Buraxılış imtahanlarında – YENİ QAYDALAR

Buraxılış imtahanlarında – YENİ QAYDALAR2017-ci ildə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanında tətbiq ediləcək yeni qaydalar açıqlanıb.

BiG.AZ-ın APA-ya istinadən məlumatına görə, yeni qaydalarla bağlı Gəncə şəhərində keçirilən seminarda iştirak edən Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, 9-cu sinif şagirdlərinin bilik və bacarıqlarını qiymətləndirmək üçün yeni qaydalar hazırlanıb.

Onun sözlərinə görə, gələn ildən 9 illik üzrə buraxılış imtahanları II mərhələdə keçiriləcək: "I mərhələ fevral-mart aylarında keçiriləcək. I mərhələdə Azərbaycan dili və Riyaziyyat fənlərindən açıq test tapşırıqları tətbiq olunacaq. Artıq neçə ildir ki, 5-ci sinifdən başlamaqla hər bir fəndən bu nümunələri dərc edirik. Bu il 9-cu sinfə aid olan nümunələr "Abituriyent" jurnalında qaydalarla birgə dərc olunacaq. Hazırda biz müəllimlər üçün seminarlar keçiririk".

DİM-in Direktorlar Şurasının sədri bildirib ki, yeni qaydalara əsasən, I mərhələdə qiymətləndirmə kifayət qədər vaxt aparacaq:

"Çünki yazı işlərini müəllimlər yoxlayacaq. Qiymətləndirməyə heç kim təsir edə bilməyəcək. Artıq bu texnologiya bizim keçirdiyimiz monitorinq imtahanlarında tətbiq olunub. Bu il 9-cu sinifdə oxuyan 113 min şagirdin 60 mindən çoxu bizim monitorinq imtahanlarına qatılıb. 4 il ərzində monitorinq imtahanlarının nəticələri məktəblərə göndərilib, müəllimlər nəticələrlə tanışdır. Düzdür, nəticələr uşaqların qiymətləndirməsinə təsir göstərməyib. Biz hazırda bu imtahanlara tam elmi-metodiki cəhətdən hazırıq. Təqdim etdiyimiz tapşırıqlar imtahana hazırlaşan uşaqların səviyyəsində olacaq".

M. Abbaszadə qeyd edib ki, I mərhələnin nəticələri 3 ay ərzində yoxlanılacaq:

"II mərhələ iyun ayında keçiriləcək. II mərhələdə şagirdlərə yalnız qapalı testlər təqdim olunacaq. I mərhələdə şagirdlər maksimum 70 bal toplaya bilər. I və II mərhələnin nəticələrini üst-üstə hesablasaq maksimal bal 100 edir. Bundan başqa, I mərhələdə şagirdlərə Azərbaycan dilindən esse təqdim olunacaq. Esseni istəyən şagird yazmaya da bilər, amma esseni yazmayan şəxs bilməlidir ki, esseni yazmamaqla 11-ci sinfi bitirəndə qızıl və ya gümüş medal, xüsusi attestat almaqda məhrum olacaq. Buna görə də esseni yazmaq mütləqdir".

Bu ildə 9 illik baza üzrə orta ixtisas müəssisələrinə (kolleclərə) qəbulun buraxılış imtahanlarının nəticəsinə əsasən aparılacağını da qeyd edən M. Abbaszadə valideynlərə müraciət edib:

"9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ki, müsabiqədə iştirak etsinlər. Mən valideynlərin narahatlığını yaxşı başa düşürəm. Lakin narahatlıq üçün heç bir əsas yoxdur. Biz bu uşaqların biliyinə bələdik. Çünki biz 5-ci sinifdən onların biliyini yoxlamışıq. Buraxılış imtahanında istifadə ediləcək tapşırıqlar da onların səviyyəsinə uyğun hazırlanıb. Valideynlərə tövsiyəm odur ki, ilk olaraq yeni qaydalarla tanış olsunlar. Çünki çox zaman onlar kiminsə şifahi izahatına əsasən qərar qəbul edirlər"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2653   Tarix: 22 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

17:19 186
.

"Qurban olsunlar adıma" – VİDEO

"Verilişlərdə məni müzakirə edəndə gülürəm. Bəzi aparıcılar var ki, kimə kim haqqında sual verəcəyini bilmir. Dünənin uşağı, sənətdə heç bir söz deməmiş, sənətə sadəcə maddiyyat gözündə baxan və başqa-başqa işlər üçün bu sənətə gələnlərə sənətkar haqqında sual vermək heç bir aparıcının həddi deyil

17:27 374
.

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat

01.05.2024 1314
.

"Universitetlər Bakıdan Qarabağın bölgələrinə köçürülməlidir - Memar

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarını

14:11 854
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

11:56 940
.

Antalyada avtomobillərin toqquşması nəticəsində 16 nəfər yaralanıb

Türkiyədə Antalyanın Manavqat rayonunda eyni şirkətə məxsus iki safari maşınının toqquşması nəticəsində 13-ü turist olmaqla 16 nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Maşınlardan biri yolun sağ tərəfindəki beton dirəyə çırpılaraq yan üstə düşüb. Qəzadan sonra bölgəyə ço

21:00 88
.

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 1

17:54 391
.

Braziliyada güclü yağışlar yağıb

Braziliyanın Rio-Qrandi-du-Sul ştatında güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, daşqın nəticəsində 8 nəfər ölüb, 21 nəfər itkin düşüb. Ştatın 100-dən çox şəhəri güclü yağışlardan zərər çəkib. Sel fəlakəti nəticəsində 400-dən çox insanın evakuasiya edildiyini açıqlayıb. Güclü yağışların nə vaxt

12:45 123
.

Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ

Bakı-Sumqayıt qatarına Xırdalan dəmir yolu stansiyasının ərazisində daş ataraq şüşəsini sındıranlar və qatar yolunun üzərinə daş düzərək təhlükə yaradan azyaşlılar müəyyən olunublar. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata görə, aprel 28-də Bakı-Sumqayıt xətt

01.05.2024 791