Xərçəng xəstəliyinə qarşı yeni dərman hazırlanıb

Xərçəng xəstəliyinə qarşı yeni dərman hazırlanıbYenicə icad edilmiş dərman ən aqressiv xərçəng xəstəliyi növləri üçün nəzərdə tutulub. İndiyədək müalicəsi mümkün olmayan bəzi xərçəng xəstələri kliniki sınaqlardan yaxşı çıxır.

BiG.AZ bildirir ki, ən ağır xərçəng xəstəliyinə qarşı bu dərmanı əczaçılıq nəhəngi Pfizer və Abbvie Stemcentrix kiçik bio-texnoloji şirkətinin alimləri hazırlayıb. Bu növ xərçəngləri müalicə etmək çətindir və onlar çox zaman geri qayıdır. Alimlər bu dərmanı sıçanlar və meymunlar üzərində sınaqdan keçirib. İnsanlar üzərində isə sınaqlar hələ də davam edir.

"Biz bu dərman vasitəsilə xərçəngi kökündın qoparmaq istəyirik. Sizin bağçadan alaq otunu bir daha bitməsin deyə kökündən çıxarıb atdığınız kimi. Biz bu dərmanı xərçəngin kökünü kəsmək üçün hazırlamışıq və bundan kimya-terapiyasında, xərçəng hüceyrələrini öldürmək üçün istifadə edirik" deyə, Nyu-Yorkdakı Fayzer Araşdırmalar Mərkəzindən doktor Mark Damelin bildirir.

Bu preparatın iki xüsusiyyəti var. Bunda xərçənglə mübarizə aparan əks-cisimlər var. Alimlər kimya-terapiyasında zülallı molekullar olan əks-cismlərdən istifadə edir. Həmin əks-cisimlər xərçəngin hüceyrələrini öldürərək, inkişaf etməsinə imkan vermir.

Damelin deyir ki, bu təcrübə yumurtalığında xərçəng olan 30 faizə qədər xəstəyə müsbət təsir göstərib. Bu, əvvəllər müalicələri uğursuz olmuş xəstələrdir.

Ümid var ki, bu dərman kimya-terapiyasını əvəzləyə bilər. Bu dərman həm də əvvəlkilərdən fərqli olaraq, daha az toksinli və yan təsirləri az olan dərmandır. Əgər bu dərman uğurlu olarsa, alimlər bunun prostat, mədə, qida borusu və ağ qan kimi digər aqressiv xərçəngləri də müalicə edə biləcəyinı düşünür.

Böyük insan kütləsi arasında təcrübələrə bu il başlanılacaq. Əgər təcrübələrin nəticələri uğurlu alınarsa, insanlar ağır xərçəng xəstəliklərindən xilas ola bilər.

mənbə: Amerikanın səsi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2037   Tarix: 24 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xərçəng xəstəliyi riskini ən çox artıran qida açıqlanıb

Qırmızı ətin normadan artıq istehlakı bağırsaq və prostat vəzi xərçəngi xəstəliyinə tutulmaq riskini artırır. "Report" xəbər verir ki, belə bir xəbərdarlıqla Türkiyənin tanınmış onkoloqu Nilüfər Avcı çıxış edib. Mütəxəssis qeyd edib ki, xərçəng dünyada ən çox insan ölümünə səbəb olan xəstəliklərdəndir

28.01.2024 2078
.

Arıqlamaq üçün ən yaxşı və doyumlu səhər yeməyi hansıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Arıqlamaq istəyənlər üçün ən yaxşı səhər yeməyi pendirli omlet və avokado ilə tost ola bilər". Bu barədə rusiyalı endokrinoloq və qastroenteroloq Dilyara Lebedeva "Doctor Piter" portalına müsahibəsində bildirib. Onun sözlərinə görə, bu, ən azı altı saat aclıq hiss etməməyə imka

30.03.2024 662
.

Diz-oynaq ağrılarında nəyə diqqət etməliyik? - VİDEO

Baku TV-də yayımlanan "Baku Med" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında artroz və bud-çanaq oynağının zədələnməsi, uşaqlarda serebral iflic kimi mövzular müzakirə olunub, eləcə də sümükləri gücləndirməyə kömək edən üsullardan bəhs olunub. Proqramın qonağı cərrah

24.03.2024 949
.

Allergik qidaların uşaqların immunitetinə təsiri AÇIQLANDI

"Hazırda mütəxəssislər allergiya ilə bağlı fikirlərini dəyişiblər". Bu barədə rusiyalı uşaq qastroenteroloqu Yekaterina Yablokova danışıb. O qeyd edib ki, əvvəllər həkimlər və valideynlər allergiyası olan uşaqları məhdudlaşdırmağa, onları demək olar ki, qapaq altında böyütməyə çalışırdılar

24.02.2024 914
.

Bu halda su içmək ziyandır

Daha sağlam və fit bir bədənə sahib olmaq üçün görülməli olan əsas işlərdən biri də su içməkdir. Bəzi insanlar su içməyi sevərkən, bəziləri günlərlə su içməyə bilər. Su içməmək orqanizm üçün ən zərərli vərdişlər sırasındadır. Bununla belə, düzgün vaxtlarda su içmək lazımdır. Yanlış vaxtda su içmək sağlamlığınız

16.02.2024 1267
.

Hər gün bir banan yesək, orqanizm necə reaksiya verəcək?

İndiki vaxtda sağlam qidalanma və düzgün qida seçimi hər zamankından daha vacibdir. Bu nöqtədə bəzi sirli və təsirli qidalar var ki, onların möcüzəvi təsiri göz ardı edilə bilməz. xəbər verir ki, meyvənin tərkibindəki vitaminlər, minerallar və antioksidantlar orqanizmi qidalandırır, immunitet sistemin

07.04.2024 672
.

Qarğıdalının faydaları

Qarğıdalı PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngindir. Bundan əlavə qarğıdalının tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsiz aminoturşular var. Qarğıdalının faydaları orqanizmi şlaklardan, toksinlərdən və digər zərərli maddələrdən təmizləyir

23.03.2024 2923
.

Həkimlər bağırsaq xərçənginə qarşı ilk peyvəndi sınaqdan keçiriblər

Surreya Kral Universitetinin həkimləri Böyük Britaniya və Avstraliyadakı xəstələrdə bağırsaq xərçənginə qarşı peyvəndi sınaqdan keçiriblər. "Report" "Daily Mail"ə istinadən xəbər verir ki, dərman iki ildən sonra geniş istifadə üçün hazır ola bilər ki, bu da xəstələri cərrahi müdaxil

28.01.2024 854
.

Kifayət qədər yuxulamamaq insanı qocaldır

Stokholm Universitetinin alimləri özlərini gənc və sağlam hiss etməyin yolunu kəşf ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, yuxu keyfiyyəti insanın özünü nə qədər gənc hiss etməsi ilə əlaqələndirilir. Mütəxəssislər 18 yaşdan 70 yaşa qədər 429 nəfərin məlumatlarını təhli

31.03.2024 519