Tarixi şəxslər barədə qalmaqallı faktlar

Tarixi şəxslər barədə qalmaqallı faktlarUinston Çörçil
Məşhur siyasətçi, Böyük Britaniyanın Baş naziri olmuş Uinston Çörçil bir natiq və dövlət xadimi kimi o qədər məşhurlaşmışdı ki, "BBC" 2002-ci ildə onu Britaniyanın ən görkəmli şəxsi elan etmişdi. Çörçil öz bəlağətli nitqləri ilə insanların rəğbətini qazana bilirdi, ancaq bir çoxları onun mənfi cəhətlərini bilmirdi. Çörçilin çoxlarına məlum olmayan aforizmləri:
"Mən daha ali və güclü bir irqin gəlib, Amerika hindularının və ya Avstraliyanın qaradərili əhalisinin torpağını işğal etməsini və onlara edilənləri böyük səhv kimi qəbul etmirəm".
"Mən qazdan istifadə edilməsinin əleyhinə olan vasvasılılığı başa düşə bilmirəm. Qətiyyətlə deyə bilərəm ki, qeyri-sivil qəbilələrə qarşı zəhərli qazdan istifadə olunmasının tərəfdarıyam".

Adolf Hitler
Son illərdə Nasist Almaniyasının füreri olmuş Hitlerə məxsus sənədlər üzərində aparılan araşdırmalardan məlum olub ki, o, 1934-cü ildə Almaniyanın kansleri olan zaman 6.3 dollar həcmində vergidən yayınıb. Amma Hitlerin bəxti gətirib və ona borclarını bağışlayıblar. Deyilənə görə, o təkcə "Mein Kampf"ın satışından 1.2 milyon reixmarks qazanıb, ancaq buna görə ödəməli olduğu 600.000 reixmarksı da ödəməkdən yayınıb. Ona vergi borclarını bağışlayan rəsmilərə Hitler hər ay 2000 rexmarks "bəxşiş verirdi".

Mahatma Qandi
36 yaşında olarkən Qandi evli olmasına baxmayaraq, sitayiş etdiyi dinin qanunlarına uyğun olaraq, müdrikləşmək üçün cinsi əlaqəyə girməməyi qərara almışdı. Amma o qocaldıqca sekslə daha çox maraqlanmağa başlayıb, hətta iş o yerə çatıb ki, seks onun ən çox danışdığı mövzu olub (ikincisi dinc mübarizə idi). O, öz iradəsini gücləndirmək və daha da müdrikləşmək üçün gənc qadınlara çılpaq vəziyyətdə yatırdı. Bu qadınlardan biri olan Manunun həyat yoldaşı Kanu Qandi isə onun qohumu idi. Qandinin stenoqrafçısı onun Manu ilə çılpaq halda yatan şəklini gördükdən sonra vəzifəsindən istefa vermişdi.

Corc Vaşinqton
Amerikanın tarix kitablarında ABŞ-ın 1-ci prezidenti olmuş Corc Voşinqtonun özünün istəməməsinə baxmayaraq, ordu komandanı seçilməsindən, hətta onun bu vəzifəyə görə əmək haqqı almaqdan imtina etməsindən bəhs edilir. İnsanların onun prezident olmasını istəməsinin əsas səbəbi kimi, Vaşinqtonun çox dürüst olması, insanların ona güvənməsi və heyran olması göstərilir, onun ölkədə ən çox inanılan, hörmət edilən insan olması iddia edilir. Amma faktlar göstərir ki, Vaşinqton xərclərini ödəmək üçün dövlətdən hesab tələb etmişdi. Buna görə ona əməkhaqqı kimi ildə 12000 dollar ödənilməsi qərara alınmışdı, amma onun aldığı pul bundan dəfələrlə çox idi. Ağıllı adam olan Vaşinqton eyni taktikanı prezident seçiləndə də işlətmək istəmişdi, ancaq bu dəfə onun təklifi rədd edilmiş və ona illik 25.000 dollar əməkhaqqı təyin edilmişdi.

Vaşinqton barədə daha bir skandal fakt onun öz bağçasında marixuana becərməsi barədədir.

Martin Lüter Kinq
Protestant reformasiyasını başladan məşhur keşiş Martin Lüter Kinq katolik kilsəsinin zülmünə qarşı çıxdığına görə, həmişə qəhrəman kimi tanınıb. Ancaq bir çox insan onun dəhşətli dərəcədə yəhudi əleyhdarı olduğunu və bunu gizlətmədiyini bilmir. 1543-cü ildə o "Yəhudilər və onların yalanları haqqında" adlı bir yazı yazır və bu yazısında o, yəhudilərin pul, insan hüquqları, dini təlim, təhsildən məhrum edilmələrini, torpaqda işləməyə məcbur edilmələrini və ya Almaniyadan qovulmalarını, hətta öldürülmələrini məsləhət görür.

Tomas Cefferson
ABŞ-ın məşhur prezidentlərindən biri olan Cefferson deyirdi: "Ağların qaradərililərlə cinsi əlaqəyə girməsi deqredasiyaya səbəb olur. Ki, buna da heç bir vətənsevər razı ola bilməz". O, belə fikirləri təbliğ etməsinə baxmayaraq, öz qulu Selli Heminqsdən bir neçə uşaq sahibi idi. Cefferson bunu inkar etsə də, bu yaxınlarda aparılan DNT testi nəticəsində uşaqlardan ən azı birinin atasının Cefferson olduğu məlum olub.

Albert Eynşteyn
Eynşteyn 20-ci əsrin ən böyük zəkalarından biri sayılır. Bir çox adam onun skripka vurğunu olduğunu və onun karyerasına patent ofisində mirzə kimi başladığını bilir. Ancaq bir çox insanın onun hər iki həyat yoldaşına dəfələrlə xəyanət etməsindən xəbəri yoxdur. Birinci həyat yoldaşından ayrıldıqdan sonra, o öz qohumu Elza ilə evlənmişdi. Bundan qısa müddət sonra isə, o, öz katibəsi Beti Neuman ilə eşq macərası yaşayıb. Yerusəlimdəki İvrit universitetində saxlanılan məktublarında onun Elza ilə evli olduğu vaxt, başqa 6 qadınla münasibətinin olmasından bəhs edilir.

Elvis Presli
Əfsanəvi müğənni, roknrol ulduzu Elvis şəxsi və ictimai həyatdakı uğurları ilə yanaşı, onun gözdən düşməsinə səbəb olan bir sıra xüsusiyyətlərə malik idi. Elvisin məşğul olmaq istədiyi sahələrdən biri də aktyorluq idi. O növbəti Ceyms Din olmaq istəyirdi və nəticədə Ceyms Dinin böyük fanatına çevrilmişdi. O, Ceyms Din və Natali Vudun baş rolda oynadığı "Səbəbsiz üsyan" filminin bütün sözlərini əzbər bilirdi. Hətta Ceymsə yaxın olmaq üçün Elvis Natali ilə münasibətə girmişdi. Onunla ayrıldıqdan sonra Natali bacısına demişdi: "O mahnı oxuya bilir, ancaq bundan başqa heç nə bacarmır". Ceymsə yaxınlaşmaq üçün Elvis həm də onun ən yaxın dostlarından biri olan Nik Adamsla dostluq etməyə başlamışdı. Onun ölümündən sonra Adamsın həm Ceyms, həm də Elvislə cinsi əlaqəyə girməsi barədə şayiələr yayılıb.

Endryu Conson
ABŞ-da Linkolnun prezidentliyi dövründə vitse prezident olmuş Endryu Consonun aristokratiyaya qarşı güclü nifrəti var idi. Endryu vitse prezident seçilən zamanı dumanlı gözlərlə, viski iyi verə-verə İncili öpür və çıxıb gedir. Amerikanın məşhur qəzeti "Nevv York Times" Endryunun bu hərəkətinə cavabında "Tanrı Linkolnu qorusun" yazmışdı. Ancaq tarixdən də bəlli olduğu kimi "Tanrı Linkolnu qorumadı" (Linkoln sui-qəsd nəticəsində öldürülmüşdü) və Endryu Concon prezident seçildi. Onun prezidentliyi o qədər bərbad idi ki, konqres onun haqqında impiçment tələb etmişdi. Konqres yalnız ikinci cəhddə istəyinə nail olmuşdu.

Papa IX Piy
1858-ci ilin 23 iyununda o vaxtkı Papa vilayətinin bir hissəsi olan Bolonyada yaşayan yəhudi ailəsinə polis basqın edir və 8 uşaqdan biri olan Edqardonu götürərək Romaya aparır. Polisə bunu etməyi o zamanki Roma Papası IX Piy tapşırmışdı. Romada Edqardon 14 yaşlı katolik qulluqçu olan qız tərəfindən xaç suyuna salınır. Valideynlərinə bir neçə həftə Edqardonu görməyə icazə vermirlər. Mortara ailəsi öz uşaqlarını geri istəyir, ancaq kilsə onlara yalnız dinlərini dəyişib katolik olduqdan sonra uşağı geri ala biləcəklərini deyir, onlar isə dinini dəyişməkdən imtina edirlər. Beynəlxalq etirazlara baxmayaraq, Papa Edqardonu buraxmır və sonda Edqardon da keşiş olur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7025   Tarix: 22 oktyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121