Türkiyə səfiri: "Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələni yaşayır"
Türkiyə vəAzərbaycan arasında münasibətlər tarixdə ən yüksək mərhələni yaşayır.
"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün 1992-ci ildə Türkiyənin ilk çini fabriki olaraq qurulan və 300-ə yaxın satış nöqtəsi ilə 60 ölkədə fəaliyyət göstərən "Seranit" brendinin "SinerjiPro" ilə birgə Bakıda keçirilən tədbirində bildirib.
Onun sözlərinə görə, iqtisadi, siyasi, mədəniyyət və enerji sahələri daxil olmaqla bütün istiqamətlər üzrə iki ölkə arasında əlaqələr sürətlə dərinləşir.
"Xüsusilə 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən sonra Qarabağın azad edilməsi ilə bu münasibətlər tamamilə yeni baxış qazanıb. Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan artıq real mənada strateji müttəfiqə çevrilib", - səfir vurğulayıb.
B. Akgün qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin liderliyi ilə iki ölkənin həmrəyliyi dünya üçün nümunə olacaq səviyyəyə çatıb.
"Bu birlik türk dünyasının digər ölkələrinin də yaxınlaşmasına təkan verib. Şuşa Bəyannaməsinin imzalandığı 2021-ci ildə Türk Şurası Türk Dövlətləri Təşkilatına çevrildi və ortaq Türk dünyasının çətir qurumu oldu. 2026-cı il Türkiyə-Azərbaycan əməkdaşlığının yeni mərhələsini nümayiş etdirir. Belə ki, mayın 17-22-də Bakıda Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF-13) keçiriləcək, 2 il bundan əvvəl akıda baş tutmuş COP29dan sonra isə bu il COP31 Türkiyənin Antalya şəhərində təşkil olunacaq".
Diplomat çıxışında Türk dünyasının ortaq mədəniyyət və şəhərsalma ənənələrinə də toxunub.
"Səmərqənd, Buxara, Bakı, Konya, Bursa, Ədirnə, İstanbul, Ankara, Astana və Bişkek kimi şəhərlər Türk sivilizasiyasının memarlıq və estetik baxımdan ən mühüm nümunələridir. Şəhərlər yalnız yollar, metro və infrastruktur deyil. Orada həmin sivilizasiyanın incə sənəti, estetikası yaşayır, estetik sivilizasiyanın ən yüksək mərhələsidir", - deyə səfir əlavə edib.
B. Akgün Bakının tarixən memarlıq və estetika şəhəri olduğunu vurğulayaraq, şəhərin bu gün də XXI əsrin memarlıq baxışlarını cəsarətlə nümayiş etdirən öncü məkanlardan biri olduğunu bildirib.
Sonda o, tədbirin təşkilatçıları olan "Seranit" və "Sinerji Pro"ya təşəkkür edib və memarlıq, şəhərsalma, estetika mövzularının həm WUF-13 öncəsi, həm də şəhərin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 559 Tarix: 11 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672