Bizi vaxtsız tərk edən MƏŞHURLARIMIZ - FOTO

Bu gün bizi vaxtsız tərk edən sevimli ictimai və incəsənət xadimlərini yad etmək qərarına gəldik. Onlar aramızdan çox tez ayrılsalar da, hər zaman insanların xatırladıqları və sevdikləri insan olaraq qalmağa davam edirlər. Sənətləriylə hər kəsin yaddaşına həkk olunan bu istedadları insanları bir daha yad edək.

Ələkbər Əmi

Bizi vaxtsız tərk edən MƏŞHURLARIMIZ - FOTOAzərbaycanın əməkdar artisti, xüsusilə də uşaqların sevimlisi "Ələkbər əmi" kimi tanınan aktyor uzun müddət Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı işləmişdi. Onu maraqlı şoularına uşaqlar saatlarla baxa bilərdi. Lakin onu qəfil ölüm bizim əlimizdən aldı. Ələkbər Hüseynov uzun müddət davam edən xəstəlikdən sonra 2007-ci ildə 47 yaşında bu dünyadan ayrıldı.

Gülşən Qurbanova

Bizi vaxtsız tərk edən MƏŞHURLARIMIZ - FOTOHər zaman nikbin və işıq saçan bir qadın olan Gülşən Qurbanova "gülüş mənim müdafiə reaksiyamdır," deyirdi. Onun ölümü də hər kəs üçün şok olmuşdu. Ekranlarda daima gülərüz görüyümüz qadın əslində sağlamlığı ilə ciddi mübarizələr aparmalı olurdu. Onun 4 dəfə infarkt keçirdiyi çox az adama bəlli idi. Təəssüf ki, ürəyi onu da, bizi də yarı yolda qoydu və aktrisa 2006-cı ildə 55 yaşında bizi vaxtsız tərk etdi.

Telman Adıgözəlov

Bizi vaxtsız tərk edən MƏŞHURLARIMIZ - FOTOTelman Adıgözəlov o aktyorlardan idi ki, onu kiçikdən böyüyə hər kəs sevirdi. Hətta epizodik rollarıyla da hər kəsin sevimlisinə çevrilməyi bacarırdı. Lakin, təəssüf ki, aktyor 2010-cu ildə ürək çatışmazlığından 56 yaşında qəfildən vəfat etdi.

Aktyor Ramiz Novruz Telman Adıgözəlovun vaxtsız vəfatını şərh edərkən, bu sözləri demişdi: "Telman Adıgözəlov uzun illər bizi nə qədər sevindirmiş, sevinc bəxş etmişdisə, gözlənilməz ölümü ilə hər şeyin əvəzini çıxdı."

Rüfət Mehdiyev

Bizi vaxtsız tərk edən MƏŞHURLARIMIZ - FOTORüfət Mehdiyev çox gözəl səsi və mahnılarıyla bir çoxlarının sevimlisinə çevrilmiş müğənni idi. Xüsusilə də, onun "Darıxdım" mahnısı hər kəsin dillər əzbəri olmuşdu. Olduqca sadə və səmimi insan olan Rüfət Mehdiyev də çox cavan yaşında bizi tərk edən məşhurlardan biri oldu. 2011-ci ildə 41 yaşında insultdan vəziyyəti ağırlaşan müğənni, bu mübarizədən məğlub çıxdı və dünyaya gözlərini yumdu.

Anar Məmmədxanov

Bizi vaxtsız tərk edən MƏŞHURLARIMIZ - FOTOO hamının sevimlisi olan tanınmış ictimai xadim idi. İti ağlı, səmimiyyəti və əla yumor hissi olan Anar 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olmuşdu. Bu isə onun xalq arasında daha çox sevilməsinin əsas səbəblərindən biri idi.

Təəssüf ki, Anarı da ürəyi yarı yolda buraxdı. Hamının sevimlisi 2011-ci ildə ürək dayanmasından vəfat etdi.

Hüseyn Dərya

Bizi vaxtsız tərk edən MƏŞHURLARIMIZ - FOTOO böyük karyeraya 2000-ci ildən başlamışdı. 2000-ci illərin əvvəllərindən ifa etdiyi bir neçə mahnı dillər əzbərinə çevrilmişdi. "Kef elə" mahnısı ilə məşhurlaşmış və bunun sayəsində böyük fanat ordusu yaranmışdı. Onun konsertlərində yer tapmaq müşkül məsələ idi. Lakin, təəssüf ki, psixoloji olaraq buna tam hazır olmayan Hüseyn müxtəlif zərərli vərdişlərin qurbanına çevrilmişdi.

Daha sonralar sağalsa da, artıq əvvəlki kimi ayağa qalxa bilmədi. Nəticədə böyük depressiya keçirən reper, həm də vaxtsız faicəvi ölümlə rastlaşdı. Belə ki, 2014-cü ildə Hüseyn Dərya 38 yaşında olarkən faciəvi avtomobil qəzasında həyatını itirdi.

pahoo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 7981   Tarix: 09 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avropa Birliyi ölkələri plastik qablardan tamamilə imtina etdi

Avropa Birliyi qüvvəyə minən müvafiq qanundan sonra plastik qab-qacaqdan birdəfəlik imtina edib. "Report" xəbər verir ki, bu barədə birliyin ətraf mühit üzrə komissarı Virqiniyus Sinkyaviçyus bildirib. O, qeyd edib ki, qanun birdəfəlik qaşıqların, çəngəllərin, bıçaqların, boşqabların, pambı

04.07.2021 444
.

Bakıda AİLƏ FACİƏSİ - Bacısı uşağının ölümünə səbəb oldu

Bakıda 1 yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. -a istinadən xəbər verir ki, Xətai rayonu Əhmədli kəndində yaşayan şəxs BMW markalı avtomobilini arxaya doğru hərəkət etdirərkən bacısının 1 yaşlı övladının üzərindən keçib. 2019-cu ildə anadan olmuş və yenicə ayaq açıb yeriyən körp

10.09.2020 3185
.

Emin Ağalarov övladları ilə ƏYLƏNCƏLİ ANLARINI paylaşdı - FOTO

Xalq artisti Emin Ağalarov "İnstagram" hesabında yeni foto paylaşıb. xəbər verir ki, həmin foto da Eminin əkizləri və Əminə yer alıb. Əyləncəli anlarını çəkən Eminin bu fotosu olduqca maraqla qarşılanıb. Fidan Bayramova

09.09.2020 3394
.

Gözaltı kölgələrin yaranma SƏBƏBİ

Bir çoxları gözlərinin altındakı göyərmə, tündləşmə, qaralmadan əziyyət çəkir. Bəzən bunu yorğunluq, qanazlığı, böyrək xəstəlikləri ilə bağlayırlar. -a istinadən bildirir ki, bu problemin səbəbi K vitamininin çatışmaması ola bilər. K vutamini də A və E kimi cavanlıq, dəri və gözəllik vitaminidir. Onu

17.08.2020 2081
.

"Qızlar açıq geyimdə İnstaqrama şəkil qoyurlar, onun atası hara baxır?"

"12-13 il ərzində, sənətdə olduğum ərəfədə belə video çəkməmişəm. Ürəyim doludur. Maşınla evə qayıdanda polis bizi saxladı, tanışım idi. 8 Martda video paylaşmışdım ki, qədrinizi bilin, kişilərə aldanmayın. Polis soruşur ki, niyə belə demisən? Soruşuram ki, ola bilməz ki, kiməsə yalan vəd verməmisən

15.08.2020 1681
.

Bakıda kişi iki azyaşlı uşaqla küçədə dilənir: "İmkanım yoxdur, saxlaya bilmirəm" - VİDEO

Bakıda kişi iki azyaşlı uşaq ilə yol kənarında dillənir. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlar Nəsimi rayonu, Xutor qəsəbəsi kimi tanınan ərazidə, yanacaq doldurma məntəqəsi ilə üzbəüz yolda lentə alınıb. Uşaqlardan biri kişinin qucağında, digəri beton üzərinə uzadılıb. Görüntülərd

27.08.2020 1036
.

Nadir Qafarzadə "AYTƏNLƏ ÜZ-ÜZƏ" - VİDEO

ın "AYTƏNLƏ ÜZ-ÜZƏ " verilişində qonaq olan müğənni Nadir Qafarzadə maraqlı açıqlamalar verib. Verilişdə bəzi məqamlara toxunan sənətçi göz yaşlarını saxlaya bilməyib. AYTƏN SAKİTQIZI

14.10.2020 2248
.

Ebru hər kəsi heyran edən LİBASI haqqında danışdı - "Son xatirəsidir" - FOTO

Sevilən ifaçı Ebru Gündeş aprel ayında vəfat edən stilist Nur Yerlitaşın imzası olan əlbisəni konsertində geyinib. türk mediasına istinadən xəbər verir ki, təkcə səsi ilə deyil, həm də görüntüsü ilə izləyiciləri heyran edən sənətçi konsertdə yaxın dostu olan Nurun onun üçün hazırladığı əlbisəni geyinərə

27.08.2020 9020
.

Röya hamilədir? - YENİ FOTOSU şübhələndirdi

Müğənni Röya Ayxanadan xəbər var. xəbər verir ki, Xalq artisti "İnstagram"səhifəsində etdiyi paylaşımı ilə diqqət çəkib. O, yenicə doğulmuş uşaq ayaqlarının fotosunu paylaşaraq "dəyməyin keyfimə" yazıb. Bununla da xalq artisti sevdiklərinin qəlbinə şühbə toxumu səpib

22.09.2020 34279