Son sözü bu oldu ki, "balama yaxşı bax..." - Şəhid gizirin videosu - REPORTAJ/FOTOLAR

Son sözü bu oldu ki, "balama yaxşı bax..." - Şəhid gizirin videosu - REPORTAJ/FOTOLARCəbhə xəttində baş verən aprel döyüşlərində şəhid olan hərbçilərimizdən biri də kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğludur.

BiG.AZ xəbər verir ki, itkin düşdüyü hesab olunan hərbçinin meyiti aprelin 19-da döyüş meydanından götürülüb. Şəhid Baxışov Sumqayıtın Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Əslən Masallıdan olan şəhid gizir Sumqayıtda dünyaya gəlib. Uşaqlığı, gəncliyi bu şəhərdə keçib. Ailədə 3 övlad olublar.

Onun böyük qardaşı Samir Baxışov və atası da hərbçi olub.

Şəhid Seymur Baxışovun xanımı Aynur Baxışova əməkdaşımızla söhbətində onunla ilk tanışlığından, həyat yolundan söz açıb.
Son sözü bu oldu ki, "balama yaxşı bax..." - Şəhid gizirin videosu - REPORTAJ/FOTOLAR"Seymurla 2008-ci ildə tanış olmuşduq. 2009-cu ildə isə ailə həyatı qurmuşuq. Onunla yaşadığım günlər gözümün önündən bir lent kimi keçir".

S.Baxışov orta məktəbi yaxşı qiymətlərlə bitirdiyinə görə təhsilini liseydə davam etdirib. O, rus bölməsində təhsil alıb. Xanımının sözlərinə görə, Seymur Baxışov gənc yaxşlarından hərbiyə maraq göstərməyə başlayıb. Anasının qarşı çıxmasında baxmayaraq, o, hərbçi olacağına qərar verib.

"7 ildə ondan heç vaxt eşitmədim ki, işindən yorulsun, bezsin. Seymur hərb ilə nəfəs alırdı. O, dizindən əməliyyat olunmuşdu, hərbiçilərin əksəriyyətinin diz bağlarında belə problemlər olur. Əməliyyatdan sonra Seymurun iş yerini dəyişib, onu əsgər bölüyünə keçirmişdilər. Bu, ona pis təsir edirdi.

O, "Bu mənə pis təsir edir, mənim yoldaşlarım orada qalıb, illərimi o işə vermişəm. Lazımsız insan kimi otura bilmərəm",-deyə gileylənirdi. Seymur yenidən imtahan verdi, komandanın qəbuluna gedərək əvvəlki işinə qayıtdı".
Son sözü bu oldu ki, "balama yaxşı bax..." - Şəhid gizirin videosu - REPORTAJ/FOTOLARXanımın sözlərinə görə, 3 ay əvvəl S.Baxışova paytaxtda ,hərbi şəhərcikdə ev verilmişdi.

"3 ay idi ki, yeni evə köçmüşdük. Seymur evi həvəslə bəzəmişdi.
Allah rəhmət eləsin, çox yaxşı insan idi. İndiyədək ondan bir dəfə də olsun inciməmişəm. Mehriban ailə idik. Seymur istəyirdi ki, oğlu futbolçu olsun".

Xanımı S.Baxışov sonuncu dəfə martın 27-də gördüyünü deyib.

"Aprelin 1-də gecə mənə mesaj yazdı. Hər şeyin yaxşı olduğunu deyirdi. Mesajında oğlu Amin üçün darıxdığını yazmışdı. Son sözü bu oldu ki, "balama yaxşı bax, gələcəyəm...".
Bundan sonra Seymurdan xəbər tuta bilmədik. İş yoldaşlarına zəng edib soruşduq. Dedilər ki, yoxa çıxıb, biz də tapa bilmirik.

Sən demə, hamı Seymurun itkin düşdüyünü bilirmiş. Bizdən gizlədiblər. Aydın 20-ə qədər adı itkin siyahısında qeyd olunmuşdu. Ümid edirdik ki, sağdır, haradasa qalıb. Onun ölümünü heç ağlımıza da gətirmirdik".
Son sözü bu oldu ki, "balama yaxşı bax..." - Şəhid gizirin videosu - REPORTAJ/FOTOLARGizir S.Baxışov Lələ Təpə uğrunda gedən döyüşlərdə şəhid olub. Həyat yoldaşının sözlərinə görə, o, aprelin 3-də hərbçi yoldaşlarına köməyə gedən zaman həlak olub.

"Ayın 3-dən 20-ə qədər biz nələr çəkdik, bir Allah bilir. Hər dəfə şəhid gələndə, meyitləri təmas xəttindən qaytaranda, yalvarırdım ki, bu dəfə də Seymurun meyiti olmasın.

Ürəyimdə xəlvətcə dua edirdim ki, ermənilərə girov düşməkdənsə, qəhrmancasına həlak olsun, amma girov düşməsin. Mən bilirdim ki, onlar girov və əsirlərin başına nə oyunlar açırlar".
Daha sonra şəhidin qayını Arif onunla bağlı xatirələrini bölüşüb:

"Seymur həmişə şəhidliyi arzulayırdı. Son iki ayda "Ana, mən şəhid oldum" mahnısına qulaq asırdı. Sanki şəhid olacağı ürəyinə dammışdı.

Döyüş yoldaşı iki gün əvvəl bizə gəlmişdi. Dedi ki, Seymur döyüşə gedəndə ona vəsiyyət edib"./azvision/

Son sözü bu oldu ki, "balama yaxşı bax..." - Şəhid gizirin videosu - REPORTAJ/FOTOLARSon sözü bu oldu ki, "balama yaxşı bax..." - Şəhid gizirin videosu - REPORTAJ/FOTOLARSon sözü bu oldu ki, "balama yaxşı bax..." - Şəhid gizirin videosu - REPORTAJ/FOTOLARSon sözü bu oldu ki, "balama yaxşı bax..." - Şəhid gizirin videosu - REPORTAJ/FOTOLARSon sözü bu oldu ki, "balama yaxşı bax..." - Şəhid gizirin videosu - REPORTAJ/FOTOLARSon sözü bu oldu ki, "balama yaxşı bax..." - Şəhid gizirin videosu - REPORTAJ/FOTOLARSon sözü bu oldu ki, "balama yaxşı bax..." - Şəhid gizirin videosu - REPORTAJ/FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 14231   Tarix: 28 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO

Üç aydan çoxdur yanğın baş verən Respublika Perinatal Mərkəzi tam olaraq fəaliyyətini bərpa etməyib. Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənsə də, yanğının çıxdığı yenidoğulmuşların intensiv terapiya bölməsində təmir işləri tam yekunlaşmayıb

21:26 129
.

Ruanq vulkanına görə 12 min insan evakuasiya edilib - VİDEO

Dünən İndoneziyanın şimalında yerləşən Rvanq adasında yerləşən Ruanq vulkanı lava püskürüb. BİG.AZ xəbər verir ki, hadisə zamanı 12 min insan evakuasiya edilib. Vulkan vulkanının yerləşdiyi Rvanq adası ötən ay baş verən püskürmələr nəticəsində tamamilə boşaldılıb. Adada yaşayan 828 nəfər ətraf ərazilərd

12:01 156
.

İsrail əsgərləri 1 nəfəri yaralayıb, 15 nəfəri əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1 nəfəri yaralayıb, 15 nəfəri saxlayıb. xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanat verib. İsrail qüvvələri Ramallah şəhərinin şimalındak

20:15 126
.

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat

01.05.2024 1314
.

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO

Ötən il dekabrın 26-da itkin düşən Rasim Xankişiyevin aylardır davam edən axtarışları heç bir nəticə verməyib. İstintaq işi İmişli Rayon Prokurorluğu tərəfindən davam etdirilsə də, istintaq hərəkətlərində də heç bir nəticə əldə olunmayıb. 11 yaşlı Rasimin ailəsi inanır ki, ərazidə yerləşən kameraları

10:17 713
.

Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim

Tamstore Marketlər Şəbəkəsi bu dəfə Ağdaş sakinlərinə tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə xidmət göstərmək üçün 3 may 2024-cü il tarixindən fəaliyyətə başlayacaq. Rəsmi açılış mərasiminə özəl üç gün ərzində 100 məhsulda tam 50% endirim kampaniyası və eyni zamanda 500 məhsuld

16:26 194
.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

12:13 664
.

Tarkan yoldaşı ilə evlilik ildönümünü belə qeyd etdi- FOTOLAR

Türkiyəli müğənni Tarkan yoldaşı ilə evliliyinin 8-ci ildönümünü qeyd edib. xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib. "Evlilik ildönümümüzün olduğu bu günlərə romantik bir tbt yaraşır. 2016-cı ildə evlənəndən bir neçə həftə sonrakı günlərdən şirin kadrlar" ,- deyə o bildiri

21:30 108
.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

12:53 727