Bill Qeytsin 123 milyonluq malikanəsi - FOTO

Bill Qeytsin 123 milyonluq malikanəsi - FOTO79 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin adamı olan amerikalı milyarder Bill Qeyts sərvətinə uyğun olaraq möhtəşəm bir malikanədə yaşayır. Qeytsin malikanəsi Vaşinqton ştatının kiçik Medine şəhərindədir.

BiG.AZ musavat.com-a istinadən xəbər verir ki, ABŞ dövlətinin təsisçi-atalarından biri və bu dövlətin ilk prezidenti olan Corc Vaşinqotunun adını daşıyan Vaşinqton ştatı ölkənin şimal qərbində, Sakit okeanın sahilində, Kanada ilə sərhəddə yerləşir və ölkənin ən ucqar ştatıdır.

Bill Qeyts böyük və təmtəraqlı malikanəsinə daxil olan tikililərə ümumilikdə 63 milyon dollar xərcləyib. Tikinti 7 il çəkib. Hazırda malikanənin qiyməti ən azı 123 milyon dollardır.

Bill Qeyts yaşayış kompleksinin "Zanada 2.0" adlandırıb.

Malikanənin yerləşdiyi ərazini milyarder 1988-ci ildə 2 milyon dollara alıb. Bu malikanə üçün Qeyts daşınmaz əmlak vergisi olaraq ildə 1 milyon dollar vergi verir.

Malikanənin tikintisinə 1,2 min kubmetr taxta materialı işlədilib. Binalar, əsasən, Oreqon çamından tikilib və yaşı 500-ü keçmiş ağaclar seçilib.

Tikintidə 100-ü elektrik işçiləri olmaqla 300 nəfər çalışıb. Bütün malikanəni sensor sistemi əhatə edir. Bu sensorlar burada yaşayanlara otaqlarda havanı və işıqlandırmanı idarə etmək imkanı verir. Qonaqlar malikanəyə daxil olanda onlara xüsusi breloklar verilir və onlar otaqlarda hansı hava və işıqlandırma tipini istəyirlərsə, onun göstəricilərini brelokun monitoruna daxil edirlər. Daha sonra onlar bir tikilidən başqasına keçəndə hava və işıq parametrləri onların sifarişinə uyğun avtomatik dəyişilir.

Hansısa otaqda bir musiqi parçasını dinləməyə başlayan şəxs yerini dəyişsə də, həmin musiqi divar kağızının altında yerləşdirilmiş dinamiklər sisteminin sayəsində başqa otaqlarda da onu "təqib edir". İstilik itkisinin azaldılması üçün yerli şəraitin xüsusiyyətlərindən istifadə olunur.

Divardakı rəsm əsərləri bir düyməni basmaqla dəyişir. Evin hər tərəfində ümumi dəyəri 80 min dollar olan kompüter ekranları quraşdırlıb. İstənilən şəxs kompüterin ekranına öz sevimli rəsm əsərini və ya şəklini qoya bilir. Bu sistemin qiyməti 150 min dollardır.

Hovuzda sualtı musiqi sistemi quraşdırılıb. 18 metrlik hovuz 360 kvadratmetlik böyük, palıdı tikilinin önündə inşa edilib. Tikilidə dörd duşxanalı və iki vannalı geyinib-soyunma otağı, sauna, buxar otağı, 230 kvadratmetrlik trenajor zalı var.

Evin böyük qəbul salonunda bir dəfəyə 200 qonaq masa arxasında otura bilər.

Zalda iki metrlik buxarı mövcuddur. Ümumilikdə evdə 24 hamam otağı var, onlardan 10-u cakuzi ilə təchiz edilib.

Bill Qeytsin qonaq-qaralı adam olduğunu, tez-tez ziyafətlər, ballar təşkil etdiyini nəzərə alsaq, bu qədər hamam-tualetin nəyə lazım olduğu anlaşılar. Elə malikanədə fəaliyyət göstərən 6 mətbəx də milyarderin qonaqlarını delikateslərlə, cürbəcür ləziz təamlarla doyurmaq üçündür.

Evdə nəhəng kitabxana var və burada nadir kitablarla yanaşı, Qeytsin 30 milyon dollar xərclədiyi əlyazmalar da qorunub saxlanılır. Kitabxananın üzərində 200 kvadratmetrlik kümbəz quraşdırılıb. Kümbəzdə iki gizli şkaf var, onlardan biri içki barı rolunu oynayır. Tavanda amerikalı yazıçı Frensis Skott Fitsceraldın "Möhtəşəm Getsbi" romanından bir sitat həkk edilib. Həmin sitat belədir: "Onu bu məxməri çəmənliyə gətirən yol uzun olmuşdu və indi, arzusuna yaxın olduğu bir vaxtda ona elə gəlirdi ki, əlini uzatmağı bəsdir ki, arzusuna çatsın".

Burada Leonardo da Vinçinin 16-cı əsrə aid əlyazması, Lester məcəlləsi də saxlanılır. Qeyts bu əlyazmanı 1994-cü ildə hərracda 30,8 milyon dollara alıb.

Evdəki məxmər oturacaqlı kinoteatr 20 nəfər üçün nəzərdə tutulub. Kinoteatr ardeko stilində quraşdırılıb, burada rahat kreslo və divan, hətta popkorn avtomatı da var.

Malikanənin ərazisində ayrıca bir bina və onun yaxınlığında tennis kortu, qolf oynamaq üçün məşq meydançası və qayıq körpüsü var. Burada da qonaq otaqları, hamamxanalar mövcuddur. Bu binada da elektronik cihazlar baş binada olduğundan az deyil. Qeyts "Gələcəyə yol" kitabının böyük hissəsini məhz bu binada yazıb.

Ümumilikdə malikanənin qarajlarında 23 avtomobil var. Onlar ərazinin müxtəlif yerlərində tikilmiş qarajlarda saxlanılır. Onlardan ən maraqlısı polad və betondan mağara üslubunda tikilib. Bu qarajda 10 avtomobil dayanır.

Milyarderin malikanədə sevimli ağacı var, bu, 40 yaşlı qayın ağacıdır. Ağaca xüsusi kompüter qulluq edir, torpağın nəmliyini nəzarətdə saxlayır, əgər torpaq çox qurudursa, avtomatik olaraq sulama sistemi işə düşür.

Malikanədə inşa edilmiş süni çayda balıqlar, əsasən qızıl balıq (forel) və losos yetişdirilir.

Qeytsin malikanəsindəki çimərliyin qumu Karib dənizindən gətirilib. Hər il Sent-Luisdən gələn gəmi gölün çimərliyinə qum gətirir. Bu reyslərin hər biri milyarderə 35 min dollara başa gəlir.

Bill Qeytsin 123 milyonluq malikanəsi - FOTOBill Qeytsin 123 milyonluq malikanəsi - FOTOBill Qeytsin 123 milyonluq malikanəsi - FOTOBill Qeytsin 123 milyonluq malikanəsi - FOTOBill Qeytsin 123 milyonluq malikanəsi - FOTOBill Qeytsin 123 milyonluq malikanəsi - FOTOBill Qeytsin 123 milyonluq malikanəsi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1737   Tarix: 25 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185