Bakıdakı bütün beşmərtəbəli binalar söküləcək

Bakıdakı bütün beşmərtəbəli binalar söküləcəkBakıda söküntü işləri geniş vüsət almaqdadır. Gələn il paytaxtın kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar bu işlərin bir qədər də genişlənməsi gözlənilir. Bəzi məlumatlara görə, hökumət təkcə paytaxtın kanalizasiya sisteminin yenidən qurulması üçün 8 milyard manat xərcləmək niyyətindədir. Bununla yanaşı, yaxın illərdə Bakıda istismar müddəti başa çatmış evlərin, şəhərin mərkəzindəki qəsəbələrin kütləvi şəkildə sökülməsi də nəzərdə tutulub. Artıq bununla hazırlıq işlərinə başlanıb. Məqsəd isə şəhəri qərb və şimal istiqamətlərə genişləndirməkdir.

Əldə etdiyimiz məlumatlara görə, bütün bu işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçiriləcək. Yeni Baş Plana əsasən, ilk olaraq Bakının "Sovetski" və "Kubinka" kimi tanınan ərazilərindəki evlər söküləcək. Mütəxəssislərin sözlərinə görə, buradakı yaşayış evlərinin əksəriyyəti istismar üçün yararsızdır, bəzi binaların istismar müddəti artıq 100 ili keçib. Eyni zamanda hökumət yaxın illərdə paytaxta beşmərtəbəli binaların kütləvi söküntüsünü də nəzərdə tutub. Qeyd edək ki, artıq metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığındakı, alimlərə məxsus beşmərtəbəli bina sökülüb. Bakının Baş Planı ilə bağlı verilən açıqlamalarda isə dövlət rəsmiləri 1950-1960-cı illərdə istifadəyə verilmiş köhnə beşmərtəbəli binaların 2013-cü ilədək söküləcəyini bildiriblər.
Ekspertlər bunu belə əsaslandırır ki, artıq həmin binaların istismar müddəti çoxdan başa çatıb. Memarlıq və İnşaat Universitetinin professoru, memarlıq doktoru Nəriman Əliyev də mətbuata açıqlamasında sözügedən binaların sökülüb yenisi ilə əvəzlənməsini qaçılmaz sayıb.
Öz növbəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sektor müdiri Feyzulla Quliyev beşmərtəbələrin 25 ilə nəzərdə tutulduğunu deyib. Moskvada belə binaların artıq söküldüyünü diqqətə çatdıran qurum əməkdaşı Azərbaycanda da artıq bu işin vaxtının çatdığını söyləyib: "Moskvada istismar müddəti başa çatmış belə binalar artıq yenisi ilə əvəzlənib. Düşünürəm ki, beşmərtəbəli evləri alıb yerində göydələnlər ucaldan şirkətlər bunda maraqlı olacaq".
Mütəxəssisin fikrincə, Bakıda beşmərtəbələr mərhələ-mərhələ sökülməlidir.
Müstəqil Memarlıq Assosiasiyası da istismar müddəti başa çatmış binaların sökülməsini vacib sayır. Qurumdan bildiriblər ki, hazırda Bakının mərkəzini "bəzəyən" "xruşşovka"lar heç bir standartlara cavab vermir. Xatırladaq ki, paytaxtda məskunlaşmış əhalinin yarısı beşmərtəbələrdə yaşayır. Məlumat üçün deyək ki, hazırda Bakıda sökülməsi vacib olan 200-ə yaxın belə bina var. Bakıda ilk "xruşşovka" 1961-ci ildə Nizami rayonunda inşa edilib. Eyni zamanda alimlər Bakıda 1-2-3 mərtəbəli binaların sökülməsini də zəruri sayıb. Məsələ burasıdır ki, ilkin hesablamalara görə, hazırda paytaxta 200 mindən yuxarı qanunsuz tikililər mövcuddur. Hökumət bu tikililərin sökülməsinə də qərar verib.
Bundan əlavə, Bakı və Bakıətrafı ərazilərdəki qanunsuz fərdi evlər də söküləcək. Hökumət söküləcək binaların sakinlərinə kompensasiya verilməsini nəzərdə tutulsa da, qanunsuz fərdi evlərə görə kompensasiya ödəmək fikrində deyil.
Yeri gəlmişkən, artıq bununla bağlı çoxsaylı məhkəmə iddiaları da mövcuddur. Belə ki, işini "ehtiyatlı" tutan dövlət qurumları qanunsuz adlandırdıqları evlərin sökülməsi ilə bağlı məhkəməyə müraciət ediblər. Məsələn, bugünlərdə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Sabunçu qəsəbəsində 40 evin sökülməsi barədə qərar çıxarıb.
Binəqədi rayonunda da oxşar vəziyyət yaranıb. Burada kommunikasiya xətlərinin və mədən ərazilərində tikilmiş yüzlərlə evin sökülməsi barədə hətta qərar da var. Qeyd edək ki, Binəqədidə ötən il artıq 500 ev sökülüb.
Baş Plana əsasən, Sulutəpə, Xocəsən, Alatava və Keşlə qəsəbələri (Şanxay deyilən ərazi) də köçürüləcək. Hökumət şəhərin mərkəzindəki qəbiristanlıqları və həbsxanaları da kənara köçürmək qərarına gəlib. Digər tərəfdən, hökumət şəhərin mərkəzində sıxlığı aradan qaldırmaq məqsədilə buradakı ali məktəbləri də şəhərin kənarına köçürmək qərarına gəlib. Onu deyək ki, artıq Qaradağ rayonunda Moskva Dövlət Universitetinin Bakı filialı üçün yer ayrılıb və tikinti gedir. Şəhərin mərkəzindəki Neft Akademiyasının isə Dübəndiyə köçürüləcəyi bildirilir. Eyni zamanda Dərnəgül qəsəbəsində qaçqınların yaşadığı tələbə yataqxanalarının sökülməsi də gündəmdədir. Xatırladaq ki, həmin yataqxanaların sökülməsi müəyyən səbəblərdən gecikir. Əldə etdiyimiz məlumatlara görə, yaxın gələcəkdə adıçəkilən ərazidə xarici ölkələrin səfirlikləri üçün şəhərcik salınacaq. Bundan əlavə, BDU-nin yataqxanasının sökülməsi nəzərdə tutulub. Həmin yataqxanalarda məskunlaşmış köçkünlər isə Masazır qəsəbəsində salınacaq şəhərcikdə yerləşdiriləcək. Yeri gəlmişkən, sözügedən qəsəbənin tikintisinə gələn ay başlanacaq. Qeyd edək ki, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, S. Vurğun və Vidadi küçələrində daş-daş üstə qalmayıb. Bayılın sökülməsinə də hazırlıq başlanılıb. Artıq bununla bağlı sakinlərə xəbərdarlıq da edilib. Ərazidə isə neftçilər üçün şəhərcik salınacağı deyilir. Sonda əlavə edək ki, hökumət söküntü işlərini bununla yekunlaşdırmaq niyyətində deyil. Belə ki, palana əsasən, beşmərtəbəli evlərin sökülməsinin ardınca növbə 9 mərtəbəli binalara çatacaq. İlk olaraq sahil boyu tikilmiş 9 mərtəbəli binaların sökülməsi nəzərdə tutulub. Binaların yerində isə müasir hotellərin və ofislərin tikiləcəyi söylənilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 11058   Tarix: 26 avqust 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Avropa Birliyinin yüksək vəzifəli diplomatları Buça qırğınını anmaq üçün Ukraynaya gəliblər

Avropa Birliyinin baş diplomatı Kaya Kallas və bir neçə Aİ xarici işlər naziri Buça qırğınının dördüncü ildönümünü qeyd etmək və blok daxilində AB yardımı ilə bağlı gərginlik fonunda Ukraynaya dəstəklərini bildirmək üçün Kiyevə gəliblər. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Ukraynanın xarici işlə

31.03.2026 273
.

Nazir bu institutun xanım direktorunu vəzifəsindən azad etdi (FOTO)

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktoru vəzifəsindən azad olunub. Qaynarinfo-nun məlumatına görə, Mətanət Tələt qızı Əfəndiyeva sözügedən institutun direktoru vəzifəsindən azad edilib, yerinə direktor əvəzi, həmin səhiyyə müəssisənin baş həkimi Əliyeva Nurlana Vilayə

10:21 184
.

Alimlər Yer mantiyasında gözlənilməz deformasiya aşkar etdi

Yer mantiyasının dərinliklərində alimlər ən geniş yayılmış minerallardan birində gözlənilməz xüsusiyyətlər aşkar ediblər. Əvvəllər nadir hesab olunan kiçik qüsurların əslində planetimizin daxili qatlarında baş verən hərəkətlərdə daha böyük rol oynaya biləcəyi müəyyən edilib. Qaynarinfo xəbər verir ki

31.03.2026 420
.

Hollan çox nadir "Mercedes" aldı - dünyada cəmi 150-si var

Erlinq Halan lüks avtomobillərin qiymətini bilir. -ın xarici mediaya istinadən xəbərinə görə, "Mançester Siti"nin hücumçusunun kolleksiyasına 350.00 funt sterlinq dəyərində Aston Martin DBX 707, 300.00 funt sterlinq dəyərində Rolls-Royce Cullinan və Porsche 911 GT3 daxildir. Məlumata görə

31.03.2026 527
.

Azərbaycanda xarici media orqanlarının fəaliyyətinə dair yeni tələb müəyyənləşib

Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alınması barədə üç iş günü müddətində Medianın İnkişafı Agentliyinə məlumat verməlidir. "Report" xəbər verir ki, Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərara əsasən, bununla bağlı "Hüquqi şəxsləri

31.03.2026 292
.

AzTV-nin aparıcısına vəzifə verildi

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub. Qaynarinfo xəbər verir ki, sözügedən xidmətin icraçı direktorunun müvafiq əmrinə əsasən, AZTV-nin aparıcısı Təranə Quliyeva bu vəzifəyə təyin edilib. Qeyd edək ki, Təran

10:58 150
.

Partlayış səsləri eşidiləcək - MN

31 mart-3 aprel tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv ediləcək. xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Partlayış səsləri ilə əlaqəda

31.03.2026 393
.

İt əl çəkdi, motal əl çəkmədi

Rusiyanın "Avrasiya" təşkilatı davamlı olaraq Qarabağdan könüllü olaraq köçmüş ermənilərə humanitar yardım göndərməyə davam edir. xəbər verir ki, dünən daha 140 ton yardım onlara çatdırılıb. Qeyd edək ki, Ermənistan tərəfi dəfələrlə bu yardımlara gərək olmadığını bəyan edib. Hətta bir qədə

31.03.2026 516
.

Ayaqlarımızın altında 640 kilometr dərinlikdə nəhəng bir okean gizlənirmiş

Yer üzündə suyun hekayəsindən danışarkən adətən mavi okeanlar, gur axan çaylar və ya torpağın səthinə yaxın şirin su mənbələri yada düşür. Lakin yeni bir kəşf bu ənənəvi təsəvvürləri kökündən dəyişə bilər. Qaynarinfo-nun məlumatına görə, Nortvestern və Nyu Meksika universitetlərinin tədqiqatçıları tərəfində

31.03.2026 459
.

TOP MP3