Bakı Alov Qüllələri gələn il istifadəyə veriləcək

Köhnə Moskva mehmanxanasının yerində tikilən Alov Qüllələri elə tikilməyə başladığı andan diqqət çəkirdi. Hər kəsi burada inşa olunan nəhəng tikilinin son vəziyyəti maraqlandırırdı. Birisi iddia edirdi ki, tikilinin üçü də otel olacaq. Başqa biri başqa bir fərziyyə söyləyirdi. Bu binalardan biri hətta yaşayış binasıdır. Fantastik bir məbləğə bu bəxtəvərliyə sahib ola bilərsiz. Amma hələlik Bakının sahib olduğu bu fantastik tikilini izləmək şansını qaçırmayın.

Bakının Alov Qülləri:

Bakı Alov Qüllələri gələn il istifadəyə veriləcək2008-ci ildə tikintisinə başlanılan "Baku Flame Towers", yəni Bakı Alov Qüllələri binasının gələn ilin martına istifadəyə veriləcəyi gözlənilir. Hələlik binanın daxilində təmir-tikinti işləri davam edir. Bakının möhtəşəm tikililərindən olan Alov Qülləri deyəsən elə paytaxtın həm də vizit kartı olacaq. 3 binadan ibarət bu möhtəşəm tikili ayrı-ayrı funksiyaları yerinə yetirəcək. Yəni, binalardan biri 328 yerlik mehmanxana, digəri biznes mərkəzi, o biri isə 140 mənzilli rezidensiya - yaşayış binası kimi fəaliyyət göstərəcək.

Bakı Alov Qüllələri gələn il istifadəyə veriləcəkTikinti şirkətinin şöbə müdiri Akif Musayevin sözlərinə görə, otel kompleksi 37, biznes mərkəzi 34, rezidensiya 39 mərtəbədən ibarət olacaq. Binanın ən hündür mərtəbəsi isə dəniz səviyyəsindən 300 metr hündürlükdə yerləşir. Memarların hesablamalarına görə, bu hündürlük Bakının digər binaları ilə müqayisədə ən hündür nöqtədir. Amma bu hündürlük insanları qorxutmasın. Çünki, otaqlarda qalmaq istəyənlərin həyatları üçün hər hansı bir təhlükə yoxdur. Binanı fasad hissəsindən örtən pəncərələr xüsusi sifarişlə hazırlanıb və Bakı küləyi neçə metr sürətlə əssə də, bu şüşəyə xətər yetirə bilməz. Kompleksə aid binaların hər biri mərkəzləşdirilmiş isitmə və soyutma sistemləri ilə təchiz olunub.

Bakı Alov Qüllələri gələn il istifadəyə veriləcəkAlov Qüllərinin mehmanxanası isə buranı seçən qonaqlar üçün əsl cənnət olacaq. Belə ki, pəncərədən tutmuş, otağın qapısının açılmasınadək hər bir şey kompüterlə idarə olunur. Nömrələrdə quraşdırılan düymələrə basmaqla, istədiyin əməliyyatı yerinə yetirə bilərsən. Kompleksi inşa edənlər də demək olar ki, öz üzərlərinə götürdükləri işi yerinə yetiriblər. Bu gün sadəcə kompleksdə hər üç binanı birləşdirəcək ticarət mərkəzinin, eləcə də kinoteatların inşası aparılır. 3 mərtəbədən ibarət olacaq ticarət mərkəzinin üst hissəsində yaşıllıq zonası salınacaq və hər binanın özünün ayı ayırılıqda hovuzu olacaq.
Tikinti işlərini aparan mütəxəssislər əmin edir ki, binalar biri-birinə nə qədər yaxın olsa da, hovuzlarda çimənlər biri-birindən bir o qədər uzaqda olacaq. Yəni, bu binanın hovuzunda çiməni qonşu binanın hovuzunda dincələn görə bilməyəcək.

Bakı Alov Qüllələri gələn il istifadəyə veriləcəkAlov Qüllələrində bütün bunlardan əlavə 5 kinoteatr fəaliyyət göstərəcək. Kinoteatrın qapıları bütün kinosevərlərin üzünə açıq olacaq.

Qeyd edək ki, binaların hər üçünün qeyri-yaşayış sahəsində avtodayanacaqlar fəaliyyət göstərəcək. Ümumilikdə dayanacaqların 1100-dən artıq maşın tutacağı deyilir. Dayanacaqların çıxışı birbaşa Mehdi Hüseyn və Parlament prospektlərinə olacaq. Bir sözlə "Flame Towers"-da hər şey möhtəşəmlikdən xəbər verir.

Bakı Alov Qüllələri gələn il istifadəyə veriləcəkElə binanın adının Alov Qülləri olması da təsadüfi deyil. Bakının "Odlar yurdu" olmasını nəzərə alaraq, tikiliyə bu adı veriblər. Əsl qiymət isə hər 3 bina xüsusi işıq effektləri ilə də bəzədiləndə, verilə biləcək. Bunu görməyə isə çox az vaxt qalır. Deməli, "Eurovision" müsabiqəsinə gələn turistləri Bakıda sadəcə müğənnilərin alovlu çıxışları yox, həm də Alov Qüllələri qarşılayacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 15908   Tarix: 07 oktyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Türkiyə səfiri: "Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələni yaşayır"

Türkiyə vəAzərbaycan arasında münasibətlər tarixdə ən yüksək mərhələni yaşayır. "Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün 1992-ci ildə Türkiyənin ilk çini fabriki olaraq qurulan və 300-ə yaxın satış nöqtəsi ilə 60 ölkədə fəaliyyət göstərən "Seranit"

18:45 1
.

Honkonqla əlaqəli təxminən 100 gəmi Hörmüz boğazında qalıb

Honkonqla əlaqəli təxminən 100 gəmi Hörmüz boğazında qalıb. "Report"un "South China Morning Post"a istinadən verdiyi məlumata görə, bunu Honkonq Gəmi Sahibləri Assosiasiyasının sədri Riçard Hekst bildirib. Onun sözlərinə görə, bu, Honkonqda qeydiyyatdan keçmiş gəmilərə, eləcə də Honkon

10.05.2026 252
.

Xameneidən orduya yeni əmr: Düşmənlərə qarşı sərt tədbirlər hazırlanır

İranın Ali Rəhbəri Müctəba Xamenei "Xatəm əl-Ənbiya" mərkəzi hərbi qərargahının komandanı Əli Abdullahi ilə görüşü zamanı ölkənin düşmənlərinə qarşı tədbirlərin gücləndirilməsi istiqamətində orduya yeni tapşırıqlar verib. xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb. Məlumata görə

10.05.2026 254
.

İndoneziyada sinqapurlu turistlərin axtarışı yeni vulkan püskürmələri səbəbindən çətinləşib

İndoneziyanın Şimali Maluku əyalətindəki Dukono vulkanı yaxınlığında aparılan axtarış əməliyyatı, davam edən vulkan fəaliyyəti və güclü yağışlar səbəbindən çətinləşir. "Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə yerli axtarış və xilasetmə agentliyinin rəhbər

10.05.2026 246
.

Yaxın Şərq münaqişəsi qlobal bazarda sulfat turşusu çatışmazlığına səbəb olub

Yaxın Şərq münaqişəsi qlobal sulfat turşusu tədarükündə fasilələrə səbəb olub və dünyanın əsas kimyəvi məhsullarından birinin qiymətlərini artırıb. "Report" xəbər verir ki, bu barədə "The Wall Street" jurnalı (WSJ) məlumat yayıb. Vəziyyəti daha da çətinləşdirən Hörmüz boğazının bağlanmas

10.05.2026 274
.

Paşinyan Putinə cavab verdi: Referendum...

Hazırda Ermənistanda Avropa Birliyi (AB) və ya Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim edilməsi ilə bağlı referendum keçirməyə ehtiyac yoxdur. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. "Bu, yalnız obyektiv zərurət yarandığı zaman keçiriləcək"

18:15 1
.

NATO Uzaq Şərqin kosmodromlarında peyklərin buraxılması imkanlarını araşdırır

NATO birgə peyk buraxılışları üçün Yaponiya, Avstraliya, Yeni Zelandiya və Koreya Respublikasındakı buraxılış məntəqələrindən istifadə etməyi nəzərdən keçirir. "Report"un Yaponiyanın "Nikkei" qəzetinə istinadən verdiyi məlumata görə, müzakirələr NATO tərəfindən 2024-cü ildə başladıla

10.05.2026 254
.

Böyük Britaniya və Fransa Hörmüz boğazı ilə bağlı müdafiə nazirlərinin görüşünə ev sahibliyi edəcəklər

Britaniya hökuməti bildirib ki, çərşənbə axşamı Britaniya və Fransa Hörmüz boğazında ticarət axınının bərpası ilə bağlı hərbi planları müzakirə etmək üçün müxtəlif ölkələrin müdafiə nazirlərini qəbul edəcək. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Britaniya Müdafiə Nazirliyinin açıqlamasında deyilir

09:38 190
.

Suriya WUF13-ə nümayəndə heyəti göndərəcək

Azərbaycan və Suriya Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Suriya nümayəndə heyətinin Bakıya səfərinə hazırlıq məsələlərini müzakirə ediblər. xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyi məlumat yayıb. "Azərbaycanın Dəməşqdəki müvəqqəti işlə

14:45 136
.

TOP MP3