində biz özəl kanalı tanıdıq və böyük maraqla izlədik. Kanal hadisələri həmişə doğru və maraqlı şəkildə tamaşaçılara təqdim edir.

İlk dəfə ANS–də xarici oyunları canlı göstərməyə başladılar. ANS mənim həmişə maraqla izlədiyim kanaldır.

Hamının ANS-ə böyük hörməti var. Kanalın yaxşı rəhbərləri var. Mir Şahin müəllim futbola böyük maraq göstərir və hər oyundan sonra mənimlə əlaqə saxlayır. İstərdim, ANS gələcəkdə də idmana daha çox yer ayırsın. İmkan olduqca bizimlə ölkədən kənar yarışlarımızda daha çox iştirak etsin. Dünyada daha çox tanınmış, populyar kanal olsun.

Oqtay Haqverdiyev (iqtisadiyyatçı)

ANS mənim ilk dəfə efirə çıxdığım kanaldır. Mən nazir müavini (İqtisadiyyat Nazirliyinin Makro-İqtisadi və Struktur Siyasəti İdarəsinin rəisi red.) işləyən vaxt "Nəzər nöqtəsi" verilişinin ilk dəfə qonağı olmuşdum. İstərdim ANS iqtisadi məsələlərə daha çox diqqət ayırsın.

ANS-dən daha yaxşı xəbərlər arzulayıram. İstərdim, kanal yeni açılanda olan siyasətinə qayıtsın.

Əkrəm Əylisli (Xalq yazıçısı)

ANS maraqlı verilişlər yaradıb ərsəyə gətirən kanaldır. Arzu edirəm ki, ANS özünün qurduğu pozisiya ilə yaşasın. Öz işində yeniliyi daha da yaxşı qəbul etsin. Çünki ANS yeniliyə çox həssasdır. Bu da onu başqa kanallardan fərqidir. Arzu edirəm ki, kanal ictimaiyyətə qarşı həssaslığını saxlasın və daha da inkişaf etsin.

Sabir Rüstəmxanlı (Xalq şairi, ictimai-siyasi xadim)

ANS mənə doğma olan bir şirkətdir. Bunun bir sıra səbəbləri var. Birincisi odur ki, Azərbaycanda özəl televiziya yaratmaq istiqamətində addım ilk dəfə ANS tərəfindən atılıb. İkincisi odur ki, ANS-i yaradan, hazırda ona rəhbərlik edən şəxslər mənə yaxın olan gənclərdir. Vaxtilə onların hamısı mənim nəşr etdiyim "Azərbaycan" qəzetində işləyiblər. ANS-in təməli Azərbaycanda o vaxt 2-3 müstəqil qəzetdən biri olan "Azərbaycan" qəzetində qurulub. İlk süjetlər o vaxtın Azərbaycan qəzetinin video əlavəsi üçün çəkilib. Onların ilk qələm təcrübələri "Koroğlu kəşfiyyatı" adlı qəzetdə olub. Vahid və Seyfulla Mustafayevlər ictimai siyasi proseslərə münasibətlərini bu qəzetin səhifələrindəki yazılarında bildiriblər. Qəzetin əməkdaşı Mir Şahin Ağayev də onlara qoşularaq sonradan birgə "Xəbərçi" proqramını yaradıblar. Əvvəlcə "Xəbərçi" Azərbaycan Televiziyasının tərkibində yayımlanırdı, sonradan müstəqil ANS kanalı yarandı. Bu kanalın kökündə isə "Xəbərçi" proqramı dayanırdı. Bu televiziya millətə obyektiv, doğru-dürüst informasiyanı çatdırmaq istəyindən yaranmışdı. Azərbaycan məkanında "Azərbaycan News Cervis" deyilən telekanal yaranır və onun yaranmasına səbəb ictimai proseslərə müdaxilə etmək idi. İlk istək Qarabağda gedən prosesləri lentə almaq, onları yaddaşa köçürərək xalqa çatdırmaq istəyindən yaranmışdı.

Bu gün isə artıq beynəlxalq aləmdə ANS-in səsi var. ANS bütün dünyada yayımlanır. İndi isə ANS tək xəbər kanalı deyil, həm də mədəniyyət, siyasət, ictimai həyatın bir çox sahələrini əhatə edən verilişləri olan geniş şəbəkəli bir televiziyadır. İndi də ANS-in rəhbərliyi mənə doğma adamlardır. ANS isə öz növbəsində fəaliyyətini genişləndirərək günü-gündən güclənir, tamaşaçılar arasında nüfuzu artır. Bu 20 il müddətində ANS-in xoş və eyni zamanda ağır günləri də olub. Mən bu günlərdə onların yanında olmuşam. İnşallah, ANS-in bir də pis günü olmaz. ANS indi yayımlanan kanallar üçün pioner rolunu oynayıb. Belə demək mümkündürsə, indiki kanallar ANS-in əsasında formalaşıb.

İndi ANS-in 20 illik yubileyi qeyd edilir. İnşallah 50-100 illik yubileyləri də qeyd edərlər.

Amaliya Pənahova (Xalq artist)

ANS deyəndə ilk növbədə ağıla Milli Qəhrəman Çingiz Mustafayev gəlir. Ən çətin vaxtlarda biz ANS-ə baxardıq, doğru xəbəri oradan almışıq. İndi yeni telekanallar açılsa da biz yenə də ANS-i izləyirik. Mən ANS-in bütün əməkdaşlarını 20 illik münasibətilə təbrik edirəm!

Xuraman Qasımova (Xalq artisti)

ANS haqqında çox uzun danışa bilərəm. Ancaq iki kəlmə ilə ANS-i belə təsvir edərdim. ANS xalqın vicdanının səsidir.

ANS-i 20 illik yubileyi münasibətilə təbrik edirəm.

Elxan Abdurrəhmanov (Şəki, fermer)

ANS bizim doğru xəbər ünvanımızdır. Bu kanal gündəlik ölkə və dünyada baş verənləri ən ətraflı, obyektiv şəkildə təqdim edən kanaldır.

ANS-ə daha çox yubiley qeyd etməyi, gələcəkdə də tutduğu siyasəti davam etdirməyi arzulayıram.

Təranə Əliyeva (Bakı, tələbə)

ANS həmişə mənim üçün xəbərin ən dəqiq mənbəyi olub. Ən nadir materiallar ANS-də olub. Məsələn, indi bütün dünyaya Xocalı faciəsini göstəririk, onlar kimin materiallarıdır- məhz ANS-in, Çingiz Musatafayevin.

Mənim üçün ANS çox dəyərli və birinci kanaldır, onlara hər zaman belə novator, kreativ olmağı, daim operativ və xalqı unutmamağı, daim inkişafda olmağı arzu edirəm...

Ramin Yusifov (sürücü)

ANS bizim ən çox etibar etdiyimiz, izlədiyimiz kanaldır.
ANS-də ən çox eşitmək istədiyimiz xəbəri – Qarabağın azad olunmasını ilk olaraq çatdırmasını, növbəti yubileylərini Xocalıda, Laçında, Şuşada qeyd etməsini arzu edirəm!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2602   Tarix: 26 noyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589