Rövşən Lənkəranski bu səbəbdən öldürüldü — Qətlin sirri açıldı

Rövşən Lənkəranski bu səbəbdən öldürüldü - Qətlin sirri açıldıBeşiktaşda avtomat silahlarla avtomobilinə atəş açılması nəticəsində öldürülən Rövşən Lənkəranskinin (Canıyev) ölümü ilə bağlı ilginc detallar üzə çıxıb.

Rövşəni öldürən sui-qəsdçilərin bir ay əvvəldən İstanbula gəldikləri və onu izlədikləri müəyyənləşdirilib. Açılmış cinayət işi ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 6 nəfər şübhəli şəxs qismində saxlanılıb.

İddiaya görə sui-qəsd komandası qətldən bir ay əvvəl Türkiyəyə gəlib. Sui-qəsdçilər hələ Rövşən Türkiyəyə gəlməmişdən onun Türkiyədə gedəcəyi ehtimal edilən yerləri öncə Antaliyada, daha sonra İstanbulda gəzərək yaxından tanıyıblar. Polisin cinayətlə bağlı 3-ü Azərbaycan vətəndaşı olan 6 nəfərlə birlikdə sui-qəsdçilərə Rövşən haqda məlumatlar ötürən yenə Azərbaycan əsilli bir şübhəlini də saxladığı deyilir. Rövşənin hadisə baş verən günü getdiyi yerlərdəki kameralar vasitəsilə həmin şəxslərə aid məlumatlar əldə edilməyə çalışılır.

İNTİQAM ÜÇÜN ÖLDÜRÜLDÜ

Kamera görüntülərini araşdıran polislər sui-qəsdçilərin Antaliyadan kirayə götürülmüş avtomobillə mehmanxana ətrafına gəldiklərini müəyyən edib. Polislərin həmin avtomobilə əl qoyub. Hadisə yerində həmçinin bir ədəd uzun lüləli silah, tapança və 65 boş güllə tapılıb.

Digər tərəfdən, istintaqı dərinləşdirən İstanbul polisi Rövşənin qətlinin səbəbi kimi 2013-cü ildə İstanbulda törədilən bir cinayətin qisası ola biləcəyi ehtimalı üzərində dayanıb. 18 avqust 2013 tarixində Bahçeşehirdə lüks bir villanın hovuzunda Rövşənin türmədən tanıdığı azərbaycanlı iş adamı və cinayətkar aləmdə tanınan Əli Gamidov öldürülmüşdü. Hadisə vaxtı yaralanan rus əsilli Asiyat Alaşov polisə verdiyi ifadəsində Gamidovun ölərkən onun qulağına "Rövşən" adını pıçıldadığını deyib. İddialara görə Rövşən "yeraltı" hesablaşmasında Gamidovun ölüm əmrini veribmiş. Bundan sonra rəqibləri tərəfindən öldürülməsi üçün başına 5 milyon dollar mükafat qoyulan Rövşən Lənkəranski də Əli Gamidovun adamları tərəfindən intiqam məqsədilə qətlə yetirildi. Həmin iddiaya görə Rövşənin qətli üçün Gamidovun da öldürüldüyü tarix olan 18 avqust xüsusi təyin olunub.

Digər bir iddiada isə 16 yanvar 2013-cü ildə kürd əsilli mafiya lideri Ded Xasanı Rusiyada öldürülməsində Rövşənin rolunun olduğu, bundan sonra rus rəsmilərin mafiya müharibəsində Rövşənin Türkiyəyə qaçdığını müəyyən etdiyi və Ded Xasanın adamlarının Rövşənin qətli üçün 12 killeri Türkiyəyə göndərdiyi irəli sürülüb. İstanbul polisinin bu ehtimal üzərində də iş apardığı deyilir./azerinews.tv/


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 17628   Tarix: 23 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pensiyaçılar, qazilər və şəhid ailələri üçün ŞAD XƏBƏR: Yeni layihənin DETALLARI AÇIQLANDI

Pensiyaçılar, qazilər və şəhid ailələri üçün BÖYÜK ENDİRİM! . Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşəbbüsü ilə start verilən "Sosial Tərəfdaş" layihəsi ölkədə sosial müdafiə mexanizmlərinin gücləndirilməsi istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirilir. Layih

00:17 290
.

Heqset Trampın Çinə səfəri fonunda ABŞ-nin Tayvanla bağlı mövqeyinin dəyişmədiyini bildirib

ABŞ Prezidenti Donald Trampın Pekinə səfərinin yekunlarına görə, Amerikanın Tayvanla bağlı mövqeyi dəyişməz olaraq qalıb. "Report"un məlumatına görə, bunu Sinqapurda keçirilən beynəlxalq təhlükəsizlik forumunda çıxışı zamanı Pentaqonun rəhbəri Pit Heqset bəyan edib. "Mən Pekindəki görüşlərd

13:00 127
.

KİV: Britaniya ordusu süni intellektə hərbi hədəfləri seçməkdə müstəqillik verə bilər

Böyük Britaniya Müdafiə Nazirliyi süni intellektin düşmənə zərbə endirmək qərarlarını müstəqil şəkildə verə bilmə imkanını nəzərdən keçirir. Bu təşəbbüs müdafiə nazirinin müavini Alister Karns tərəfindən səsləndirilib. xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb. "Britaniy

18:50 0
.

ABŞ-də siqaret çəkənlərin sayı 2025-ci ildə rekord minimuma enib

ABŞ-də böyüklər arasında siqaret çəkmə səviyyəsi tarixi minimuma enib. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) tərəfindən aparılan sorğunun nəticələrinə görə, 2025-ci ildə yetkin amerikalıların yalnız doqquz faizi özün

20:00 0
.

Azərbaycanda bu əraziyə qar yağır - FAKTİKİ HAVA

Mayın 31-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, mayın 31-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edib. Bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub. Şahdağd

12:10 180
.

AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib - FOTOLAR

31 may - Beynəlxalq Təyyarə Bələdçiləri Günü münasibətilə Azərbaycan Hava Yollarının (AZAL) təyyarə bələdçilərindən ibarət heyəti Hökumə Əliyevanın ailə üzvləri ilə birlikdə Milli Qəhrəmanın İkinci Fəxri xiyabandakı məzarını ziyarət edib. Bu barədə BİG.AZ-a Azərbaycan Hava Yollarından (AZAL) məluma

15:17 135
.

Pentaqon silah istehsalını kəskin şəkildə artırmağı planlaşdırır

Vaşinqton yaxın iki-üç il ərzində bir sıra silah növlərinin istehsalını bir neçə dəfə artırmağı planlaşdırır. "Report"un məlumatına görə, bu barədə Pentaqonun rəhbəri Pit Heqset Sinqapurda keçirilən beynəlxalq təhlükəsizlik konfransında bəyan edib. "Biz ən qısa zamanda sursat istehsalın

12:00 137
.

Argentina muzeyi ink dövrünə aid mumiyanı 119 ildən sonra yerli icmaya qaytardı

İnk imperiyası dövrünə aid uşaq mumiyası Buenos-Ayres muzeyində 119 il saxlanıldıqdan sonra Argentinanın şimal-qərbində yaşayan kolla xalqının icmasına qaytarılıb. Söhbət 1905-ci ildə Xuxuy əyalətindəki Çanyi dağında tapılmış "Çanyi uşağı"ndan gedir. xəbər verir ki, bu barədə "Reuters"

20:50 0
.

Tramp İranla danışıqların ləng getməsindən şikayətlənib

"ABŞ və İran arasında münaqişənin nizamlanmasına dair danışıqlar ləng tempdə davam edir". xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib. "Biz istədiyimiz nəticəyə yavaş-yavaş nail oluruq. İranlılar sərt danışıqçılardır. Bu prose

19:00 0
.

TOP MP3