Yol polislərinin saxta alkotesterlərdən istifadə etməsi ilə bağlı DYP-dən AÇIQLAMA

Yol polislərinin saxta alkotesterlərdən istifadə etməsi ilə bağlı DYP-dən AÇIQLAMABakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsi (DYPİ) bəzi yol polislərinin saxta alkotesterlərdən istifadə etməsi barədə yayılan məlumatlara münasibət bildirib.

BiG.AZ bildirir ki, İdarənin İctimai Əlaqələr Bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov Report-a deyib ki, saxta alkotesterlə bağlı olduğu iddia edilən videogörüntülərdə yol polisi heç bir qanun pozuntusuna yol vermir: "Həmin görüntülərdə sürücü sadəcə olaraq alkotesterin qanuni olub-olmadığını soruşur. Yol polisi isə sürücünün bütün suallarını təlimata uyğun şəkildə cavablandırır. Daha sonra həmin sürücü yol polisinin qanuni tələblərinə əməl edərək alkotester müayinəsindən keçir. Mən həmin videoya bir neçə dəfə baxmışam, orada qanun pozuntusuna və ya saxta alkotester məsələsinə rast gəlməmişəm".

Bölmə rəisi əlavə edib ki, bəzi yol polislərinin saxta alkotesterlərdən istifadə etməsi barədə yayılan məlumatlar əsassızdır: "Azərbaycanda yol polisi ən müasir texnika və avadlanlıqlarla təchiz olunubsa, necə ola bilər ki, Çin istehsalı olan saxta alkotesterlərdən istifadə olunsun? Saxta alkotester ola bilməz. Belə faktlar varsa, bizə məlumat verin. Burada heç bir saxta texniki avadanlıqdan söhbət gedə bilməz. Bu, mümkün deyil. Ola bilsin ki, bu, yol polisinin əldə etdiyi nailiyyətləri cəmiyyətə başqa formada çatdırmaq istəyənlərin işidir. Onlar heç vaxt öz niyyətlərinə çatmayacaqlar".

V.Əsədov vurğulayıb ki, əgər sürücü alkotester müayinəsinin nəticəsindən narazıdırsa o, təkrar tibbi müayinə olunması üçün səhiyyə müəssisəsinə aparılır: "Mən bütün sürücülərin diqqətinə çatdırıram ki, Yol-Patrul Xidməti Haqqında Təlimata uyğun olaraq alkotester yol polisi tərəfindən sürücünün sərxoşluq vəziyyətini müəyyənləşdirmək üçün tətbiq edilir.

Müayinənin nəticəsi yol polisi tərəfindən müayinə olunan şəxsə bildirilir. Yalnız müayinə olunan şəxs öz sərxoşluğunu etiraf edərək müayinənin nəticəsilə razı olduqda, müfəttiş bu halı qanunvericiliklə müəyyən edilmiş qaydada sənədləşdirir.

Şəxs alkotesterin göstəricisi ilə razılaşmadıqda təkrar tibbi müayinə olunması üçün səhiyyə müəssisəsinə aparılır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1402   Tarix: 10 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

02.05.2024 429
.

Elza Seyidcahanın boşandığı əri illər sonra ortaya çıxdı - VİDEO

Əməkdar artist Elza Seyidcahan illər əvvəl ayrıldığı yoldaşı Elşən bəylə danışıb. xəbər verir ki, keçmiş yoldaşı ATV-də yayımlanan "Günaylı Gün" verilişinə telefon bağlantısı ilə qoşulub. O bildirib ki, Elza çox gözəl gəlin olub:. "Uzun illərdir ayrıldığımıza baxmayaraq aramızdakı dostlu

02.05.2024 599
.

"İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər" - Video

Aprelin 22-də Gəncədə 28 yaşlı Məzahir Zahir oğlu Nuriyevin özünü güllələyərək intihar etməsi ilə bağlı bəzi ittihamlar səsləndirilir. "Qafqazinfo" xəbər verir ki, mərhumun qohumu, bloqer Sevinc Hüseynova Məzahirin bir qrup şəxs tərəfindən hədələndiyini iddia edib. Sosial şəbəkədə video paylaşa

11:03 526
.

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 1

02.05.2024 713
.

"Azərbaycan insanların hüquq və azadlıqlarının,media azadlığının yüksək səviyyədə təmin olunduğu, tolerant, humansit dövlətdir"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasındakı mövcud əlaqələrin daha da dərinləşməsinə və münasibətlərin gələcək inkişafına təkan verəcək. Ölkə Başçımızın Almaniyada yüksək səviyyədə qarşılanması və. Berlində keçirilən "15-ci Petersberq İqli

02.05.2024 148
.

Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Niyaməddin qızı Məhərrəmlinin axtarışları davam edir. xəbər verir ki, Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində hadisənin təfərrüatı məlum olub. Belə ki, Nigarın anası Günel bildirib ki, qardaşının yoldaşı qızının oxuduğu məktəbə gedərək direktor

02.05.2024 461
.

Kosmosa da turist səfərləri başladı

Amerikanın "SpaceX" şirkəti kosmosa turist uçuşları üçün yer bron etməyə başlayıb. Bu barədə məlumat şirkətin saytında yer alıb. xarici mediaya istinadla bildirir ki, maraqlananlar üçün dörd istiqamət əlçatan olacaq: Yerin orbitinə, Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya və Marsa. "Dragon"

02.05.2024 284
.

Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib

Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib. xəbər verir ki, Makron the Economistə müsahibə verib. "Mən heç nəyi istisna etmirəm, çünki biz heç nəyi istisna etməyən biri ilə üzləşirik" ,- deyə o bildirib

02.05.2024 209
.

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO

Bakıda kişi küçədə özünü yandırmağa cəhd edib. Bu barədə görüntülər -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə Xətai rayonunda, Məhəmməd Hadi küçəsi 51 ünvanında baş verib. Özünü yandırmağa cəhd göstərən şəxsə ətrafdakılar və hadisə yerinə gələn polis əməkdaşları müdaxilə edib

12:12 228