Xərçəngin müalicəsində ŞOK KƏŞF

Xərçəngin müalicəsində ŞOK KƏŞFHəkimlər bədxassəli şişləri əməliyyat etməklə və ya onların gələcək inkişafını dayandırmaqla, məsələn, dərmanların köməyi ilə xəstəni ölümdən xilas edə bilər. Ancaq bu öldürücü xəstəlik metastaz verərsə, xəstənin vəziyyəti təhlükə altına düşür. Alimlər illərdir ki, insan orqanizmində şişlərin yayılmasına şərait yaradan mexanizmləri tədqiq edirlər, amma hələlik bu məsələdə irəliləyiş elə də çox nəzərə çarpmır.

Yeni tədqiqat zamanı israilli alimlər aydınlaşdırıb ki, dəri xərçənginin ən təhlükəli variantı – melanoma başqa orqanlara da yayılır. Bu kəşf dəri xərçəng növünün səmərəli müalicəsinin axtarışında əsl sıçrayış ola bilər.

Həkim Karmit Levinin sözlərinə görə, melanoma təhlükəsi əvvəlcə dəridə peyda olmur, onlar beyin, qaraciyər və sümük iliyi kimi həyati vacib orqanların metastaz adlanan hüceyrələrində inkişaf edir: "Biz xərçəngin orqanlara yayılmasını müşahidə etdik və metastatik mərhələ başlananadək prosesi dayandırmaq üsulunu tapdıq".

Dəri xərçəngi fondunun məlumatına görə, son üç onillik ərzində melanoma xəstəliyindən əziyyət çəkənlərin sayı çoxalıb. Hər 52 dəqiqədən bir bu xəstəlik bir insanı ölümə məhkum edir. "Nature Cell Biology" nəşrində dərc olunmuş yeni araşdırmada melanoma müalicəsinin erkən diaqnostikasına dair tamamilə yeni üsul təklif edilib. Alimlər ümid edir ki, bu araşdırma tezliklə kədərli statistikanı dəyişməyə kömək edəcək.

İsrailli həkimlər müxtəlif mərhələlərdə xəstəliyin inkişafını və analizlərini diqqətlə araşdırıb. Onlar erkən melanomanı son mərhələsinə qədər araşdırıb, nümunələri öyrənib və dərinin derma qatının daxili morfoloji sahəsində təəccüblü dəyişikliklər əldə edib. Əvvəllər heç bir alim belə bir dəyişiklik tapmayıb. Bundan sonra İsrail mütəxəssisləri dəyişiklikləri doğuran səbəblərin araşdırılmasına başlayıb. Onlar mikroRNT (mikro ribonuklein turşusu) şişlərdə qeyri-adi qabarcıqlar tapıb.

Levinin sözlərinə görə, melonamanın dərinin epidermis qatında inkişaf etdiyi alimlərə çoxdan məlumdur. İlkin mərhələdə bu dəri xərçəngi növü orqanizmi "müstəmləkəyə" çevirmək üçün öz hüceyrələrini dərinin dərinliklərinə göndərə bilməz. Çünki onun qan damarlarına çıxışı yoxdur. Lakin sonrakı mərhələlərdə xəstəlik daha dərin qatlara – dermaya keçir və zəngin kapilyarlarla qan dövranına təsiri nəticəsində digər orqanlara öz hücumunu başlayır.

Orqanizmin dərinliyinə nüfuz edən şişlərin mexanizmini aşkar etməklə tədqiqatçılar xəstəliyin erkən mərhələsi üçün bu prosesi dayandıra bilən iki maddə tapıb. Onlardan biri şişlərin dərinin dərin qatlarına getməsinin qarşını alır, digəri isə qabarcıqlar dermaya artıq düşsə belə morfoloji dəyişikliklər edir. Hər iki maddə laboratoriya şəraitində sınaqdan keçib və yüksək effektivlik göstərib. Hələlik isə həkimlər dərman vasitələrinin hazırlanması ilə məşğuldur./publika/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2883   Tarix: 29 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662