Xoşqədəm Hidayətqızı ilə evlənən Doğuş: "Mən Bakılıyam"

Xoşqədəm Hidayətqızı ilə evlənən Doğuş: "Mən Bakılıyam"Türkiyə mediası tanınmış türk müğənnisi Doğuş və onunla ailə həyatı quran azərbaycanlı telejurnalist, aparıcı Xoşqədəm Hidayətqızından geniş reportaj hazırlayıb.

Uşaqlığı küçələrdə və kimsəsizlər evində keçmiş Doğuş əkiz övladları olduğu üçün böyük sevinc hissi keçirdiyi söyləyib.

Doğuş "Sabah" qəzetinin müxbirinə müsahibəsində deyib ki, atalıq hissləri dünyada ən gözəl hislərdən biridir: "Körpələri ilk dəfə əlimə aldığımda, yaşadığım sevinci və həyəcan o qədər böyük idi ki, bunu heç kəs təsəvvür edə bilməz. Ata olmaq fərqli bir hisdir. Artıq həyatımızı bu körpələrin üzərində qururuq. Bilirsiniz ki, mənim uşaqlığım çox çətinliklərlə keçib. Ona görə də, nədənsə ata olmağı istəmirdim. Ancaq Xoşqədəm Hidayətqızı ilə evlənməyimiz həyatımı tam dəyişdi. Hətta, indi 2 uşağın az olduğunu düşünürəm. İstəyirəm ki, 4-5 uşağımız olsun".

O, əkizlərinin gələcəkdə Arda Turan kimi tanınmış futbolçu olmasını istədiyini söyləyib: "Körpələri hər gün həsrətlə qucaqlayıram. Asan məsələ deyil, mən bu anı 42 ildir gözləyirdim".

Doğuş Azərbaycanı da çox sevdiyini deyib: "Mən bakılıyam, özümü 60 faiz Bakıdan olan kimi görürəm. Əkizlər də xanıma qalsaydı, Bakıda doğulacaqdı. Amma mən icazə vermədim. Çünki mənim üçün Türkiyə pasportu da çox dəyərlidir. Körpələr bunun qiymətini yaşa dolduqca yaxşı anlayacaqlar.

Xoşqədəm Hidayətqızı isə əkizlərindən birinin tanınmış futbolçu, digərinin isə siyasətçi olmasını istədiyini bildirib: "Əgər bu arzularım gerçək olarsa, gedib oğlumun oyununu əlimdə Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıraraq, stadiondan izləyəcəm"./publika/


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 9960   Tarix: 04 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

TOP MP3