Məktəb ləvazimatları neçəyədir? - SİYAHI

Məktəb ləvazimatları neçəyədir? - SİYAHIYeni dərs ilinin başlanmasına cəmi 20 gün qalsa da, məktəblilər üçün lazım olan ləvazimatların satıldığı mağazalarda alıcılar gözə dəymir. Mağaza sahiblərinin sözlərinə görə, hər il bu zamanlarda kifayət qədər alıcı olsa da, hazırda müştəri sarıdan qıtlıqdır.

BiG.AZ bildirir ki, report dərs ili ərəfəsində şagirdlər üçün lazım olan ləvazimatların satıldığı bəzi mağazalarda olub, qiymətlərlə maraqlanıb.

Qiymətlər 30 faiz bahalaşıb

Daxil olduğumuz ilk mağazada 3-4 nəfər satıcı var idi. Satıcı Murad Səfərov deyir ki, beş ildir bu sahədə çalışır, amma birinci dəfədir dərs ili ərəfəsində bu cür alıcı qıtlığının şahidi olur: "Hər il bu vaxtlar müştəri çox olurdu. Qiymətlərin qalxması alıcıları azaldıb. Bir sıra zəruri malların qiymətində 30-40 faiz bahalaşma var və proses davam edir. I və II siniflər üçün hazırlıq dəftərləri, test kitabçaları, riyaziyyatdan didaktik materiallar, dəftər, qələm, xətkeş və sairin qiymətlərində azı 30 faiz bahalaşma var. Məsələn, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dərc etdiyi İngilis dili vəsaitinin qiyməti 6 manatdan 8 manata yüksəlib. Əvvəl 2 manata satılan karandaş qutusu hazırda 3 manat 50 qəpiyə yüksəlib. A4 kağızı ötən il 3 manat 50 qəpiyə satılırdısa, hazırda 5 manat 50 qəpik olub. Qiyməti ən az artan ötən il 1 manata satılan gündəliklərdir ki, bu il 1 manat 30 qəpik olub".
Satıcının dediyinə görə, keçən il 40 manata satılan məktəbli çantalarının qiyməti dolların bahalaşması səbəbindən 65-70 manata satılmalıdır: "Bu qiymətə alan olmayacaq. Ona görə də çanta və digər bəzi mallar hələ ki, əvvəlki qiymətlərə satılır".
Mağazalarda rastımıza çıxan ən ucuz çantaların qiyməti 10 və 20 manatdan başlayırdı. Bu çantalar isə həddən artıq bərk materialdan olduğu üçün alıcıları qane etmir. Satıcı deyir ki, əvvəlki illərdə valideynlər daha çox 40-50 manatlıq çantalara üstünlük verirdilər. Hazırda həmin çantalar 70-80 manata başa gəldiyindən sahibkarlar daha ucuzlarını gətirməyə çalışır.

Bir uşaq üçün xərc: 100-150 manat

Gəzdiyimiz bütün mağazalarda qiymət artımlarının şahidi olduq. Çantalarda 5-10 manat, dəftərlərdə 30-40 qəpik qiymət fərqi yaranıb. Satıcılar deyirlər ki, bir uşaq üçün bütün məktəb ləvazimatlarını almaq valideynlərə 100-150 manata başa gəlir (bura məktəbli forması daxil deyil).
Əli Quliyev adlı sahibkar isə qiymətlərdə dəyişikliyin bəzi mallarda 60-65 faiz, bəzilərində 20 faiz olduğunu bildirdi. Kağız məhsulları 20-25, plastilin, qayçı və s. ləvazimatlarda 60 faiz artım olduğunu dedi: "Keçən il 10 manat olan çantalar bu il 16 manata olub".
Valideyn Samir Məmmədov deyir ki, mağazaya lazım olan əşyaların qiymətinə baxmaq üçün gəlib. Hesablayıb bu qənaətə gəlib ki, orta keyfiyyətdə olan mallar alsa, bir uşaq üçün 70-80, daha keyfiyyətli ləvazimatlar üçün 100-150 manat xərcləməli olacaq.

Daha ucuz yerlər də var

"28 May keçidi" ticarət mərkəzində qiymətlər daha ucuzdur. Satıcı Zaur Ələsgərov qiymətləri sabit saxlamalarına baxmayaraq, müştərilərin azaldığını dedi: "Hər il bu vaxtlar sıxlıq olurdu. Bizdə qiymət artımı, demək olar ki, olmayıb. Qiymətləri cüzi dəyişikliklərlə tənzimləməyə çalışırıq. Ötən ildən qalan malların qiymətlərində dəyişiklik etməmişik. Yeni gələn mallarda fərq var. Məsələn, burdan ibtidai sinif şagirdləri üçün keyfiyyətli mallar almaq 80 manata başa gəlir".
Satıcı həm də onu dedi ki, Almaniya istesalı olan bir qutu karandaş 10 manatadırsa, Çin istehsalı olan eyni məhsul 1 manat 50 qəpiyə, daha bahalısı 3 manatadır.
Əli adlı valideyn iki övladına alacağı ləvazimatları qiymətlərini müəyyənləşdirmək üçün əlində siyahı ilə gəlmişdi. Deyir ki, dəftər, kitab üzü, albom, gündəlik, qələm, qələm qabı, pərgar və s. almaq üçün qiymətlərə baxır: "Baxdım, bir uşaq üçün ən azı 70-80 manat lazım olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2862   Tarix: 25 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hacı Vəliyev saxlanıldı

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanılıb. O, barəsində olan cinayət işi ilə əlaqədar saxlanılıb. İstintaq hərəkətləri davam etdirilir. DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev məlumatı APA-ya təsdiqləyib

01.04.2025 549
.

Zaqatala sakini evində hücuma məruz qaldı - Polisdən AÇIQLAMA

Zaqatala sakini evində hücuma məruz qalıb. xəbər "ZAQATALA NEWS"a istinadən verir ki, hadisə Zaqatala şəhəri, Səlahəddin Kazımov küçəsində qeydə alınıb. Ötən gecə həmin küçədə yaşayan Məmmədrəsul Məmmədovun evinə gələn Rəşad Aşurov onu yuxudan oyadaraq küçəyə çağırıb və döyüb. Hadisə ilə bağl

01.04.2025 203
.

Kerimcan Durmaz Ramazan bayramını valideynləri ilə keçirib

Kerimcan Durmaz Ramazan bayramını ailəsi ilə keçirib. xəbər verir ki, o sosial şəbəkədə paylaşım edib. "Hər kəsin Ramazan bayramını təbrik edirəm və ailəsi ilə keçirə bildiyi hüzurlu bayramlar diləyirəm" ,- deyə o bildirib. [hh4-unikal]

01.04.2025 220
.

Sulu qar yağacaq - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 2-si gündüz dağlıq ərazilərdən başlayaraq 4-ü gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dol

01.04.2025 361
.

"İşləməyi çox sevən insanam" - Perihan Savaş

"İşləməyi çox sevən insanam. Hətta oturanda çox sıxılıram". xəbər verir ki, bu sözləri türkiyəli aktrisa Perihan Savaş deyib. "Son vaxtlar əvvələ nisbətən sakit dönəmdəyəm. Çünki əvvəl 1 aya 3 film çəkirdik" ,- deyə o qeyd edib. [hh4-unikal]

01.04.2025 163
.

Ramiz Mehdiyevin qızının uduzduğu məhkəmə işi: "Görünür, heç kimə qismət olmayacaq"

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın "Baku Oksford Məktəbi"nin müsadirəsi ilə bağlı verdiyi şikayət üzrə Bakı Apellyasiya Məhkəməsinin yekun qərarı açıqlandıqdan sonra həmin məktəbin qurucularından biri Nailə Rzayeva məsələyə münasibət bildirib

01.04.2025 244
.

"Azərbaycan dövləti Ermənistanın təxribatlarına əhəmiyyət verməyəcək"-ELÇİN XALİDBƏYLİ

Əldə olunan razılaşmalara baxmayaraq, Ermənistan tərəfi təxribatları davam etdirir. Ermənistan ordusu atəşkəs rejimini tez-tez pozur. Bunun birgə rəsmi İrəvan dezinformasiya kampaniyasına da başlayır. Ermənistan niyə təxribata və dezinformasiyaya əl atır? . Mövzu ilə bağlı -a açıqlama verən politolo

01.04.2025 277
.

24 yaşlı qızın meyiti yorğan altında tapıldı: Son gecənin sirləri

Büşranın Şübhəli Ölümü: Son Gecənin Sirləri. Aydın vilayətinin Nazilli ilçəsində, 24 yaşlı Adnan Menderes Universiteti Beynəlxalq Münasibətlər fakültəsinin son kurs tələbəsi Büşra Cinin müəmmalı ölümü geniş müzakirələrə səbəb olub. bu barədə xarici KİV-ə istinadən xəbər verir. Onun cəsədi sevgilisi Özca

01.04.2025 372
.

Sabah hava necə olacaq?

Aprelin 2-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək

01.04.2025 292
.

TOP MP3