Maraqlı Məsləhətlər

Maraqlı MəsləhətlərSitruslar:
Bu bitkilərin ətri əhval-ruhiyyəni qaldırır,dərketmə qabiliyyətini sürətləndirir.Bu qoxu da sinir oyanıqlığına təsir edir.Həyəcan yaradır.Hətta alimlər zəng əvəzinə limon ətri saçan saat da düzəltmişlər.Portağal stressi götürür.
Məsləhət:"Tənbəlik" sizi büüyəndə çoxlu portağal yesəniz,fiziki aktivliyiniz artar.İştahınız yoxdursa,limon ətri köməyinizə çatacaq.

Nanə:
Adətən nanə qoxusu gümrahlıq gətirir.Alimlər sübut etmişlər ki,nanənin ətri beynin "səhər oyanış"ını tənzimləyən nahiyəsinə müsbət təsir edir.Təcrübə nəticəsində müəyyən olunmuşdur ki,nanəni qoxlayan idmançılar bu ətrin təsiri sayəsində daha tez qaçır və çoxlu fiziki hərəkətlər icra edirlər.
Məsləhət : İdman klubunda məşğul olmazdan qabaq biləklərinizə bir qədər nanə yağı və ya cövhəri çəksəniz yaxşı olar.

Vanilin, Darçın:
Bu bitkilərin ətri artıq çəkidən yaxa qurtarmaq istəyənlər üçün yaxşı vasitədir.Çünki,bu qoxular şirniyyatdan ala biləcəyiniz həzzi əvəz edə bilər.
Məsləhət: Vanil və darçın ətrini yeməkdən sonra desert əvəzi qəbul etmək olar. Acqarına bu qoxuları iyləmək iştahanızı azalda bilər.

Lavanda:
Lavanda ətri orqanizmi sakit edir.Bu ətir yataq üçün məsləhətlidir.Fasilə zamanı yaxşı dincəlmək üçün iş yerlərində də istifadə etmək olar.
Məsləhət: İş gününün orta saatlarında lavanda yağını iyləmək faydalıdı.Alimlər sübut etmişlər ki bu yolla işdəki stressi azaltmaq olar.

Jasmin:
Təcrübələr göstərmişdir ki,jasminin ətri dərin yuxuya səbəb olur.Çünki bu bitkinin ətri beyinin yuxusunun dərin fazasını tənzimləyən şöbəsinə bilavasitə təsir edir.
Məsləhət: Yatmazdan əvvəl yastığınıza bir neçə damcı jasmin yağı və ya cövhəri töksəniz,yuxunuz daha yaxşı vasitəsi olacaq.Belə yuxudan sonra siz özünüzü çox gümrah hiss edəcəksiniz.

Kamfora:
Kamfora əsəb sistemini çox gözəl tənzimləyici gücə malikdi.
Məsləhət: Kamfora ətrindən zehni fəaliyyət zamanı istifadə etsəniz,yaxşı nəticə əldə edərsiniz.Bu qoxu çoxumuzda xəstəxana təəssüratı yaradaraq immmun sisteminin üclənməsinə təsir edir.

Şüyüd cətircicəklilər fəslindən olan birillik (nadir hallarda ikillik) bitgidir. Şüyüdün üc növü var. Ən cox yayılmış növü iyli şüyütdür.Vətəni Cənubi Avropa,Şimali Afrika,və Kicik Asyadır. Hündürlüyü 40-120 santimetrdir. Meyvəsi, əsasən ,iyul-avqust aylarında yetişir. Şüyüdün həm yarpaqlarından həmdə cicəklərindən ədviyyat kimi istifadə edilir. Şüyütdən həm yaş həm quru həmdə duzlu şəkildə isdifadə etməy olar. Toxumlarının tərkibində efir yagı var. Ən cox efir yagı tam yetişmiş, ancaq qurumamiş toxumlardan əldə edilir. Yarpaqlarında isə efir yagı azır. Şüyüd toxumundakı efir yagının əsas komponentləri ilə yarpagındakı efir yagının əsas komponentləri fərqlidir. Bundan başqa şüyüd A,C VƏ B qrupu vitaminləri, həmcinin dəmir, kalium , kalsium, fosfor, duzları ilə də zəngindir. Şüyüddən (xususi ilədə tərkibindəki efir yagından) yeyinti və kosmetika sənayesi ilə yanaşı, tibbdədə geniş isdifadə edilir.

Faydaları:

*iştahanı acır.
*İmmuniteti artırır
*Qan təzyiqini aşağı salır
*Sakitləşdirici təsirə malikdir
*Ürək damar sisteminin fəaliyyətini nizamlayır
*Yuxusuzluğu aradan qaldırır
*Qaraciyər xəstəliklərinə qarşı faydalıdır
*Ən yaxşı ağrıkəsicidir
*Yaraların sağalmasına kömək edir
*Xolestrolu azaldır
*Sümüklərin inkişafına kömək edir
*Qan dövranını nizamlayır
*Sinir xəstəliklərini aradan qaldırır.

Şüyüd çayı:

Evdə özünüz də dəmləyə bilərsiniz, yaxud da gördüyünüz şəkildə hazır ala bilırsiz.

Tərkibi:
Razyana meyvəsi, bostan şüyüdü meyvəsi.

Farmakoloji təsiri:
Şüyüd çayı spazmolitik, ağrıkəsici, köp əleyhinə, antibakterial təsir göstərir. 1 yaşına qədər körpələrə bəlğəmgətirici, süd verən analara laktogen vasitə kimi istifadə olunur.

İstifadəsinə göstəriş:
– Qastrit
– Spastik kolit
– Meteorizm
– Traxeit
– Bronxit
– Hipoqalaktiya

Əks göstəriş:
Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6610   Tarix: 10 noyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490