Sarımsağı balla qarışdırıb, yeyin - çünki ...

Sarımsağı balla qarışdırıb, yeyin - çünki ...
7 gün boyunca ac qarına sarımaq və bal yedikdə bədəndə nələr olur? Bu sualın cavabı sizi maraqlandırırsa, lent.az-ın məqaləsini mütləq oxuyun.

Demək olar ki, bütün dünya mətbəxində yer alan sarımaq ləzzətli olmaqla bərabər, bəzi yayılmış xəstəliklərin də müalicəsində faydalıdır. Əksərən bişirilmiş halda yeyilsə də, çiy halı əsl dərman təsiri bağışlayır.

Sarımaq qan təzyiqi və xolesterol səviyyəsinin aşağı düşməsinə, kroner ürək xəstəliklərinin və infarktın qarşının alınmasına yardım edir.

Bu möcüzəvi tərəvəzin yaz allergiyası, ishal, soyuqdəymə, qrip, həşərat dişləmələri və göbələk infeksiyaları kimi gündəlik sağlıq problemlərinə də faydası var.

Müntəzəm olaraq sarımsaq yemək osteoartrit, şəkər, prostat böyüməsi simptomlarının yüngülləşməsinə yardımçı olur.

İmmunitet sistemini gücləndirir və bədəni toksinlərdən təmizləyir.

Zəncəfil və soğanla birgə istifadə edildiyində bədənin kimyaterapiya sonrası toksinlərdən təmizlənməsinə də yardım edir.

Sarımsağı necə istifadə etmək lazımdır?

Sarımsağın tərkibindəki aktiv maddə alicin istiliyə məruz qaldıqda təbiiliyini itirdiyindən, ən idealı çiy şəkildə yeməkdir. Ən yaxşı nəticə üçün sarımsağı əzib doğrayın və yemədən əvvəl 15 dəqiqə gözləyin.

Bal ilə qarışdıraraq da yeyə bilərsiniz. Bunun üçün:

2-3 diş sarımsağı xırda-xırda doğrayıb 1 qaşıq balla qarışdırın. Bu qarışımı hər gün yeyin. Bir həftə içində enerjinizin yüksəldiyini, sağlamlığınızın yaxşılaşdığını görəcəksiniz.

Sarımsaqlı qrip toniki necə hazırlanır:

Bir ədəd sarı soğanın yarısı (doğranmış)

5 diş sarımsaq (doğranmış)

2 ədəd acı qırmızı bibər (doğranmış)

1 yemək qaşığı zəncəfil (doğranmış)

1 limon suyu

Alma sirkəsi, orqanik, filtrsiz

Hazırlanması:

350-500 ml-lik şüşə qab götürün, doğranmış soğanla doldurun. Doğranmış sarımsaqları, acı bibərləri toxumları ilə birlikdə əlavə edin. Doğranmış zəncəfilləri diqqətlə yerləşdirin.

Limonu ayrı bir qabda sıxın, çəyirdəklərini ayırın və qarışıma tökün. Bir sm-lik boşluq qalacaq şəkildə şüşəni alma sirkəsi ilə doldurun. Şüşə qabın qapağını bağlayın və şkafa qoyun. Boğaz ağrısı, soyuqdəymə və qrip toniki olaraq istifadə edə bilərsiniz./bizimyol.info/

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Sağlamlıq Oxunub: 8919 Tarix: 18.06.2016
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Tuanam
Tuanam 05.04.2017
axirda deyilen qarisim insanin medesini bogazini
yandirarki,hamisi aci,balla sarimsaq bir yerde yemerem


 
canmmm
canmmm 19.06.2016
aydaa kimsenin agzinnan sarmsaq iyi gelende az qala ...oki qaldi xeyirli olsada xowlamram iyisini gotrenmirem esasda diri diri yeyen olanda>>


 
Tahir011
Tahir011 19.06.2016
Sarimsaq yeyende menim odum agriyir.gece yata bilmirem Cox istifade elemek ziyandi .Mede yarasini acir ,ozude hansisa bir idarede iscilerinizin Hansisa Sarimsaq yeyib gelibse aman burnunu tut Aleyqaz Xeyir elemiyecek.


 
olqa18
olqa18 19.06.2016
sarimsaq biz im yemeklerde olmazsa olmazimizdi 200 qr qatiga 6diw qatiram)xowlayiram saglamlogada faydalidi...iyisini bowverin esas saglamlawdirmagina baxin ...tewekkurler maraqliydi


 
NURTEN
NURTEN 19.06.2016
Sarimsaqla balin dadin fikirlewdim ureyim bulandi
Xeber uun tewekkurler
Her weyin bir sonu var.

 
MEXX
MEXX 19.06.2016
Sarımsaq mənlik deyil.xəbər üçün çox sağ olun


 
MAYSKAYA
MAYSKAYA 19.06.2016
BIR GUN MOLLA HEKIME SEHHETINDE OLAN PROBLEMLERDEN ŞİYETLENIR. HEKIM ONA BIR XEYLI QULAS ASSA DA DEQIQLESHDIRE BILMIR BU HANSI XESTELIYIN ELAMETLERIDIR.AXIRDA SORUSHUR KI AY MOLLA,DE GORUM SEN NE YEMISEN AXIR VAXTLARDA ? MOLLA DEYIR BALNAN SARIMSAQ. HEKIM DEYIR AY MOLLA, NE XESTELIYIN ADAM XESTELIYIDIR NE DE YEMEYIN )))

Qayitmaz omrumden qacan gunlerim
Qus olub elimden ucan gunlerim
Atali-anali kecen gunlerim
En eziz gunumdur gunler icinde...


 
cesika
cesika 18.06.2016
qoxusuna-gore_yemirem
xeyirli_ola-biler_amma_menlik_deyil

Zamansiz ve vaxtsiz gelen sevinclere ehtiyacim var
■☆■☆■☆■☆■☆■☆■☆
♢♢♢♢♢♢♢♢♢♢

 
Kafi
Kafi 18.06.2016
Üreyim bulandı vayyy.


 
olqa18
olqa18 18.06.2016
ahaha elebildim gunorta saytda ozunu firon sayan tek men imiwemDuzeldinda qizlarimin adini online gormekcun darixdim


 
Last
Last 18.06.2016
RoZelina,eynen mende


 
gozelsozler
gozelsozler 18.06.2016
Maraqlı xeber ücün tsk


 
tansu
tansu 18.06.2016
RoZelina al bendende o kadar))mende ele bilirem saytda tekce menem)))


 
RoZelina
RoZelina 18.06.2016
Tewekkur.Xeyirli cox weyin demek olar ki,dadi pis olur da:)

Sayitda problem var imis..Online,istifadeci 0 gosterir. Men de fikirlewdim ki,sayitda tek menem.Kos~koca sayit Mene qaldi


 
Tunar_ubeyli
Tunar_ubeyli 18.06.2016
Sarimsaqi balla qariwdirib yeyin sonra qusun:)


 
Asma
Asma 18.06.2016
Medesinde problemleri olanlara olmaz.


 
tansu
tansu 18.06.2016
Bal ve sarımsaq))..dadı ne olacaq


 
Emily77
Emily77 18.06.2016
Maraqlidi.Xebere göre Tsk.


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər