Adı qadın alverində hallanan müğənninin köməkçisi DANIŞDI: "Oruc tutur ..."

Adı qadın alverində hallanan müğənninin köməkçisi DANIŞDI: "Oruc tutur ..."MTN-in keçmiş idarə rəisi, general-mayor, hazırda həbsdə olan general Akif Çovdarov tərəfindən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə aparıldığı və təhdid edildiyi deyilən müğənninin kimliyi bəlli olub. İddiaya görə, bu, Şəbnəm Tovuzlu kimi tanınan Şəbnəm Əsədova olub.

ANS PRESS onun haqqında yayılan xəbərlərə aydınlıq gətirmək üçün müğənniyə zəng edib. Lakin telefona onun prodüseri Cəmilə Cəfərova cavab verib. Prodüser ANS PRESS-ə açıqlamasında mətbuatda yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.

"Şəbnən xanım oruc tutduğu üçün hazırda yatıb. Bu söhbət artıq keçmişdə qalıb. Reytinq üçün yenidən yazırlar. Akif Çovdarov işləmir ki, ondan da gedib müsahibə alasan. Bəli, Şəbnəmin ev problem olub, Necə? Əvvəl üç otaqlı evi olub, sonra satıb 5 otaqlı alıb. Bu, şəxsi işidir. Heç kimin əlindən evi alınmayıb. Şəbnəm Tovuzlunun bu dəqiqə gözəl evi və yaşayışı var. Sadəcə yoldaşı tərəfindən alınan ev satılıb və yenisi alınıb. Şəbnəm xanımın öz ailəsi var və o, elə adam deyil ki, yüksək vəzifəli adamlarla işi olsun. Ümumiyyətlə, biz Akif Çovdarovu tanımırıq".

İfaçının prodüseri qeyd edib ki, Şəbnəm Tovuzlu Famil adında şəxslə münasibətləri şəxsi olduğu üçün bu barədə danışmaq istəmir.

Mətbuatda yayılan xəbərlərdə müğənninin MTN-ə aparılmasını Akif Çovdarovdan ona sponsorluq etmiş Famil adlı şəxsin xahiş etdiyi bildirilib. İddiaya görə, Famil müğənnidən tələb edib ki, bağışladığı mənzili geri qaytarsın. Bundan sonra Nərimanov rayonu ərazisindəki çoxmərtəbəli binanın 3-cü blokunun 2-ci mərtəbəsindəki 3 otaqlı mənzil Familin adamı Abbas Həsənlinin adına keçirilib.

Keçmiş MTN-in generalının həbs müddəti uzadıldı

Famil adlı şəxs A.Çovdarovun şəbəkəsində olan iş adamı kimi təqdim edilir. Bildirilir ki, Famil və onun şərikləri A.Çovdarovun "krışa"lığı ilə Bakıda çoxmərtəbəli binalar tikiblər.

A.Çovdarov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 11475   Tarix: 09 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

TOP MP3