Bakıda məktəbdə OLAY: Müəllim şagirdə "səndən iyrənirəm" dedi - YENİLƏNİB

Bakıda məktəbdə OLAY: Müəllim şagirdə "səndən iyrənirəm" dedi - YENİLƏNİBBakının 123 saylı orta məktəbində müəllimin şagirdi kobud şəkildə təhqir etməsi ilə bağlı xəbər yayılıb.

Xəbərdə bildirilir ki, Kəmalə adlı sinif müəllimi 3-cü sinif şagirdi Kənan Rufullazadəyə "köhnəyinin rənginə görə səndən iyrənirəm" deyib. Müəllimin hərəkəti səs-küyə səbəb olub.

Modern.az saytı məsələni dəqiqləşdirmək üçün 123 saylı məktəblə əlaqə saxlayıb. Məktəbdən belə bir halın baş vermədiyi bildirilib.

Daha sonra Bakı Şəhəri Təhsil İdarəsi ilə əlaqə saxladıq. Təhsil İdarəsi baş verən hadisənin başvermə səbəbini belə izah edib.

"Xəzər rayonundakı 123 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Rufullazadə Kənana sinif müəllimi məktəbli köynəyinin təmiz olmamasını və gigiyenik qaydalara əməl etməməsini irad tutub. Bu zaman müəllim şagirdin şərəf və ləyaqətinə toxunacaq heç bir təhqiramiz ifadə işlətməyib".

13:37
Bakının 123 saylı məktəbində ibtidai sinif müəllimi Kənan adlı şagirdi təhqir edib.

BiG.AZ xəbər verir ki, bu barədə sosial şəbəkədə tanınmış teleaparıcı Aytən Səfərova yazıb:

"Kəmalə adlı "müəllim" üçüncü sinif şagirdi olan Kənan adlı oğlana "səndən iyrənirəm" deyib. Özü də dəfələrlə. Kəmalə "xanım", uşaqları məktəbdən iyrəndirən sənin kimi "müəllim" adına ləkə gətirənlərdir. Ayıb olsun. İmkansız, kasıb ailə uşağına köynəyinin rənginə görə "iyrənirəm" söyləyirsən".

Olke.az-ın əməkdaşı məsələylə bağlı sözügedən müəllimlə əlaqə saxlayıb. Kəmalə Quliyeva iddiaları təkzib edib:

"Qətiyyən elə söz olmayıb. Dəfələrlə o uşağın nənəsinə demişəm ki, uşağın üstünü təmiz saxlayın. Məktəbə o cür çirkli paltarla uşaq gətirmək olarmı? Uşağa da, nənəsinə də demişəm ki, bu formada məktəbə gəlməzlər. Kənanın anası onunla ümumiyyətlə maraqlanmır, atasını dəfələrlə çağırmışam. Atası maşınla məktəbin qapısına da gəlib. Demişəm, atanı gördüm, maşınla qapıya gəlir, onu çağır, sinif rəhbəri kimi onunla söhbətim var. O uşaq bu il ərzində cəmi 1-2 dəfə məktəbə gəlib. Özündən başqa bacı-qardaşı da var. Onlar haqda dəqiq danışa bilmərəm, amma baxanda bilinir ki, natəmizdirlər. O uşaq dərs oxumur, gündəliyinə yazıram ki, hazır deyil. Kənan məktəbə də gəlmir. Müəllim güzəştə gedir, hörmət edir. Amma müəllimə qarşı belə etmək doğru deyil".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7103   Tarix: 09 dekabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233