Bakıda fahişəxana kimi fəaliyyət göstərən "masaj salonları" - FOTOLAR

Bakıda fahişəxana kimi fəaliyyət göstərən "masaj salonları" - FOTOLARPaytaxtın S. Rəhimov k. 195 və Mirzə İbrahimov k.38 ünvandakı rüsvayçılığa "dur" deyən tapılacaqmı?

Masaj salonları ilə bağlı ictimai rəyin birmənalı olmaması sirr deyil. Bu gün masaj salonundan danışılanda 10 adamdan ən azı 8-i gülümsəyir. Səbəb məlumdur: təəssüf ki, bu məkanların böyük əksəriyyəti "masaj salonu" adı ilə pərdələnib, "başqa-başqa işlərlə" məşğuldur...

Artıq elə bir vəziyyət yaranıb ki, həqiqətən də masaj məqsədi ilə bu ünvanlara üz tutanlara heç kəs inanmır. Əksəriyyət elə düşünür ki, masaj salonlarında yeganə cazibə qüvvə, ehtiyac hissi ehtirasdır. Niyə də belə düşünməsinlər, bu salonlarda ən müxtəlif xidmətlər təklif olunur... Qiymətlər də müxtəlifdir: əsasən 30-50 manat arasında dəyişir.

Bakıda fahişəxana kimi fəaliyyət göstərən "masaj salonları" - FOTOLARİndi de-fakto fahişəxana kimi fəaliyyət göstərən "masaj salonları"nın sayı da artmaqdadır. Onlar arasında rəqabət də mövcuddur. Rəqabətdə isə bütün vasitələrdən yararlanmaq var: təkcə komfort şərait yox, həm də ən cazibəli xanımlara üstünlük verilir. Nə isə,...

Bu istiqamətdə xeberinfo.com-a daha bir məlumat daxil olub. Məlumatda Bakının mərkəzində-S. Rəhimov k. 195 (Süleyman Rüstəm küçəsi ilə S. Rəhimov küçəsinin kəsişmədə) ünvanında yerləşən adsız masaj salonunun fəaliyyətindən bəhs olunur. Məlumatlarda bu masaj salonununda insan alverindən tutmuş, vergidənyayınma faktlarına qədər müxtəlif qanunazidd faktlar sadalanır. Biz məlumatların həqiqiliyinə əmin olmadığımızdan müəyyən dəqiqləşmələr də aparmaq istədik. Bu məqsədlə də sözügedən ünvana yollandıq. Məlum oldu ki, bu masaj salonu ilə bağlı redaksiyamıza daxilı olan məlumatlar nəinki həqiqətdir, həm də azdır. Burada masaj adı ilə müxtəlif növ "xidmətlər"dən söhbət gedir. Şühbəsiz ki, hər "xidmət"in də öz qiyməti var: 20-30-40 manat civarında.

Bakıda fahişəxana kimi fəaliyyət göstərən "masaj salonları" - FOTOLARBu "xidmətlər"dən əlavə bu masaj salonu vergidənyayınma faktları ilə də diqqəti çəkir. Müşahidələrimiz zamanı nə kassa aparatından, nə də vergini xatırladan başqa nəsnədən əsər-əlamət görünmədi. Yəqin ki, hörmətli vergi müfəttişlərimiz bu "özfəaliyyəti" görmürlər. İnanırıq ki, görüb, bilsəydilər qanunumüvafiq şəkildə ölçü götürmüş olardılar.

Təsəvvür edirsinizmi, paytaxtın mərkəzində, 24 saat işləyən bir obyektdə nələr olur, nələr? Ən dəhşətlisi isə bu masaj salonunun 46 saylı orta məktəblə qonşu olmasıdır. Bunun nə demək olduğu haqqında danışmaq da, yazmaq da artıqdır. Məlumata görə məktəb rəhbərliyi dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də nəticə hasil olmur(?) Süleyman Rəhimov küçəsində yaşayan sakinlər isə vəziyyəti belə izah edrilər: "Axşam saatlarında səs-küydən evdə otura bimirik. "Masaj salonu"nun qarşısı "müştərilər"lə dolu olur. Yaşayış binalarının yanında, əhalinin ən çox istifadə etdiyi yolun üzərində belə biabırçı vəziyyət yaranıb. İldə 2-3 dəfə adını dəyişdirsələr də, bu obyektə eyni adamlar nəzarət edirlər. Utancımızdan axşamlar bayıra çıxa bilmirik. Uşaqlarımızın tərbiyəsi pozulur".

Bakıda fahişəxana kimi fəaliyyət göstərən "masaj salonları" - FOTOLARGörünür bu adsız masaj salonunun "kışa"ları haqqındakı söz-söhbətlər əsassız deyilmiş...

Digər bir adsız masaj salonu isə paytaxtın Mirzə İbrahimov k. 38 ünvanda yerləşir. Burada da tamamilə eyni ab-hava, eyni xidmət, eyni narazılıqların olması haqqında məlumat aldıq. Bu masaj salonu ilə bağlı qarşıdakı günlərdə ayrı yazımız olacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 15795   Tarix: 31 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

TOP MP3