Kompüter virusları nə kimi zərər verə bilər?

Kompüter virusları nə kimi zərər verə bilər?Virus icra edilə bilən bir proqramdır, yəni kompüterinizin əməliyyat sistemində olan imkanlardan istifadə edən əmrlər ardıcıllığı. İlk kompüter virusları bir neçə sadə əməliyyatlardan ibarət idi, məsələn, müəyyən bir şərti yoxlayan əməliyyat (məsələn, tarix və ya vaxtı) və şərtdən asılı olaraq məlumatı ləğv edən (məsələn, diski yenidən format edən) əməliyyat.
İlk viruslardan bir çoxu özlərini digər fayllara köçürürdü və bu fayl və disket mübadiləsi zamanı müxtəlif kompüterləri yoluxmasına gətirirdi. Bu gün isə ən təhlükəli yoluxma üsulu internet vasitəsilə hesab olunur. Lakin erkən viruslardan fərqli olaraq, müasir viruslar sadəcə məlumatın silinməsi ilə kifayətlənmirlər: onlar sizin kompüterdə olan bütün elektron ünvanları tapıb, öz nüsxələrini sizin bütün tanışlarınıza yayacaqlar.
Ümumiyyətlə , "virus" bir termin olaraq sisteminizə zərər yetirən hər hansı proqram təminatı anlayışı verir. Yayılma mexanizmindən asılı olaraq, virusların hamısı ciddi təhlükə təşkil edir.
Viruslarda olan təhlükə ehtimalı bəzən real təhlükədən qat-qat böyük qələmə verilir. Bunun obyektiv səbəbləri və faydaları olsa da, (istifadəçilərin "həddən artıq" təhlükəsizlik meylinin faydası) bir sıra subyektiv səbəbləri də ola bilər. Məsələn, sırf sınaq üçün yaranmış, və yalnız tədqiqat şəraitində mövcud olan bir sıra virusların qorxulu potensial "əməlləri" dərhal ictimaiyyətə çatdırılır, və bu virtual təhlükədən istifadə edərək, antivirus istehsalçıları öz məhsullarını daha müvəffəqiyyətlə satmaq imkanı əldə edirlər.
Son zamanlar viruslar daha çox məlumat itkisi deyil, sadəcə vaxt itkisinin səbəbinə çevrilməkdədirlər. Yəni, virus məlumata zərər yetirməsə də, normal işə mane olur və virusun təmizləməsinə müəyyən vaxt sərf olunmasını tələb edir. Bu cür viruslar, daha çox yeni, təcrübəsiz istifadəçilərin sistemlərini yoluxdurmaqdadır.
Viruslar yalnız zərərverici vasitə kimi istifadə edilmir. Bəziləri, virusların təhlükələrin müəyyən edilməsi və sistemlərin müdafiəsində böyük rolu olduğunu və ya ola biləcəyini söyləyir. Son zamanlar yayılmaqda olan şayiələrə əsasən, ABŞ-ın Federal Təhqiqatlar bürosu tərəfindən bu məqsədlə xüsusi virus dəsti yaradılıb.

Virusların iş prinsipi
Virus faylları sizin kompüterə yalnız icra edilən fayllar ilə birlikdə daxil ola bilər. Mətn sənədləri, rəsmlər, arxivlər, cədvəllər və s. risk obyekti hesab oluna bilməz. Yeganə istisna, bir sıra ofis proqramlarının daxilindəki ssenarilərdir ki, bunlara "makro-virus" deyilir (makroviruslar hal-hazırda böyük təhlükə təşkil etmir, bu daha çox proqramların xətalarından irəli gələn problemlərdən qaynaqlanırdı).

Kompüter virusları nə kimi zərər verə bilər?
* Ekranınıza cansıxıcı mesajlar çıxararaq, işinizə maneə törədə bilər.
* Kompüterinizin yaddaşını və ya disk sahəsini istifadə edərək bu qaynaqlara müraciətinizə əngəl olar.
* İstifadə etdiyiniz faylların məzmunlarını silə bilər.
* İstifadə etdiyiniz kompüter proqramlarını poza bilər, işlərini yavaşlada bilər.
* Sabit diskinizin hamısını, ya da əhəmiyyətli faylların olduğu qisimlərini silə bilər.

Neçə növ kompüter virusu vardır?

Kompüter viruslarını, ümumiyyətlə 2 qrupa ayırmaq mümkündür:
* Fayllara bulaşan viruslar
* Kompüterin sistem sahələrinə bulaşan viruslar

İlk qrupa girənlər, ümumiyyətlə, istifadəçinin işlətdiyi proqramlara (DOS. EXE. və COM) bulaşır. Proqramların viruslanması iki yöndən ola bilər. Ya virus kodu kompüterin yaddaşına yerləşmişdir və hər proqram işləyərkən o proqrama bulaşar, ya da viruslu proqram hər dəfə işləyərkən öz təsirini göstərə bilər. Ancaq virusların çoxu özünə kompüterin yaddaşında yer tapır.

İkinci qrupa daxil olan viruslar isə kompüterin ilk açıldığında nəzarət etdiyi xüsusi sistem sahələrinə (boot sector) və xüsusi sistem fayllarına (command.com) yerləşirlər.

Bəzi viruslar isə hər iki şəkildə də zərər verə bilər.
Bəzi viruslar virus axtarış proqramları tərəfindən müəyyən olunmamaq üçün bəzi "gizlənmə" texnikaları istifadə edərlər (Stealth Virusları). Bəzi növ viruslar isə, işlədildiyində özünə bənzər başqa viruslar çıxara bilir ki, belə viruslara Polymorphic viruslar daxildir. Qeyd edək ki, bu tip virusların ilk nümunələrindən olan Dark Avanger və Cascade kompüter sistemlərinə ciddi zərər verir.


BiG.Az
Telegramda izləyin
Digər   Baxılıb: 5033   Tarix: 14 iyul 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040
TOP MP3