Toya bir həftə qalmış necə arıqlamaq olar?

Toya bir həftə qalmış necə arıqlamaq olar?Hər bir qız öz toyunda gözəl, qamətli olmaq istəyir. Bu yaxşı istək olsa da, toya bir qədər qalmış vəziyyət dəyişir. Artıq çəki problemi yaranır. Bəzən də 5-6 ay qabaq tikdirdiyimiz və ya sifariş etdiyimiz gəlinlik dar gəlir. Amma illər boyu qadınları qarabaqara izləyən bu "qlobal" problem o qədər də qorxulu deyil. Onun yaranmasının qarşısını almaq üçün ilk növbədə, bir neçə adi səhvi etməmək lazımdır.

Birincisi, bütün günü əsəb gərginliyi sizi daha çox yeməyə məcbur edir. Toy hazırlığı sizi o qədər həyəcanlandırır ki, nə yediyinizi heç fikirləşmirsiniz də.

İkincisi, yemək vaxtınıza diqqət yetirək. Toy qabağı başınız o qədər qarışıq olur ki, səhər və ya şam yeməyinin vaxtını unudursunuz. Çox vaxt "fast-food"la qidalanırsınız.

Üçüncüsü, idmanla və fitneslə məşğul olmağa vaxtınız qalmır. Hazırda sizin üçün yeganə idman tamada, fotoqraf, şadlıq sarayı və s. problemlər dalınca qaçmaq olur.

Nə etməli və ya etməməli?
Ən başlıca səhv – toya bir həftə qalmış qızların bəzən "pəhriz" adlandırdıqları "ac qalmaq"dır. Bundan ən yaxşı çıxış yolu, "fastfood", buterbrod, çips və ya bifşteksin varlığını unutmaq və orqanizmi "yüklənmədən boşaltmaq"dır. Bu bədəni artıq qalıqlardan təmizləyəcək və itirilən enerjini bərpa edəcəkdir.

Beləliklə, günə belə başlayırıq: təzə meyvə və tərəvəzlərdən sıxılmış şirəylə...
Bunu hazırlamaq o qədər də çətin deyil:

1 ədəd kök, 1 ədəd alma və zövqə görə zəncəfil. Bu içki təkcə enerjini bərpa etməyəcək, həm də bədəninizdən zərərli maddələri çıxaracaq. Hər gün bu şirəni hazırlayıb içsəniz, bir həftədə yaxşı dəyişikliklər hiss edəcəksiniz.

Hər bir orqanizmə A, B, C vitaminləri, mineral duzlar, mikroelementlər və protein lazımdır. Bunun üçün də "Vitamin kokteyli" hazırlamaq olar. 100 ml. süd zərdabı, 50 ml. alma şirəsi və 10 ml. yemiş şirəsini blenderdən keçiririk, soyuducuya qoyuruq. Soyuduqdan sonra kokteyliniz hazırdır.

Gündə 2 litrdən çox qazsız mineral su içməyi unutmayın. Üzüm, yemiş və sitrus meyvələri də hər gün itirdiyiniz enerjini bərpa edərək artıq çəki ilə mübarizənizə kömək edəcək.

Balanslaşdırılmış rasion – sağlamlığın əsasıdır.

Gözəllik qurban tələb edir. Toy qabağı həftədə isə qızardılmış ət, ağ çörək, yağlı xəmir, kartof, şəkər, pivə, düyü kimi ərzaqları qurban verməlisiniz. Əvəzində isə, güclü, eyni zamanda orqanizmi artıq çəkidən qurtaran şeylər - qoz, tərəvəz, meyvə, quru meyvələr, qara çörək, yarma sıyığı, kefir və s. yemək məsləhətdir. Toy qabağı stress və həyəcanın yox olması üçün alma və banan xüsusilə xeyirlidir.

Təzə salat – vitaminlər və doydurucu maddələr mənbəyidir və orqanizmin energetik balansına mühüm təsir göstərir. Siz bu salatı hazırlayarkən öz fantaziyanızdan da istifadə edə bilərsiniz. Amma unutmayın ki, az kalorili tərəvəzlər- kök, soğan, pomidor, Çin kələmi, xiyar, qırmızı turp, ispanaq, şirin bibər və s. dir.

Əgər şorba hazırlamaq istəyirsinizsə, zeytun və ya qarabaşaq yağından istifadə edin. Şorbaya limon suyu və göyərti də əlavə etməniz məsləhətdir. Amma mayonezə yaxşı olar ki, heç yaxınlaşmayasınız. Çünki, o yüksək kalori daşıyıcısıdır.

Tez-tez və az-az qidalanın. Gündə 5 dəfə yüngül və azkalorili yemək görünüşünüzün qayğısına qalacaq. Məsələn:

08:00 yeni sıxılmış şirə, meyvə sıyığı, yağsız yoqurt

12:00 tərəvəz salatı, qara çörək

15:00 alma, banan, armud və ya giləmeyvə-böyürtkən, çiyələk, moruq, qoz, yaşıl çay və 100 qr. pendir

18:00 vitamin kokteyli, kəsmik, meyvə

20:00 1 stəkan kefir

Həyəcan siqnalı və ya təcili tədbirlər:

Yox əgər hiss edirsiniz ki, bunlar sizə kömək etmir, onda əlavə tədbirlər görməlisiniz. Yəni, güclü dietaya keçməlisiniz.

I gün -1 litr süd
II gün -200 qr. kəsmik və 800 ml. şəkərsiz şirə (üzüm və baban şirəsini çıxmaq şərtilə)
III gün -1 litr qazsız su
IV gün -4 dilim qaynadılmış qabıqlı, duzsuz kartof və 800 ml. şəkərsiz şirə (üzüm və baban şirəsini çıxmaq şərtilə)
V gün -5 ədəd alma
VI gün -200 qr. qaynadılmış yağsız ət və 800 ml. şəkərsiz şirə (üzüm və baban şirəsini çıxmaq şərtilə)
VII gün -1 litr kefir

Bu ağır pəhrizi saxlaya bilməyənlər isə idmanla məşğul olmalıdırlar. Məsələn, velosiped sürmək, səhər qaçışları, yoqa və s.

Qarşınıza məqsəd qoyun və bu məqsədə çatmaq üçün əlinizdən gələni edin. Özünüzə əlavə bəhanələr taparaq ruhdan düşməyin. İnanın ki, bütün bu əziyyətlərinə dəyən bir gününüzdə-toyunuzda çox gözəl - şahzadələr kimi görünəcəksiniz!

Beləliklə, toydan qabaq arıqlamağın olar və olmazları:

OLAR!!!
1. Orqanizmi artıq maddələrdən azad etmək,
2. Yüngül, xeyirli və doyumlu qidalanmaq,
3. Daha çox su içmək,
4. İdmanla məşğul olaq.

OLMAZ!!!
1. Ac qalmaqla "pəhriz" saxlamaq,
2. Özünüzə güzgüdə baxıb "mən nəyə görə kökəlirəm" demək və yağlı, yüksək kalorili yeməklər yemək,
3. Əsas isə özünüzə inamı itirmək və yeni gəlinlik sifariş etmək. Bir qədər cəsarət hər şeyi həll edəcək!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 8419   Tarix: 23 sentyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188