MTN-in şantajçı agenti HƏBS EDİLDİ

MTN-in şantajçı agenti HƏBS EDİLDİNaxçıvan MTN-in (hazırda fəaliyyətinə xitam verilib) keçmiş əməkdaşı hesab edilən və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən dələduzluq ittihamı ilə beynəlxalq axtarışa verilən İbrahim Musayev Moskvada həbs olunub.

BiG.AZ-ın virtualaz.org-a istinadən məlumatına görə, bu barədə Rusiyanın DİN-i məlumat yayıb.

Məlumat da qeyd edilir ki, fevralın 10-da Yeni Moskvanın Pervomaysk qəsəbəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində beynəlxalq axtarışda olan 23 yaşlı "Orta Asiya respublikası vətəndaşı" həbs olunub.

Məlumata əsasən həmin şəxs öz ölkəsinin ərazisində dələduzluq əməlləri törətməkdə şübhəli bilinir. Bundan əlavə onun Moskva regionunda da seriya dələduzluq əməlləri törətdiyinə dair ciddi şübhələr var.

İlkin məlumata əsasən bu şəxs qadınların etibarını qazanmaq və onların pullarını mənimsəmək üçün aşağıdakı sxemlə hərəkət edib: özünü xüsusi xidmət orqanlarının əməkdaşı kimi təqdim edib və sübut üçün üzərind gəzdirdiyi "Makarov" tapançasının mulyajını göstərib. Sonra o qadınları 3 yaşlı qızı ilə tanış edərək uşaq üçün maddi yardım xahiş edib. Bu yolla aldığı pulları mənimsəyib. Hazırda saxlanılan şəxsin barəsində cinayət işinin qaldırılması məsələsi həll edilir. Saxlanılarkən bu şəxsin yanında azyaşlı qız uşağı da olub və uşaq tibbi müayinəyə göndərilib. Onun daha sonra vətəninə göndəriləcəyi bildirilir.

Rusiya DİN-in rəsmi məlumatında həmin şəxsin kimliyi və hansı ölkə vətəndaşı olduğu göstərilməsə də 360tv.ru portalı onun "Azərbaycan MTN-in keçmiş əməkdaşı olduğunu" yazıb, habelə saxlanılan şəxsin fotosunu və üzü görünməmək şərti ilə son videogörüntülərini də yayıb.

Sayt yazır ki, saxlanılan şəxs qadınları aldadaraq onların 2.5 milyon rubl pulunu mənimsəməkdə ittiham olunur. Polisdən bildiriblər ki, saxlanılan Azərbaycan vətəndaşıdır, ölkəsindən qaçıb və təqib olunduğunu iddia edərək siyasi sığınacaq istəyib. Bu şəxs Azərbaycandan qaçmasının səbəbi kimi guya "təsadüfən indi nazir olan nüfuzlu şəxsin yolunu maşınla kəsdiyini, bu səbəbdən həbs olunduğunu və 6 ay təcridxanada saxlanıldığını" göstərib. O, azadlığa çıxandan sonra dərhal Rusiyaya qaçdığını və siyasi sığınacaq almaq istədiyini deyib. Ancaq bu şəxsin sığınacaq almaq üçün sənədlərini verdiyi təsdiqlənmir.

Müstəntiqlərin versiyasına görə həmin şəxs imkanlı qadınlarla tanış olub, özünü xüsusi xidmət əməkdaşı kimi təqdim edib. Hansısa müddət sonra o, görüşə 3 yaşlı qızı ilə tanış olduğu qadının görüşünə gedib, "ürək dağlayan əhvalat" danışıb və maddi yardım xahiş edib. Qadınlar isə bir qayda olaraq onun xahişini rədd etməyiblər.

Saxlanılan şəxs isə başqa versiya danışır. Deyir ki, qadınlardan kimsə onunla ailə qurmaq istəyib. Rədd cavabı alanda bütün bu əhvalatlar baş verib. Guya ona vurulan həmin qadın polisə ərizə yazaraq 2.5 milyon rubl pulunun mənimsənildiyiyini deyib.

Bu süjetdə də saxlanılan şəxsin kimliyi göstərilmir. Ancaq fotodan məlum olur ki, söhbət 2013-cü ildə Azərbaycandan qaçan və bir müddət sonra Rusiyada üzə çıxıb Naxçıvan MTN-nin barəsində ifşaedici açıqlamalar verən İbrahim Musayevdən gedir. Həmin şəxsin adı Naxçıvan MTN-in təcridxanasında ölən Turac Babayevlə bağlı keçirdi və İbrahim Musayev iddia edirdi ki, ona Turac Babayevin arvadını ələ almaq tapşırığı verilmişdi. Habelə o, Turac Babayevin işgəncələrdən öldüyünün şahidi olduğunu deyirdi.

Naxçıvan MTN isə bəyanat yayaraq İ.Musayevin dələduz olduğunu və bu səbəbdən axtarıldığını açıqladı. Daha sonra Azərbaycan tərəfinin sorğusu ilə onu Rusiyanın Yaroslavl şəhərində saxlasalar da ekstradisiyası baş tutmamışdı. Və bir müddət sonra İ.Musayev Rusiya da hüquq-mühafizə orqanlarından gizlənib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2218   Tarix: 12 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999