Səhər acqarına soyuq su içməyin - XƏBƏRDARLIQ

Səhər acqarına soyuq su içməyin - XƏBƏRDARLIQSəhər yuxudan duran kimi acqarına su içməyin orqanizmə faydalı olduğu çoxlarına məlumdur. Bəzi iddialara görə, suyu soyuq içmək daha xeyirdir. Türkiyəli həkim Fevzi Özgönül isə səhər yeməyindən öncə çox soyuq və ya isti su içənlərə xəbərdarlıq edib.
BiG.AZ həkimin bu haqda məsləhətlərini təqdim edir.

F. Özgönül ilk növbədə çəki azaltmaq və ya maddələr mübadiləsini sürətləndirmək məqsədi ilə səhər yuxudan oyandıqdan sonra soyuq su içməyin səhv addım olduğunu vurğulayır. Həkim normal insanın bədən istiliyinin 36-37 dərəcə olduğunu xatırladır. Bu halda daxili orqanlar 10-12 dərəcə fərqə qədər problem yaratmaz, lakin fərq daha çox olsa, zərər görməyə başlaya bilər: "Əgər bədəninizi sevirsinizsə, onu isti yataqdan bir vedrə buz kimi su tökərək oyandırmayın. Həzm sistemini ana şəfqəti ilə oyandırmaq əvəzinə, üzərinə bir vedrə soyuq su tökərək oyandırmaq düzgün deyil. Soyuq su içsəniz, bədən temperaturu ilə suyun temperaturu arasındakı böyük fərq səbəbindən mədə sıxılar və suyu daha çox zədə yaratmasın deyə bağırsağa keçirməz. Soyuq, ya isti su mədə içərisində qaldığı üçün burdakı turşu sekresiyasına da pis təsir edərək, həzmi zəiflədər. Belə olduqda isə rahat səhər yeməyi yemək əvəzinə narahatlıq yaşayarsınız. Siz bunda yediyiniz qidanı günahlandıra bilərsiniz, lakin əsl günahkar heç düşünmədən yalnız çəki azaltmaq üçün bədəninə pis davranan sizsiniz"

Həddindən artıq isti içkilər eyni reaksiyaya səbəb ola bilər. Buna görə də nə içmək istəyirsinizsə, bunun istiliyi bədən istiliyindən 10-12 dərəcədən çox isti və ya çox soyuq olmamalıdır.

Həkim bildirir ki, bədənin artıq çəki almasına səbəb olan göbək, omba və budlarda yağ halqası sizi qorumaq üçün meydana gəlir. Misal üçün, ayaq biləyiniz burxulduqda şişdiyi kimi: "Əgər siz həzm sisteminizi gücləndirsəniz, sağlam qidalandırsanız, toxumalar yenidən əvvəlki sıxlığına və sağlamlığına qovuşar. Siz də ideal bədəninizə və çəkinizə qovuşarsınız. Bu səbəbdən də bədəninizlə pis davranmaq, ac qoymaq əvəzinə ona nəvazişlə yaxınlaşıb sanki körpəyə qulluq edirmiş kimi ehtiyaclarını qarşılasanız, hədəfinizə daha tez çatarsınız".(Aile.lent.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3611   Tarix: 11 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Alzheymer riskini artıran metal bəlli oldu

Bəzi diş pastalarının qablaşdırılması zamanı istifadə olunan aliminium kağız (folqa) Alzheymer xəstəliyi riskini artıra bilər. Bu barədə rusiyalı həkim, tibb elmləri namizədi Sergey Çudakov məlumat verib. "Alüminiumun Alzheymer xəstəliyi riskinin artması ilə əlaqəsi var və bu əlaqə elm tərəfində

18.02.2024 861
.

Cücərmiş kartofu atmayın - Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə

24.03.2024 1213
.

Mədə ağrısı olanların diqqətinə

Mədə müxtəlif səbəblərə görə ağrıya səbəb ola bilər. Tətbiq edəcəyiniz sadə üsullarla mede agrisi xilas ola bilərsiz. xəbər verir ki, ağrın başlayanda daha rahat bir mövqeyə keçərək, qidalanmaya ara verməyiniz lazımdır. Beləliklə, ağrının haradan qaynaqlandığını anlaya bilərsiniz. Mədə ağrısı səbəblər

23.03.2024 23396
.

Rənglər sağlamlığınızın qeydinə qalır

Yeməklərdəki rəngarənglik iştahanı artırır. Elə buna görə də aşpazlar yemək hazırlayarkən daha çox tərəvəzdən istifadə etməyə çalışırlar. Axşam.az xəbər verir ki, tərəvəzlərdəki rəngarənglik sağlamlığa da xeyirlidir. Bənövşəyi. Bu rəngdə olan tərəvəzlər sinir sisteminin sağlamlığı üçün yaxşıdır. Bu rən

30.03.2024 501
.

Sarımsaq yeyən insanlara daha bir MÜJDƏLİ xəbər

Yeməklərinizə sarımsaq əlavə etmək, xüsusilə 40 yaşdan yuxarı olanlar üçün sağlamlığı heyrətamiz gücləndirən bir strategiya ola bilər. xarici mətbuata istinadla xəbər verir ki, sarımsaq yalnız yeməklərə ləzzətli bir əlavə deyil, həm də xüsusilə 40 yaşdan yuxarı insanlar üçün qidalandırıcı bir güc mərkəzidir

10.03.2024 1392
.

Reklam edilən dərmanlar uşağınızın boyunu uzadır? - Həkimlər fəsadlarını AÇIQLADILAR

Son zamanlar sosial şəbəkələrdə uşaqların boyunun uzanması üçün müxtəlif adlı dərmanlar təklif edilir. Bildirilir ki, həmin dərmanların tərkibi, əsasən, vitamin və mikroelementlərdən ibarətdir. Bəs bu dərmanlar nə qədər effektivdir? Neçə yaşından bilmək olur ki, uşaqda boy problemi var? Uşaqların bo

24.03.2024 758
.

Kifayət qədər yuxulamamaq insanı qocaldır

Stokholm Universitetinin alimləri özlərini gənc və sağlam hiss etməyin yolunu kəşf ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, yuxu keyfiyyəti insanın özünü nə qədər gənc hiss etməsi ilə əlaqələndirilir. Mütəxəssislər 18 yaşdan 70 yaşa qədər 429 nəfərin məlumatlarını təhli

31.03.2024 493
.

Alimlər dünyada xərçəngə yoluxma hallarının artdığını açıqlayıblar

Xərçəngə yoluxma halları bütün dünyada artır və daha çox gənclərdə diaqnoz qoyulur. Bu barədə araşdırma "BMJ Oncology" jurnalında dərc olunub. Araşdırmalara görə, ABŞ-də 20 il ərzində xərçəng diaqnozunun göstəricisi 12,8% artıb. Tədqiqat, həmçinin bütün dünyada, ilk növbədə Şimali Amerika

13.01.2024 1077
.

Həkim məsləhəti olmadan vitamin qəbul etmək olar?

Türkiyənin Trakya Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı şöbəsinin müdiri professor Qalip Ekuklunun həkim məsləhəti olmadan vitamin qəbul etməklə bağlı fikir bildirib. Professor bildirir ki, həkim məsləhəti olmadan istifadə edilən vitamin və əlavələr sağlamlıq problemlərinə səbəb ola bilər. İmmunite

11.02.2024 834