Qadını necə xoşbəxt etmək olar? - kişilər OXUYUN

Qadını necə xoşbəxt etmək olar? - kişilər OXUYUNDünyada bu mövzuda bir çox araşdırmalar aparılıb. Lakin hələ də "qadınları necə xoşbəxt etmək olar" sualına dəqiq cavab tapılmayıb. Hətta qadınların çoxu onu nəyin xoşbəxt edəcəyini belə bilmir. Türkiyəli qadın xəstəlikləri və doğum mütəxəssisi Esra Demir qadınların necə xoşbəxt olacağı barədə maraqlı araşdırma aparıb.

BiG.AZ Aile.lent.az-a istinadən araşdırmanın maraqlı məqamları ilə sizi də tanış edir.

Mütəxəssislər ilk növbədə bildirir ki, qadınlar və kişilərin çox hissəsi bu iki cinsin fərqli olduğunu bilmir. Bu fərq həm fiziki, həm də ruhi mənadadır: "Bu fərqi belə də ifadə etmək olar: kişilər tək düyməli, qadınlar çox düyməli varlıqdır. Yəni qadınlar kişilərə nisbətən daha kompleksli bir quruluşa malikdirlər. Qadınlar və kişilərin etdikləri ən böyük səhv bir-birlərini öz istədikləri qəliblərə salmağa çalışmalarıdır. Kişilər onlara ağıl verilməsini, səhvlərinin deyilməsini sevmirlər. Qadınlar da kişilərin onlar kimi həssas davranmalarını, kişilərdən istədiklərini güclü cinsin nümayəndəsinin dərhal anlamasını gözləyirlər. Qadın və kişinin bir-birini yaxşı başa düşmək istəyirsə, bir-birlərinin təbiətinə yaxından bələd olmalıdırlar. Əgər bunu bilirlərsə, bir-birlərinə qarşı lüzumsuz gözləntiləri olmaz".

Cinsi münasibət evlilikdə əhəmiyyətli yer tutur

Xoşbəxtlik və sevgiylə başlayan bir çox evlilik, cinsi bərabərliyin olmamasıyla kabusa dönə bilər. Qadınlar o ana qədər adını heç vaxt eşitmədikləri bir xəstəliklə tanış olurlar - vaginizm: "Vaginizm cinsi əlaqə zamanı pelvis əzələlərinin istəksiz sıxılması nəticəsində vagina girişinin daralması və bu səbəbdən cinsi bərabərliyin olmaması deməkdir. Düzgün həkimlər tərəfindən müvəffəqiyyətlə müalicə edildikdə problem aradan qaldırıla bilər. Müalicə müddəti 2-3 gündür. Vaginizmin müalicəsi gecikərsə, evliliyə zərər dəyə bilər".

Qadın və kişi üçün ortaq dil sevgi dilidir. Sevgi qadın və kişi münasibətlərindəki hər cür çətinliyin öhdəsindən gələn yeganə açardır. Elə isə sevgimizi bir-birimizə necə göstərə bilərik? Həkim bunun da sirini açıb.

Təqdir edilmək

Təkcə cinsi münasibət gözləmək hamımızın xoşuna gələr. Ən çox da kişilərin. Kişilər yemək yeməyə və təriflənməyə hər zaman ehtiyac duyurlar: "Uşaqları düşünün. Onları tərifləyərək istəklərimizi daha asan yerinə yetirmələrinə nail ola bilirik. Uzun sözün qısası, insanlar yaradılışdan təqdir edilməyi və işlərinə görə tərif olunmağı sevirlər".

Toxunmaq

Kişi və qadın hər iksi bu yoldan istifadə etsə də, toxunmaq daha çox qadının xoşuna gəlir. Tərəf müqabilinin ona sevgi ilə toxunması, saçlarını oxşaması ən əsəbi halında belə, qadını yumşaldacaq.

Hədiyyə

Kim hədiyyə almağı xoşlamır ki? Hədiyyənin böyük-kiçikliyi əhəmiyyətli deyil əslində. Vacib olan xatırlanmaq, diqqət göstərildiyini görmək, qiymətli olduğunuzun hiss etdirilməsidir.

Birlikdə vaxt keçirmək

İlk növbədə qadının kişiyə, kişinin də qadına vaxt ayırması qarşı tərəfə önəmsənildiyi hissini verir. Önəmsənilmək uşaqlıqdan gələn ruhun ən əhəmiyyətli ehtiyaclarından biridir. Bundan başqa, birlikdə nələrsə etmək, xoş əhval-ruhiyyəli vaxt keçirmək qarşılıqlı sevgini artırır. Duyğuların müsbət və ya mənfi tərəflərinin qarşılıqlı paylaşılması əlaqənin güclənməsinə səbəb olur.

5. Özünə xidmət edilməsi

Hər insanın xidmət edilməsindən xoşu gəlir. Xüsusilə kişilər özlərinə xidmət edilməsindən çox məmnun olurlar. Qadınlar da bundan özlərini xüsusi hiss edirlər və xoşbəxt olarlar. Xoşbəxt qadının həyat yoldaşı da, ailəsi də xoşbəxt olar.

Biz qadınların xoşbəxt ola bilməsi üçün danışmağımız da vacibdir. Amma kimlə? E. Demir ən vacib məqamın da əslində bu olduğunu deyir: "Bir kişi ilə danışan zaman detallara vara bilmirik. Çünki bu, kişiləri sıxar, onlar bizi dinləməz və qadının özünü dəyərsiz hiss etməsinə səbəb olar. Ən yaxşısı budur ki, qadının qadın dinləyicisi olmasıdır. Təbii ki, lazım olan şeylər haqqında kişilərlə də danışmaq lazımdır. O zaman qısa, dəqiq və konkret sözlər istifadə edərək, özümüzü və istəklərimizi ifadə etməliyik. Bu formada arada qarşıdurma olmadan nəticə alına və məhsuldar əlaqələr qurula bilər".

Rədd edilmə qorxusu

Rədd edilmə qorxusu yaşamadan istəklərimizi ifadə etməliyik! Əslində, yenə eyni nəticəyə gəldik: duyğuların doğru şəkildə bölüşdürülməsi: "Hər iki tərəf utanmadan, çəkinmədən gündəlik həyatla əlaqədar və cinsi münasibətlərlə bağlı istəklərini rədd edilmə qorxusu olmadan bir-birilə rahatlıqla paylaşa bilər. Qadın olmaq gözəldir, xoşbəxtliyin başqasından gəlməsini gözləməyək, xoşbəxtliyi özümüz gətirək".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3027   Tarix: 17 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ən bahalı 10 Yeni il şam ağacı - SİYAHI

Amerikada ənənəvi bir şam ağacının qiyməti orta hesabla 30-150 ABŞ dolları arasında dəyişir. Lakin bəzən bəzi şəhər və müəssisələr Yeni il ağaclarını bəzəmək və nümayiş etdirmək üçün milyonlarla dollar xərcləyirlər. BİG.AZ -a istinadla qiyməti 1 milyon dollardan artıq olan bu 10 ağacı təqdim edir. 10

09.12.2025 569
.

Niyə pəncərə kənarında yatmaq zərərlidir?

Bəzən tam 8 saat yatmaq belə gümrah olmağınıza zəmanət vermir: insan oyananda özünü gücdən düşmüş, başı ağır, sanki ümumiyyətlə dincəlməmiş kimi hiss edir. bununla bağlı məlumatları təqdim edir:. Ən az nəzərə çarpan, amma çox yayılmış səbəblərdən biri yatağın düzgün yerləşdirilməməsidir xüsusilə də

07.12.2025 246
.

Göz sağlamlığı üçün faydalı təbii qidalar

Qeyri-sağlam qidalanma və ekoloji amillər bütün orqanlara, o cümlədən, gözlərin sağlamlığına mənfi təsir göstərir. Son vaxtlar bioaktiv qidalara tələbat olduqca artmaqdadır. Bitki mənşəli bioloji aktivliyə malik həmin məhsullar kapsul, tablet, toz, sirop və digər formada hazırlanır. Ona görə də gözlə

09.12.2025 478
.

Evdə halva bişirmək bədniyyətlikdir? -VİDEO

Azərbaycan mətbəxi öz zənginliyi və ləziz taamları ilə dünyada seçilir. Bu mətbəxin ən sevilən şirniyyatlarından biri isə halvadır. Lakin bəzi insanlar bu şirniyyatı istədiyi zaman bişirə və ən əziz qonaqlarının qarşısına təqdim edə bilmirlər. Buna səbəb isə illərdir halvanın xalq arasında yaranmış inancl

30.11.2025 396
.

Azərbaycanda gəlinə kilolarla qızıl taxdılar - VİDEO

Azərbaycanda keçirilən toy mərasimində gəlinə kilolarla qızıl bağlanması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşılan görüntülərdə gəlinin qollarına və boynuna çox sayda ağır və bahalı zinət əşyalarının taxıldığı görünür. Kadrlarda qızılların çəkisinin çoxluğu səbəbində

07.12.2025 1929
.

Ekrana zərər vermədən televizoru necə təmizləmək olar?

Müasir televizorlar əvvəlki modellər qədər toz çəkməsə də, ekran yenə də gözləniləndən tez çirklənir. Toz yalnız təsvirin keyfiyyətini aşağı salmır, həm də cihazın korpusunun içinə düşdükdə işinə təsir edə və xidmət müddətini azalda bilər. Buna görə ekranın müntəzəm təmizlənməsi vacibdir. Ekranı nə il

07.12.2025 427
.

Həkimlər evə yolladı, süni intellektdən soruşdu - dərhal xəstəxanaya qaçdı

Norveçdə yaşayan 49 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxananın Təcili yardım şöbəsinə müraciət edib. İlkin müayinədən sonra həkimlər onun vəziyyətinin ciddi olmadığını bildirərək mədə turşuluğuna qarşı dərman yazıb evə göndəriblər. Lakin ağrıları səngiməyən xəstənin həyatını bu dəfə süni intellek

07.12.2025 587
.

Dekabrda dörd gün DƏFNƏ YARPAĞI YANDIRIN: Həyatınızın necə dəyişdiyini görün...

Dəfnə yarpağı uğur, sərvət və mənfilikdən qorunma ilə əlaqələndirilir. Dəfnə yarpağı sadəcə kulinariya ədviyyatından daha çox şeydir. BİG.AZ -a istinadla xəbər verir ki, qədim Yunanıstan və Romada dəfnə qaliblərə, şairlərə və hərbi liderlərə şərəf, müdriklik və mənəvi güc əlaməti olaraq tac qoymaq üçü

07.12.2025 588
.

101 yaşlı təqaüdçü idman zalında hər gün iki saat məşq edir

İspaniyada 101 yaşlı təqaüdçü idman zalında hər gün iki saat qantellərlə məşq edir. xəbər verir ki, bu barədə "Daily Mail" yazır. İspaniyanın Bisaina şəhərindən olan İnyaksi Lasa ikinci dünya müharibəsindən, döş xərçəngindən, iki omba sınığından, göz əməliyyatından və COVID-19-dan sağ çıxıb

30.11.2025 412
.

TOP MP3