Qripə qarşı peyvənd neçəyə başa gəlir?

Qripə qarşı peyvənd neçəyə başa gəlir?Qrip vaksinin tərkibində H1N1-ə qarşı komponent var, ona görə Azərbaycanda da insanların özlərini bu vaksinlə qripə qarşı peyvənd etdirməsi lazımdır. Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi V.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktor müavini, professor Həqiqət Qədirova deyib.

H.Qədirova bildirib ki, qripə qarşı peyvəndin payızda - təxminən oktyabr ayında edilməsi daha məsləhətlidir: "Azərbaycanda hər il olduğu kimi, bu il də qripə qarşı peyvənd edənlər var. Azərbaycanda bu günə kimi H1N1 virusuna yoluxma halı qeydə alınmayıb. Ona görə indi də peyvənd etdirmək olar".

H.Qədirova qeyd edib ki, peyvənd edildikdən 2-3 həftə sonra orqanizmdə qripə qarşı 1 il müddətinə immunitet yaranır.

Onun sözlərinə görə, heç bir peyvənd orqanizmi 100 faiz virusdan müdafiə etmir. Qripə qarşı peyvənd də orqanizmi 80 faizədək qrip virusundan müdafiə edə bilər. Qalan faiz isə orqanzimin özünün müdafiə qabiliyyətindən, immunitetindən, həyat tərzindən asılıdır: "Vaksin orqanizmi 80 faizə yaxın müdafiə edir. Çünki bu vaksin tam olaraq, indi dövr edən virusdan hazırlanmayıb. 2009-cu ildə olan və həmin vaxt "donuz qripi" adı verilən virus indi bir qədər dəyişib. Virus hər il bir qədər dəyişir. Ümumdünya Səhiyyə Təşkilatı da tövsiyə edib ki, vaksinlər 4 komponentli olmalı və onun tərkibində H1N1 virusuna qarşı komponent olmalıdır. Ona görə də demək olmaz ki, qripə qarşı peyvəndin əhəmiyyəti yoxdur".

H.Qədirov deyib ki, vaksinasiya olunmadıqda hər 10 xəstədən 7-8-i xəstələnirsə, vaksinasiya olunanda cəmi 3 nəfər yoluxur. Bu isə çox böyük fərq hesab edilir.

Qripə bənzər simptomlarla keçən bütün xəstəliklərin qrip olmadığını nəzərə çatdıran İnstitutun direktor müavini onu da əlavə edib ki, hər hansı asqırma, öskürmə, burundan su axma, nasazlıq və s. qrip deyil: "Qrip kəskin başlayır. Artıq bir neça saata xəstə özünü çox pis hiss edir, temperatur 38 dərəcədən yüksək olur və qeyd edilən əlamətlər də özünü büruzə verir. Ümumdünya Səhiyya Təşkilatının məlumatına görə, hər il dünyada böyuklərin təxminən 5-10, uşaqların isə 20-30%-i mövsümi qripə tutulur. Bu qripi A(H1N1) va A(H3N2) virusları törədir".

Qripə qarşı peyvənd neçəyə başa gəlir?

Trend-in apardığı araşdırmadan məlum oldu ki, Bakıdakı özəl klinikaların əskəriyyəti qripə qarşı peyvənd aparmır. Klinikaların bəziləri isə əvvəllər peyvənd aparsalar da, hazırda bu işi görmürlər. Onlar bunun səbəbini klinikalarındakı peyvəndin qurtarması ilə izah ediblər.

Klinikalar arasında keçirdiyimiz sorğu zamanı bəlli oldu ki, klinikaların bəzilərində qripə qarşı peyvəndin aparılması üçün peyvənd öncəsi həkim müayinəsinin aparılması tələb olunur. Bu şərt uşaqlara daha çox aiddir. Uşaqlarını peyvənd etdirmək istəyən valideynlər bunun üçün uşaqlarını ya özlərinin məsləhət bildikləri pediatrın müayinəsindən keçirməli və onun göndərişi əsasında klinikaya müraciət etməli, ya da elə müraciət etdiyi klinikanın pediatrının müayinəsindən sonra uşağını qripə qarşı peyvənd etdirməlidirlər. Ümumilikdə isə peyvənd etdirmək istəyənlərin sağlam olması lazımdır.

Peyvəndin qiymətinə gəldikdə isə, bu, klinikalarda fərqli qiymətlərə başa gəlir. Qripə qarşı peyvəndin qiymətləri uşaq və böyüklər üçün fərqli şəkildə müəyyənləşdirilib.

Araşdırmalarımız zamanı bəlli oldu ki, özəl klinikalarda bu yaxınlara qədər qripə qarşı peyvəndin ən aşağı qiyməti 12 manatdan (həkim müayinəsi üçün əlavə 10 manat tələb olunub) başlayıb, təxminən 20-25 manata da peyvənd etdirmək mümkün olub. Lakin həmin qiymətlərlə peyvənd edən klinikalar hazırda peyvənd işini aparmadıqlarını, yenidən peyvəndə başlayacaqları zaman isə bu qiymətin artmasının mümkünlüyünü bildiriblər.

Hazırda qripə qarşı peyvənd edən özəl klinikaların sayı isə çox azdır. Klinikalarda qripə qarşı peyvəndin hazırkı qiymətləri demək olar ki, 30-70 manat arasında dəyişir.

Qeyd edək ki, ÜST-nin Avropa Regional Bürosunun İctimai sağlamlığın təhlükəsizliyi və yoluxucu xəstəliklər bölməsinin direktoru Nedret Emiroğlunun Trend-ə bildirdiyinə görə, əhalinin bəzi qrupları – yaşı 65-dən çox olanlar, qocalar və əlillər üçün olan stasionar müəssisələrdə yaşayanlar, hamilə qadınlar, xroniki xəstələr, o cümlədən ürək, nevroloji xəstəlikdən əziyyət çəkənlər, 6 ayından 59 ayınadək (6 yaşadək) olan uşaqlarda "donuz qripi" xəstəliyinin ağır formada inkişaf etməsi ilə bağlı böyük risk var. Buna görə də ÜST bu insanların hər il qripə qarşı vaksin edilməsini tövsiyə edir.

ÜST rəsmisi qeyd edib ki, virusun yayıldığı ölkələrdə, xüsusilə gənclər, hamilə qadınlar arasında A/H1N1 qripindən ağır yoluxma və ölüm hallarının artımı gözlənilə bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1067   Tarix: 16 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Çayı əsla belə içməyin - ciddi xəstəliklər yaradır

Çox isti çay və ya hər hansı isti içki ağız, boğaz və həzm sisteminə ciddi şəkildə zərər verə bilər. BİG.AZ -a istinadən bildirir ki, mütəxəssislər bununla bağlı xəbərdarlıq edib. Bildirilir ki, içkilər 65 dərəcədən yuxarı istilikdə içildikdə qida borusunda yanma və qıcıqlanmaya səbəb olan ezofagit xəstəliyinə

18.02.2024 1765
.

Kifayət qədər yuxulamamaq insanı qocaldır

Stokholm Universitetinin alimləri özlərini gənc və sağlam hiss etməyin yolunu kəşf ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, yuxu keyfiyyəti insanın özünü nə qədər gənc hiss etməsi ilə əlaqələndirilir. Mütəxəssislər 18 yaşdan 70 yaşa qədər 429 nəfərin məlumatlarını təhli

31.03.2024 519
.

Həkim məsləhəti olmadan vitamin qəbul etmək olar?

Türkiyənin Trakya Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı şöbəsinin müdiri professor Qalip Ekuklunun həkim məsləhəti olmadan vitamin qəbul etməklə bağlı fikir bildirib. Professor bildirir ki, həkim məsləhəti olmadan istifadə edilən vitamin və əlavələr sağlamlıq problemlərinə səbəb ola bilər. İmmunite

11.02.2024 838
.

Cücərmiş kartofu atmayın - Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə

24.03.2024 1235
.

Diz-oynaq ağrılarında nəyə diqqət etməliyik? - VİDEO

Baku TV-də yayımlanan "Baku Med" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında artroz və bud-çanaq oynağının zədələnməsi, uşaqlarda serebral iflic kimi mövzular müzakirə olunub, eləcə də sümükləri gücləndirməyə kömək edən üsullardan bəhs olunub. Proqramın qonağı cərrah

24.03.2024 949
.

Xərçəng xəstəliyi riskini ən çox artıran qida açıqlanıb

Qırmızı ətin normadan artıq istehlakı bağırsaq və prostat vəzi xərçəngi xəstəliyinə tutulmaq riskini artırır. "Report" xəbər verir ki, belə bir xəbərdarlıqla Türkiyənin tanınmış onkoloqu Nilüfər Avcı çıxış edib. Mütəxəssis qeyd edib ki, xərçəng dünyada ən çox insan ölümünə səbəb olan xəstəliklərdəndir

28.01.2024 2078
.

Uşaqlarda qızdırmanı salan ən sadə XALQ TƏBABƏTİ ÜSULU

Uşaqlarda hərarəti aşağı salmaq üçün valideynlər tez-tez kələm yarpaqlarından və sərin dəsmallardan istifadə edirlər. Bu üsullar temperaturu azaltmaq, istilik mübadiləsi proseslərini tənzimləməklə uşağın vəziyyətini yüngülləşdirmək üçün ən sadə vasitələrdir. Bunu rusiyalı Regina Qriqoryeva bildirib

07.04.2024 628
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

24.03.2024 13132
.

Qışda xəstəliklərdən qorunmaq üçün praktiki tövsiyələr

Qışda bəzi praktiki ehtiyat tədbirlərinə əməl etməklə böyük ölçüdə xəstəliklərdən qorunmaq mümkündür. Düzgün qidalanma ilə immunitetinizi gücləndirin. Gündəlik olaraq mövsümi meyvə-tərəvəzlərindən və bol lif tərkibli göyərtilərdən istifadə edin. Kifayət qədər miqdarda karbohidrat və zülal orqanizmi

14.01.2024 1120