"Lənkəranski"ni satan azərbaycanlı "qanuni oğru"nun İŞİNƏ BAXILDI

"Lənkəranski"ni satan azərbaycanlı "qanuni oğru"nun İŞİNƏ BAXILDIÖtən həftə İtaliyaya ekstradisiya olunan "Cemo" ləqəbli Cemal Mikeladze haqda yeni məlumatlar; onun "Lənkəranski" ilə bağlı yazdığı məktubda nələr vardı?

BiG.AZ xəbər verir ki, yanvarın 20-də "Şeremetyevo" hava limanında "Moskva-Roma" reysi ilə "Cemo" ləqəbi ilə tanınan 41 yaşlı "qanuni oğru" Cemal Mikeladze İtaliyaya ekstradisiya olunub. 2014-cü ilin iyun ayında "Cemo"ya Bari məhkəməsinin hökmü ilə 15 il müddətinə qiyabi olaraq həbs cəzası kəsilib və barəsində axtarış elan olunub.

İtaliya polisi həmin vaxt "qanuni oğru"nun gizləndiyini yox, həbsdə olduğunu bilirdi. "Cemo" 2014-cü ilin fevralında narkotik saxladığına görə 3 illik həbs cəzası almışdı və Kemerovo şəhərində həbsxanada idi. Vəkilləri "Cemo"nun cəzasının 2 il 2 aya endirilməsinə nail olublar və o, ötən həftə Moskvadan İtaliyaya etap olunub.

"Cemo" İtaliyada transmilli cinayətkar assosiasiyanın yaradılmasına görə axtarılırdı. Həmin assosiasiya müxtəlif ölkələrdə, o cümlədən İtaliyada bir sıra cinayət əməlləri - mənzil oğurluqları, təhdidlə pul alınması, rüşvət, qeyri-qanuni yollarla əldə olunmuş pulların "yuyulması", sənədlərin saxtalaşdırılması və s. törətməkdə ittiham olunur.

Onun sonrakı taleyi Rusiya vətəndaşlığının ləğv edilməsi ilə bağlı verdiyi şikayətdən asılı olacaq. Əgər məhkəmə "Cemo"nun vətəndaşlığını bərpa edərsə, o zaman cəzasını Rusiyada çəkə bilər ki, bu da az inandırıcı görünür. Çünki bundan əvvəl də Rusiya daha bir nüfuzlu "qanuni oğru" Merab Canqveladzenin ("Merab Suxumskli") də vətəndaşlığını ləğv edib. O da hazırda İtaliyadan Qazaxıstana ekstradisiyasını gözləyir... Ümumiyyətlə isə İtaliya həbsxanaları Rusiya ilə müqayisədə "cənnət" hesab oluna bilər.

Rusiya mənbələri iddia edir ki, "Cemo"nun polisin əlinə düşməsində onun düşməni, "qanuni oğru" Vaqif Süleymanovun ("Vaqif Bakinski") əli var.

Cemal Mikeladze 1976-cı ildə Gürcüstanda anadan olub. O, "qanuni oğru" adını 23 yaşında almasına baxmayaraq, tezliklə Moskvadakı gürcüstanlı kriminal qruplaşmalar arasında hörmət qazanıb. Deyilənə görə, "Cemo"nu kriminal dairələrdə cəlbedici edən onun adətən "oğrulara" xas olmayan xarizmasıdır.

"Cemo" kriminal aləmdə ötən il Türkiyədə qətlə yetirilən "qanuni oğru" Rövşən Canıyevin ("Lənkəranski") ən yaxın adamlarından biri kimi də tanınıb. Amma 2014-cü ildə həbs edildikdən sonra "Lənkəranski"ni satması kriminal aləmdə çaxnaşma yaratmışdı. Onun həbsdən hüquq-mühafizə orqanlarına yazdığı iddia edilən məktubunda "Ded Xasan"ın qətli ilə bağlı "sirlər açılırdı". Məktubda iddia edilirdi ki, "Ded"lə bağlı qətl planını müzakirə etmək üçün "Rövşən Lənkəranski", Merab və Levan Canqveladze qardaşları Romada görüşüblər. Sonrakı görüşdə isə Levan Canqveladzeyə "Val" tüfəngi verilib. Mikeladzenin məktubunda qətl planının maliyyəsinin və həyata keçirilməsinin əsas fiqurantı kimi "Rövşən Lənkəranski"nin adı keçirdi. Sonradan məktubu "Ded" klanının ortaya atdığı barədə şübhələr üzə çıxdı. Amma bu iddialar bu günədək də nə təsdiq, nə təkzib edilib.

"Cemo"nun "Rövşən Lənkəranski"yə güvənərək özündən yaşca böyük "qanun oğru" "Vaqif Bakinski"yə "kəllə atması" da kriminal aləmdə uzun müddət müzakirə olunub. Rusiya KİV-lərinin onu yenidən xatırlatması isə onu göstərir ki, mövzu qapanmayıb.

Hadisə 2010-cu ildə "Rövşən Lənkəranski" ilə "Vaqif Bakinski" arasında "sxodka"da baş verib. "Lənkəranski" ilə V.Süleymanov münasibətlərini aydınlaşdırmaq üçün Rublevski yaxınlığında "Cemo"nun böyük qardaşı Mamukonun elit kottecində "sxodka"ya toplaşıblar. "Rövşən Lənkəranski" tərəfdən söhbətə "qanuni oğru"ların ağır artirelliyası hesab olunan Gela Kardava, "Robunzon" və "Paat Malenkiy" iştirak edib. Vaqif Süleymanov isə görüşə "Ded Xasan"ı təmsil edən "Vasi Voskreslə" gəlib. "Sxodka" məhz "Cemo" söz alandan sonra davaya çevrilib. Onun azərbaycanlı "qanuni oğru"ya iradına Vaqif Süleymanov adekvat cavab verib. "Cemo" "Vaqif Bakinski"ni vurmaq istərkən özü zərbə alıb. 2011-ci ilin iyununda hələ o zaman sağ olan "Ded" "Cemo"nu "qanuni oğru" adından məhrum edib.

Bu qərarı o, "Cemo"ya hamının iştirakı ilə telefonda elan edib. "Lənkəranski"nin qətlinə qədər "Cemo" ilə münasibətlərinin hansı səviyyədə olduğunu indi demək çətindir. Amma "Cemo" nun "Lənkəranski" dən sonra "boy göstərəcəyi" gözlənilmirdi. Təsadüfi deyil ki, primecrime. ru "Cemoi"nun ekstradisiyası ilə bağlı xəbərə "Çao qenaçvale" (gürcü dilində yoldaş, dost deməkdir-O.) başlığı verib.

mənbə: anaxeber


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1676   Tarix: 24 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

TOP MP3