Azərbaycanda təcili tibbi yardım pullu olacaq

Azərbaycanda təcili tibbi yardım pullu olacaqTəcili tibbi yardımın keyfiyyətini artırmaq məqsədilə vahid elektron sistem yaradılacaq.

BiG.AZ xəbər verir ki, bu barədə fins.az-a məlumat verən Bakı şəhəri təcili və təxirəsalınmaz yardım stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, aktiv naviqasiya sistemin formalaşması ilə bağlı proqram hazırlanıb.

Sənədə əsasən, hər bir vətəndaş üçün ayrıca elektron səhiyyə kartı yaradılacaq. Kartda müraciət edən şəxsin həmin an yerləşdiyi məkan dəqiq göstəriləcək. Bu da əlavə suallara yer qoymur.

Sistemdə eyni zamanda pasiyentin təcili yardıma müraciət edənədək həkimlə təmasları, xəstəlikləri, şikayətləri, müalicə üsulları və digər in formasiyalar toplanacaq. Həmin məlumatlar əsasən, poliklinikalardan alınacaq. Məlumatlardan dərhal yararlanmaq üçün həkimlərə planşetlər veriləcək. Yeni naviqasiya sistemi həm də həkimlərin işinə nəzarət etməyə imkan verəcək.

Həkim yolda olanda sizi tanıyacaq

R.Nağıyevin sözlərinə görə, yardım almaq üçün təcili tibbi yardım stansiyasına zəng edən şəxsin elektron sistemdəki məlumatları dərhal həkimin planşetinə ötürüləcək. "Həmin informasiyalar əsasında artıq həkim hətta yolda olarkən xəstə ilə bağlı qərar qəbul edə biləcək. Bu, vaxt itkisinin qarşını almağa və keyfiyyətli təcili tibbi yardım göstərməyə imkan verəcək".

Baş həkim bildirib ki, yeni naviqasiya sistemini işə salmaq üçün Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət olunub. Bununla bağlı xüsusi razılıq alındıqdan sonra sistem qurulmağa başlayacaq. Yeni elektron sistem icbari tibbi sığortanın tətbiqini də asanlaşdıracaq. Belə ki, həmin baza məlumatları əsasında Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müqaviləsi olacaq Təcili Tibbi Yardım stansiyalarından göstərdikləri xidmətlər barədə bu proqram vasitəsilə Agentliyə məlumat veriləcək. Nəticədə göstərilən tibbi xidmətlər təhlil olunacaq və həmin məlumatlar əsasında tibbi xidmət təchizatçılarına ödənişlər ediləcək.

Təcili Tibbi yarım ödənişli olacaq

R.Nağıyev yeni sistemin işə düşməsi ilə əsassız müraciətlərin azalacağına ümid edir. "Gün ərzində təcili yardıma 2 minə yaxın müraciət daxil olur. Onların ancqaq 40 faizi bizə aiddir. 60 faiz hallarda isə pasiyentlərə təcili yardım deyil, ətraflı müayinə lazım olduğu üzə çıxır. Onlar əslin də polikliniya və xəsətəxanalara müraciət etməlidirlər. Amma bizə zəng edirlər. Bu da əlavə vaxt və vəsait itkisinə səbəb olur".

Bunun qarşısını almaq üçün baş həkim təcili yardıma aid olmayan çağırışların pullu olacağını deyir: "İndi bir nəfərə təcili tibbi yardımın göstərilməsi 100-140 manata başa gəlir. Ona görə də hesab edirik ki, bizə aid olmayan çağırışlara görə pasiyentlər pul ödəməlidir".

Elektron sağlamlıq kartlarının bəxti açılır

Yeni naviqasiya sisteminin və icbari tibbi sığortanın fəaliyyətə başlaması ilə elektron sağlamlıq kartlarının işə düşməsi də gözlənilir. 2007-ci ildən əsasən, yenidoğulan uşaqlara və 2000-ci illərdə doğulanlara verilən elektron kartla indiyədək istifadə olunmayıb. Səhiyyə Nazirliyindən fins.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, indiyə qədər təxminən 1 200 000 ədəd kart paylanılıb. Ancaq onlarda nə qədərinin real olaraq istifadə olu nması barədə suala cavab verilməyib.

Təcrübə göstərir ki, kifayət qədər dövlət vəsaiti sərf edilən həmin kartlar istifadəsiz qalıb. Halbuki, sağlamlıq kartlarını elektron hökümət portalı vasitəsi ilə oradakı məlumatları istənilən səhiyyə müəssisəsində əldə etmək olar. Kartda vətəndaşın .əxsi, tibbi müayinə,müalicə, peyvənd, qəbul etdiyi dərmanlar və s. barədə məlumatlar toplanıb. Gələcəkdə isə sığorta məlumatlarının da oraya daxil edilməsi nəzərdə tutulur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1903   Tarix: 06 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Hülya Avşarın dodaq pirsinqi gündəm oldu

Bədənində olan döymələrlə tanınan məşhur müğənni və aktrisa Hülya Avşar indi pirsinq etdirib. türk mediasına istinadən xəbər verir ki, hər paylaşımı və açıqlaması ilə diqqət çəkən Hülya Avşar film qalasına qatılıb. Aktrisanın premyerada uşaqcasına davranışı diqqət çəkib. Bundan başqa Hülya Avşarın doda

30.01.2025 340
.

Gülben Ergenin yerini Ayça Bingöl tutdu

"Piyasa" serialı ilə ekranlara qayıtmağa hazırlaşan Gülben Ergen vaxtı olmadığı üçün roldan imtina edib. xəbər verir ki, onun yerinə Ayça Bingöl gəlib. O, serialda jurnalist Ahsen rolunu canlandıracaq. [hh4-unikal]

30.01.2025 208
.

Bakıya məktəb avtobusları gətiriləcək

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nı təsdiq edib. "Qafqazinfo"nun məlumatına görə, Dövlət Proqramınında Bakının nəqliyyat sıxlığına təsir edə

00:02 1
.

Novruz bayramında neçə gün evdə qalacağıq?

Xəbər verdiyimiz kimi, 20-24 mart tarixləri Novruz bayramı günləridir. Ölkə.az xəbər verir ki, Əmək Məcəlləsinə əsasən, istirahət günləri bayram günləri üst-üstə düşərsə, həmin istirahət günləri bayram günündən sonrakı iş gününə keçirilir. 22-23 mart tarixləri şənbə və bazar gününə təsadüf edir, on

30.01.2025 657
.

Ən yüksək fəallıq bu dairədə qeydə alınıb

Xəbər verdiyimiz kimi, Azərbaycandakı bütün seçki məntəqələrində bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə başa çatıb. BİG.AZ-ın məlumatına görə, son statistik məlumatlara əsasən, bələdiyyə seçkilərində ən yüksək seçici fəallığı 59 saylı Quba seçki dairəsində müşahidə olunub. Bu seçki dairəsində 49 mi

29.01.2025 527
.

Qara dəliklərlə bağlı daha bir YENİLİK

Astronomların aparmış olduqları yeni tədqiqat onu göstərib ki, kainatda mövcud olan superkütləli qara dəliklər fərdi şəkildə özləri üçün qida mənbəyini formalaşdıra bilirlər. NASA saytına istinadən bildirir ki, Chandra adlı rentgen teleskopu və VLT adlı optik teleskop vasitəsilə 7 ədəd qalaktika topasını

29.01.2025 501
.

Nəhəng asteroid 7 il sonra Yer kürəsi ilə toqquşa bilər

Alimlər bir neçə il sonra nəhəng asteroidin Yer kürəsi ilə toqquşacağını bildiriblər. xəbər verir ki, bu təxminən 2032-ci ilin dekabrında baş verəcək. Mütəxəssislər "2024 YR4" adı verilən asteroidin Yer kürəsinə 106 min kilometr yaxınlaşacağını iddia edirlər. Onun genişliyi 60 metr olacaq

30.01.2025 112
.

Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı

Rusiyada ev dustaqlığı cəzası alan azərbaycanlı milyarder, "Ximki" futbol klubunun investoru Tufan Sadıqov ev dustaqlığından azadlığa buraxılıb. -a istinadla xəbər verir ki, onunla birlikdə RM şirkətinin təsisçisi Olqa Danilova, "Soyuzdorstroy" şirkətinin keçmiş baş direktoru Yelen

30.01.2025 523
.

NİTQİN TEXNİKİ ELEMENTLƏRİ (İNTONASİYA)

İntonasiya bir neçə komponentin qarşılıqlı təsiri nəticəsində yaranan mürəkkəb dil hadisədir, bunlardan səsin əsas tonunun tezliyi (melodik komponent); intensivlik (dinamik komponent); müddət və ya temp (müvəqqəti komponent); tembrni göstərə bilərik. İntonasiya ünsiyyət silahı kimi dilin tərəflərində

30.01.2025 208
.

TOP MP3