"Rio 2016" oyunlarında iştirak edən idmançılarımıza nə qədər pul veriləcək- Açıqlama

"Rio 2016" oyunlarında iştirak edən idmançılarımıza nə qədər pul veriləcək- AçıqlamaBraziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunları davam edir. Cənubi Amerikaya 56 idmançı ilə yollanan Azərbaycan yığması hələlik 13 medal qazanıb.

BiG.AZ xəbər verir ki, Onlardan 4-ü gümüş, 9-u bürünc medaldı. Artıq 48 idmançımız mübarizəni başa vurub. Qarşıdakı gündərdə daha 8 idmançımız mübarizəni davam etdirəcək ki, onlardan da ikisi artıq finaldadı. Belə ki, boksçu Lorenzo Sotomayor və bədii gimnast Marina Durunda həlledici mərhələdə iştirak edəcək.

Həmişə olduğu kimi dövlət olimpiada da medal qazanmış idmançılarımızı mükafatlandıracaq. Bununla bağlı prezident İlham Əliyev iyulun 18-də sərəncam imzalayıb. Həmin sərəncama əsasən medalçılar aşağıdakı məbləğdə mükafat alacaq.

1. Birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat;
2. İkinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;
3. Üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat.

Beləliklə, bu günədək medal qazanan 13 idmançımız və onların məşqçilərinə 2 milyon 550 min manat mükafat paylanacaq. Qarşıdakı günlərdə medallarımızın sayının artması ehtimal olunur. Bu baş versə, mükafat məbləği də artacaq.

Mariya Stadnik (güləş, gümüş) - 200 min manat (məşqçisi 100 min manat)
Rüstəm Orucov (cüdo, gümüş) - 200 min manat (məşqçisi 100 min manat)
Elmar Qasımov (cüdo, gümüş) - 200 min manat (məşqçisi 100 min manat)
Valentin Demyanenko (kanoe, gümüş) - 200 min manat (məşqçisi 100 min manat)
Kamran Şahsuvarlı (boks, bürünc) - 100 min manat (məşqçisi 50 min manat)
Patimat Abakarova (taekvondo, bürünc) - 100 min manat (məşqçisi 50 min manat)
Milad Beiqi Harçeqani (taekvondo, bürünc) - 100 min manat (məşqçisi 50 min manat)
Sabah Şəriəti (güləş, bürünc) - 100 min manat (məşqçisi 50 min manat)
Rəsul Çunayev (güləş, bürünc) - 100 min manat (məşqçisi 50 min manat)
Nataliya Sinişin (güləş, bürünc) - 100 min manat (məşqçisi 50 min manat)
Hacı Əliyev (güləş, bürünc) - 100 min manat (məşqçisi 50 min manat)
Cəbrayıl Həsənov (güləş, bürünc) - 100 min manat (məşqçisi 50 min manat)
İnna Osipenko-Radomskaya (kayak, bürünc) - 100 min manat (məşqçisi 50 min manat)


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2194   Tarix: 20 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Paralimpiya Oyunları: Azərbaycandan altıncı qızıl medal - FOTO

Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarında altıncı qızıl medalı qazanıb. -ın xəbərinə görə, buna kişi cüdoçumuz Hüseyn Rəhimli (-81 kq) nail olub. O, finalda Davurxan Kəramətovla (Özbəkistan) qarşılaşıb. Tərəflər əvvəlcə bir-birinə qarşı uğurlu fənd edərək vaza-ari xalı alıb. Daha sonra Hüseyn Golde

28.08.2021 736
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972
.

Sərbəst güləşçilərimizin I MDB Oyunlarındakı qazancı: Üç qızıl, iki gümüş və iki bürünc medal

Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. Bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (7

04.09.2021 627
.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688
.

Dünya çempionumuz koronavirusa yoluxdu

Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal

31.08.2021 1111
.

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard

29.08.2021 1008
.

Tokio-2020: Paralimpiadanın bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib

Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq. Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasimi Bakı vaxtı il

05.09.2021 730
.

Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb

27.08.2021 1074
.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933