Əhaliyə kredit xəbərdarlığı: "Dollarla olan kreditlər ödənilməlidir"

Əhaliyə kredit xəbərdarlığı: "Dollarla olan kreditlər ödənilməlidir""Mikromaliyyə müştəriləri korlanarsa, gələcəkdə yüksək faizə pul verən sələmçilərə müraciət etməyə məcbur olacaqlar".

Mərkəzi Bank tərəfindən 2015-ci ilin avqust ayında "Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik" təsdiq edilmişdir. Eyni zamanda, devalvasiyalardan sonra dolların bahalaşması nəticəsində kredit müştəriləri və kredit təşkilatları bir sıra çətinliklər ilə qarşılaşmışlar. "Marja" bu mövzularda ətraflı məlumat əldə etmək üçün, Azərbaycan Mikromaliyyə Assosiasiyasının Marketinq Komitəsinin eksperti Fuad Cəfərovdan müsahibə alıb.

Sual: Fuad bəy, Məsuliyyətli borclanma nədir?

Məsuliyyətli borclanma dedikdə müştərilərin maliyyə yüklülüyünün qarşısının alınmasını, məsuliyyətli və təhlükəsiz şəkildə kredit götürmə yolları, kreditlərinin rəsmiləşdirilməsi zamanı mövcud imkan və şəraitin nəzərə alınması, gəlirin və borcun idarə edilməsi, kredit müqaviləsinin başa düşülməsi, artıq borclanmanı yaradan səbəblər, narazılıqların həlli yolları, borcalanlarda məsuliyyətli borclanma vərdişlərinin aşılanması və digər əhəmiyyətli mövzular barədə məlumatlandırmağı nəzərdə tutur.

Sual: Böhran zamanı müştərilərə məsuliyyətli borclanmanı necə təşviq etmək olar?

Beynəlxalq təcrübə göstərir ki, böhran dövrünün ən böyük mənfi təsirləri mikro maliyyə sektorunda öz əksini tapır. Belə ki, məhz bu dövrdə borcalanların öhdəliklərinin yerinə yetirmələrində müəyyən çətinliklər yaranır. Odur ki, bu gün biz hər zamankından daha məsuliyyətli, şəffaf şəkildə borc verərək, müştəriləri beynəlxalq normalara uyğun olaraq artıq borclanmadan mühafizə etmək haqqında düşünməliyik. Lakin önəmli olan yalnız institusional məsuliyyət deyil: müştəri mühafizəsinin təmin olunmasında digər vacib məsələ isə məsuliyyətli borclanmadır, yəni, müştərinin borcu lazımi şəkildə necə istifadə etməyi bilməsidir.
Bank və qeyri-bank kredit təşkilatları müştərilərin düzgün borclanma anlayışını qavraması üçün onlarla sıx əlaqədə olaraq vacib mesajları onların diqqətinə çatdırmalıdır. Həmçinin, maliyyə institutları müştərilərin maliyyə yüklülüyünün qarşısının alınmasına məsuliyyətlə yanaşmalıdır. Belə ki, müştərilərə təhlükəsiz şəkildə kredit götürmənin yolları, gəlirin və borcun idarə edilməsi, kredit müqaviləsinin başa düşülməsi, artıq borclanmanı yaradan səbəblər, narazılıqların həlli yolları və digər əhəmiyyətli mövzular barədə məlumatlandırılmalıdırlar.

Həmçinin, Mərkəzi Bank, yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası və digər aidiyyəti assosiasiyalar birlikdə işləyərək insanların maliyyə savadlılığının yüksəlməsinə dəstəklərini artırmalıdırlar.

Sual: Problemli kreditlərin müştərilərin gələcək kredit imkanlarına hansı təsirləri olacaqdır?

Müştərilərin bilməli olduğu vacib məqamlardan biri Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) saxlanılan kredit tarixçələrinin dəyişməz olaraq qalmasıdır. İnsanlar kredit əldə etmək üçün banklara və BOKT-lara müraciət edirlər. Müştərinin müraciətini dəyərləndirmək üçün banklar ilk növbədə müştərinin kredit tarixçəsinə baxaraq ona kredit verilməsini və yaxud imtina olunmasını müəyyən edirlər. Beləliklə, müştərinin kredit tarixcəsi korlanırsa, maliyyə təşkilatları onlara kredit verməkdən imtina edə bilərlər. Nəticədə mikromaliyyə müştəriləri sələmçilər və lombardlara müraciət etməyə məcbur olurlar ki, onlar da daha yüksək faiz dərəcələri ilə borca pul verirlər.

Həmçinin, bir çox banklar və BOKT-lar "kredit reytinq sistemindən" istifadə etməyə başlayıblar. Bu o deməkdir ki, ödəniş tarixçəsi pis olan müştəri daha pis reytinq əldə edir və həmin müştəriyə daha ağır şərtlərlə kredit verirlər (krediti daha yüksək faizlə kredit təklif edəcəklər, daha çox təminat tələb edəcəklər və yaxud da kredit verməkdən imtina edəcəklər). Bütün bu və ya digər faktlar gələcək kredit imkanlarına ciddi təsir edir. Belə ki, müştəri borcunu vaxtında qaytararsa, gələcəkdə daha əlverişli şərtlərlə kredit götürə biləcək.

Kreditin gecikdirilməsinə görə tərəflər arasında bağlanan müqavilə üzrə cərimə faizləri tətbiq olunur ki, bu da verilmiş borca görə faiz öhdəliyinin həcmini hər gün artırır. Belə ki, müqavilə ilə nəzərdə tutulmuş aylıq ödəniş edilmədikdə, borclunun bank və ya BOKT qarşısında faiz borcu artır. Nəticədə mikro maliyyə müştərilərinin gəlirləri azalır həmçinin yüksək məbləğdə maliyyələşmə imkanları məhdudlaşır.

Sual: Böhran Bankları və BOKT-ları hansı proseslərə uyğunlaşdırır və bunun müştərilərə hansı təsirləri olacaqdı?

Bildiyiniz kimi, keçən il baş vermiş manatın devalvasiyasından sonra maliyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verdi. Reallıqda bu proses bir daha BOKT-lar və bankların maliyyə və daxili biznes proseslərinin dayanıqlığını yoxladı və yeni vəziyyətə uyğunlaşmağa məcbur etdi. Devalvasiyadan sonra banklar və BOKT-lar daha diqqətlə yoxlanılmış biznes prosedurları tətbiq etməklə riskləri minimuma endirməyə çalışır və bu vəziyyət 2016-cı ildə də davam edəcəkdir.

Devalvasiyanın əhaliyə təsirini yumşaltmaq məqsədilə Mərkəzi Bank tərəfindən kredit təşkilatlarına biznes kreditlərini maksimum 25% FİFD və istehlak kreditlərini maksimum 29% FİFD ilə verilməsini tövsiyyə etmişdir. Beləliklə, böhran dövründə müştərilər daha ucuz maliyyə resurslarına çıxış əldə edəcəklər. Həmçinin maliyyə inistutları isə yeni texnologiyaların tətbiqi vasitəsi ilə xərclərin optimallaşdırılması yolu ilə gəlirlərinin artırılması yollarını müəyyən edəcəklər.

Həmçinin, Mərkəzi Bank tərəfindən 2015-ci ilin avqust ayında təsdiq edilən "Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik" kredit təşkilatlarını daha məsuliyyətli və effektiv işləməyə təşviq edir. Metodoloji Rəhbərlik bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və onun effektiv mexanizmin hazırlanması, maliyyə savadlılığının artırılması, məsuliyyətli kreditləşmə üzrə davranış standartlarının tətbiqinin təmin edilməsini tələb edir. Əvvəldə qeyd etdiyimiz kimi təkcə kreditləşmənin minimum tələblərini deyil, həmçinin müştərini mühafizə edir və hüquqlarını qoruyur. Misal üçün, əgər kredit verilməsinə imtina edilərsə, imtinanın əsaslandırılmasını tələb edir. Bu təqdirdə imtina olunmuş müştəriyə yazılı və ya elektron formada açıqlama verilə bilər ki, buda gələcəkdə müştərinin kredit əldə etmək imkanlarının genişləndirilməsi üçün hansı müsbət addımların atılmasına istiqamətləndirəcəkdi.

Sual: Sonda problemli kreditlərlə bağlı mikro maliyyə müştərilərinə nə tövsiyə edirsiniz?

Əgər şəxs müqaviləyə imza edərək krediti götürübsə, razılaşdığı kimi də müqaviləyə əməl etməli, krediti qaytarmalıdır. Hər hansı bir bəhanə, əsaslandırılmamış ödəmə imkanının olmaması kreditin qaytarılmasından imtinaya haqq qazandıra bilməz. Başa düşüləndir ki, müştərinin iqtisadi vəziyyəti obyektiv və subyektiv səbəblərdən ağırlaşa bilər, lakin bu halda dərhal təşkilata, banka xəbər verməsi lazımdır. Çünki bu halda maliyyə inistutları müştərinin danışıqlara getmək niyyətini daha açıq qəbul edir, dəstək olmağa çalışacaqdır. Lakın, vəziyyətin çətinləşdiyi halda təşkilatdan, bankdan qaçmaq müştəriyə olan etimadın azalmasına da səbəb olur və sonda hüquqi vasitələrdən istifadə qaçılmaz olur. İstənilən halda qanunla qaytarılmalı olan borcu müştəri ödəməlidir.
Həmçinin, müştərilər qərarlarını qısa zaman üçün deyil, gələcək perspektivi düşünərək kredit tarixçələrini korlamamalı, onlara olan etibarı itirməyərək məsuliyyətli borcalan kimi davranmalıdırlar.

Hazırda Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən bir çox bank və BOKT-larla əməkdaşlıq çərçivəsində regionlarda müştərilərə ödənişsiz maliyyə savadlılığı üzrə təlim və seminarlar həyata keçirilir və əhalini bu imkanlardan istifadə etməyə dəvət edirik. Maliyyə savadlılığı üzrə təlim proqramında ailə büdcəsi və onun xüsusiyyətləri, maliyyə məqsədlərinə nail olmanın yolları, maliyyə təhlili, yığım etmək və borc götürmək texnologiyaları və digər məsələlərə xüsusi diqqət yetirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1832   Tarix: 08 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589